Icma.az
close
up
RU
VAR sisteminin alternativi varmı?

VAR sisteminin alternativi varmı?

Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.

FİFA və bu qurumun Hakimlər Komitəsinin sədri Pyerluici Kollina VAR sisteminə oxşar yeni sistemin mümkün tətbiqi ilə bağlı məlumat verib.

Bu xəbər futbol camiəsində maraqla qarşılanıb. Söhbət VAR sisteminin mümkün əvəzedicisinin yaranmasından gedir. Bu, FVS (“Football Video Support”) – “Futbola Video Dəstək” sistemi adlanır. Bəs yeni sistemin məqsədi nədi, VAR-a necə təsir edəcək? Yeni sistemin tətbiqi futbola nə verəcək? Bu suallara cavab tapmaq üçün “Azərbaycan Futbol Hakimləri” İctimai Birliyi məsələni araşdırıb.
VAR sisteminin bu gün gördüyümüz hala gəlməsi üçün uzun illər lazım olub. Bu da təsadüfü deyil. FİFA futbolda qaydalarla bağlı bütün dəyişiklikləri rəsmi prosedur ilə təsdiq etməlidi və burda əsas söz sahibi kimi müstəqil təşkilat olan İFAB (Beynəlxalq Futbol Assosiasiyaları Şurası) çıxış edir.
İFAB öncə mümkün dəyişiklikləri rəsmi təklif səviyyəsində qəbul edir. Sonra İFAB tədqiqat proqramları çərçivəsində FİFA ilə birlikdə mümkün dəyişiklikləri real yarışlarda (adətən, aşağı yaş qrupları üzrə yığmalar səviyyəsində olan yarışlar) sınaqdan keçirir. Bu sınaqlar İFAB-ın texniki alt komitəsinin nəzarəti və bilavasitə rəhbərliyi altında baş verir. Beləliklə, yalnız texniki testləri, məsləhətləşmə və müzakirələri keçən mümkün oyun dəyişiklikləri İFAB Baş Assambleyasında təsdiq olunur.
Bu inkişaf yolu yeni FVS sistemi üçün də eyni olacaq, onun rəsmi təsdiqi hələ bir neçə il vaxt aparacaq. Bununla belə, söyləmək vacibdi ki, FVS-nin inkişafı ilə bağlı ilk testlər arxada qalıb.
Bəs yeni FVS nədi və bu sistem niyə yaranır?
Qısa şəkildə başa düşmək üçün FVS sisteminin razılaşdırılmış iş prinsipini təqdim edirik:
1. FVS sistemi VAR-da olduğu kimi, yalnız aşağıdakı ssenarilərdə mümkün aydın və aşkar bir səhv və ya qaçırılmış ciddi hadisələr zamanı istifadə olunur: qol/qol deyil; penalti/verilməyən penalti; birbaşa qırmızı vərəqələr (ikinci sarı vərəqə daxil deyil); yanlış müəyyənləşdirmə (hakim səhv oyunçuya xəbərdarlıq etdikdə və ya meydandan kənarlaşdırdıqda).
2. Hakim qərar verəndən (oyunu davam etdirmək jesti də qərar hesab olunur) sonra komanda epizoda təkrar baxmaq üçün müraciət etdikdə istifadə olunur.
3. Yalnız komandanın baş məşqçisi (və ya o olmadığı halda, texniki zonada olan əsas komanda nümayəndəsi) təkrar baxmaq üçün müraciət edə bilər. Bu müraciət oyun epizodundan dərhal sonra, baş məşqçi tərəfindən baş barmağı yuxarı havaya qaldırmaq və tələb kartını dördüncü hakimə təqdim etməklə edilməlidi. Lakin hər bir oyunçu baş məşqçidən təkrar baxmaq tələbini etməyi xahiş edə bilər. Çünki oyunçular oyun epizoduna yaxın olduğundan hadisəni daha yaxşı görürlər.
4. Dördüncü hakim təkrar tələbini hakimə bildirəcək və oyun epizoddan sonra dayanıbsa (və yenidən başlamayıbsa), hakim VAR sistemində olduğu kimi, monitora yaxınlaşaraq, təkrar görüntünü izləyəcək. Epizoddan sonra oyun dayanmadan davam edirsə, hakim top neytral zonada olduqda oyunu dayandıracaq və monitora gedərək təkrar görüntünü nəzərdən keçirəcək.
5. Təkrar baxış zamanı görüntü hakimə operatorun köməyi ilə təqdim ediləcək. Operator monitorda fərqli təkrar görüntüləri (məsələn, müxtəlif kamera bucaqları, bölünmüş ekran, fərqli təkrar sürətləri və s.) nümayiş etdirəcək.
6. Hakimin verdiyi ilkin qərar yalnız təkrar görüntülər açıq sübutlarla qərarın açıq və ya aşkar səhv olduğunu və ya qaçırılmış ciddi hadisə olduğunu nümayiş etdirərsə, dəyişdiriləcək. FVS sistemi az sayda kameradan istifadə etdiyindən təkrar görüntülər tez-tez qaneedici olmaya bilər və bu halda hakim ilkin qərarı dəyişdirməyə bilər.
7. Təkrar baxış tələbi dərhal edilməlidi ki:
* Oyun Qaydalarının tələbinə uyğun olaraq oyun dayanandan sonra yenidən bərpa edildikdə qərar dəyişdirilə bilməsin;
* Komandanın baş məşqçisi təkrar baxış tələbi edib-etməməyi düşünərkən oyunun lüzumsuz gecikməsinin qarşısı alınsın.
8. Qol vurulandan sonra dördüncü hakim monitorda görüntüləri yoxlayacaq, açıq və ya aşkar qayda pozuntusu olduğu təqdirdə hakimə məlumat verəcək. Bu halda qərar yozuma açıq epizoddusa, hakim özü baxıb, yekun qərarı verəcək.
Onu da əlavə edək ki, hər komanda yalnız iki dəfə (test mərhələsində belə razılaşdırılıb, gələcəkdə dəyişdirilə bilər) təkrar baxış tələbi irəli sürə bilər. Bu tələb nəticəsində komanda haqlı olarsa, baxış tələbi üçün cəhd itirilməyəcək.
Bəs VAR və FVS sistemləri arasında fərq nədən ibarətdi?
Ümumilikdə, həm VAR, həm də FVS texnologiyaları futbol hakimliyində ədaləti və dəqiqliyi artırmaq məqsədi güdür. Onların konseptual məqsədləri və oyun zamanı tətbiq ardıcıllığı çox oxşardı. Lakin onların əhatə dairəsi, məsrəfləri və tətbiq prinsipləri fərqlənir.
Məsələn, VAR sistemində geniş kamera şəbəkəsi və mərkəzləşdirilmiş video-əməliyyat otağı olur. FVS-nin işi isə az sayda kamreyaya, sadə infrastruktura əsaslanır. Birinci sistemdə xərclər çox, ikincidə azdı. VAR əsasən elit yarışlar üçün uyğundusa, FVS kiçik liqalar üçün əlverişlidi.
Yekun nəticə
Müqayisə aydın şəkildə göstərir ki, FVS sistemi VAR-ın sadələşdirilmiş versiyası olmaqla daha kütləvi şəkildə istifadə oluna bilər. Burdan belə qənaətə gəlmək olar ki, FVS VAR sistemini əvəz etməyərək, videotəkrar texnologiyalarını və imkanlarını daha az büdcəli və aşağı liqalara daşımağa kömək edəcək. Bu sistemin əsas özəlliyi əlavə VAR hakimlərinə və VAR infrastrukturuna ehtiyac olmadan komandalara onların razı olmadığı epizodlarla bağlı təkrar baxış fürsətini təqdim etməkdi. Bu, həmçinin komandaların hakimlikdən narazı qalmamasına kömək edəcək.
Yekunda əminliklə söyləmək olar ki, FİFA VAR sistemini əvəz etməyi düşünmür və onun daha geniş miqyasda tətbiqinə çalışır. Çünki, bu gün VAR artıq bütün konfederasiyalarda, 50 ölkədə və 200-dən artıq yarışda uğurla istifadə olunur. FVS isə test mərhələsindədir və futbol oyun qaydalarına daxil ediləcəyi vaxt məlum deyil.
Qeyd: bu araşdırma “Azərbaycan Futbol Hakimləri” İctimai Birliyi (AFH) tərəfindən Azərbaycan futbol ictimaiyyətini futbol oyun qaydalarında olan yeniliklər barədə maarifləndirmək məqsədilə hazırlanıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:264
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 02 Dekabr 2024 00:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see319

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see296

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see280

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see274

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see244

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see239

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see229

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see223

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see213

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see198

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see197

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see193

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see191

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see189

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see186

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see185

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see185

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see174

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see172

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri