VAR 26 turda 113 qərar dəyişdirib
Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.
Braziliya çempionatının 2026-cı il mövsümündə VAR 113 dəfə hakimlərin ilkin qərarlarını dəyişdirib.
QOL.az xəbər verir ki, “Globo” portalı çempionatın ilk 26 turunda VAR-ın müdaxilə etdiyi bütün epizodları araşdırıb. Hesablamaya əsasən, hər turda orta hesabla 4 dəfədən çox ilkin qərar dəyişdirilib.
VAR müdaxiləsindən sonra ən çox qol ləğv edilib – 36 dəfə. Bundan başqa, 23 epizodda futbolçuya qırmızı vərəqə göstərilib, 22 dəfə penalti təyin olunub.
11 halda əvvəlcə verilmiş penalti qərarı ləğv edilib. 10 dəfə isə əvvəlcə qeydə alınmayan qol VAR yoxlamasından sonra hesaba alınıb. 7 epizodda qırmızı vərəqə qərarı ləğv olunub. 3 dəfə futbolçunun yanlış müəyyənləşdirilməsi ilə bağlı səhv düzəldilib.
2025-ci il mövsümündə isə VAR müdaxiləsindən sonra ümumilikdə 192 qərar dəyişdirilmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 12 Sentyabr 2026 09:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















