Icma.az
close
up
RU
Vardanyanın ifşası faktlarla: “The Oligarch’s Design” nümayiş olundu VİDEO

Vardanyanın ifşası faktlarla: “The Oligarch’s Design” nümayiş olundu VİDEO

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Dekabrın 19-da Nizami Kino Mərkəzində “AnewZ” Beynəlxalq Televiziyasının araşdırma seriyasından olan “The Oligarch’s Design” sənədli filminin rəsmi nümayişi olub.

Globalinfo.az xəbər verir ki, ekran əsərinin təqdimatında Milli Məclisin deputatları, Azərbaycanın televiziya kanallarının, informasiya agentliklərinin, media subyektlərinin rəhbərləri və ictimai-siyasi şəxslər iştirak ediblər.

Filmin təqdimatından əvvəl çıxış edən “AnewZ” Beynəlxalq Televiziyasının icraçı direktoru Rüfət Həmzəyev sənədli ekran əsəri haqqında məlumat verib. O bildirib ki, bu təkcə sənədli filmin premyerası deyil, həm də “AnewZ Investigations” platformasının rəsmi başlanğıcıdır. Bu sənədli film beynəlxalq araşdırma jurnalistikasının bütün istiqamətlərini özündə ehtiva edən ekran işidir.

Rüfət Həmzəyev diqqətə çatdırıb ki, “The Oligarch’s Design” layihəsinin çəkilişləri bu ilin yanvar ayından etibarən 8 ölkədə həyata keçirilib və istehsal prosesi 10-11 ay davam edib. Filmin hazırlanması prosesinə 100-ə yaxın jurnalist, prodüser, operator, montajçı və tədqiqatçı cəlb olunub. Həmçinin filmin bir sıra epizodları mürəkkəb şəraitdə ərsəyə gətirilib.

Qeyd edilib ki, sənədli filmin əsas bölmələrindən biri Ruben Vardanyanın 2022-ci ildə Rusiya vətəndaşlığından imtina edib bölgəyə köçməsi və tanınmamış separatçı rejimin siyasi müstəvisində fəaliyyətə başlaması prosesinə həsr olunub. Bu proseslər Azərbaycan, Ermənistan və Ukraynada aparılmış araşdırmalar və müsahibələr, həmçinin deputatlar, prokurorlar, regional ekspertlər və jurnalistlərin təhlilləri əsasında təqdim olunur.

Həmçinin diqqətə çatdırılıb ki, “AnewZ Investigations” platforması vasitəsilə kanal uzunmüddətli araşdırma jurnalistikasını dərinləşdirməni, yoxlanılmış məlumatlara əsaslanan yanaşmanı, hesabatlılığı və güc mexanizmlərinin ictimai diqqətdən kənarda necə fəaliyyət göstərdiyinin daha dərindən anlaşılmasını prioritet kimi müəyyənləşdirir.

“AnewZ” Beynəlxalq Televiziyasının baş redaktoru Qay Şoun çıxışında filmin 4 əsas istiqamətdən ibarət olduğunu deyib: “Birinci fəsil maliyyə arxitekturasına həsr olunub. Araşdırmalar Böyük Britaniya, Litva və Amerika Birləşmiş Ştatlarında aparılıb və “Troyka” sistemi çərçivəsində ofşor strukturlar, vasitəçi banklar və “qabıq” şirkətlərin fəaliyyəti araşdırılır. İkinci fəsil xeyriyyəçilik və humanitar təşəbbüslər mövzusuna fokuslanır. Çəkilişlər əsasən Böyük Britaniyada, qismən isə Ermənistanda aparılıb. Bu fəsil xeyriyyə narrativlərinin elit siyasi və mədəni mühitlərlə necə kəsişdiyini beynəlxalq legitimlik və reputasiyanın hansı mexanizmlərlə formalaşdığını nümayiş etdirir. Üçüncü fəsil Ukraynada müharibə şəraitində hazırlanıb. Rusiyanın genişmiqyaslı işğalı fonunda logistika sanksiyaları və maliyyə şəbəkələrini təhlil edir. Bu hissə sahə reportajına təhlükəsizlik yanaşmasına və siyasətçilərlə analitiklərin birbaşa şahid ifadələrinə əsaslanır. Dördüncü və son fəsil yenidən Cənubi Qafqaz regionuna qayıdır. Azərbaycan və Ermənistanda aparılan çəkilişlər xarici maliyyə və siyasi mexanizmlərin regional səviyyədə siyasi və təhlükəsizlik mühitinə real təsirlərini ortaya qoyur”.

Onun sözlərinə görə, bütün fəsillər demək olar ki, eyni prinsiplərlə hazırlanıb. Film sübut və kontekst təqdim edir. Lakin nəticələri diktə etmir.

Sonra qonaqlar “The Oligarch’s Design” sənədli filmini izləyiblər.

Film xeyriyyəçilik, maliyyə arxitekturası və dəqiqliklə qurulmuş narrativlər vasitəsilə siyasi təsirin necə formalaşdırıla biləcəyini araşdırır.

Bundan başqa, filmdə “Aurora Foundation” mövzusuna da toxunulub. Uzun illər ərzində dünyanın müxtəlif ölkələrindən tanınmış şəxslərin iştirak etdiyi platformanın nümayəndələri ilə müsahibələr aparılıb.

Araşdırma “OSINT” məlumatlarına (açıq mənbələr üzrə kəşfiyyat), eləcə də əvvəlki beynəlxalq araşdırmaların nəticələrinə əsaslanır. Həmin araşdırmalarda ofşor strukturlar vasitəsilə milyardlarla dolların dövriyyədən keçdiyi “Troika Laundromat” maliyyə şəbəkəsi təsvir olunub. Beynəlxalq araşdırma təşkilatlarının dərc etdiyi materiallar filmin faktoloji əsasının tərkib hissəsini təşkil edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 20 Dekabr 2025 11:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tərəflər kompromisə gedəcəkmi? ŞƏRH

18 Dekabr 2025 16:32see245

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see236

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see233

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see230

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see224

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see220

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see211

Yuxuyozma... Yuxuda yovşan görmək haqqında Qustav Miller, Vanqa və Ziqmund Freyd nə deyib? Video

19 Dekabr 2025 00:24see190

40 yaşdan sonra beyin geriləməsinin əsas səbəbi

18 Dekabr 2025 16:57see180

Böyük Britaniya MN: İstəklilər Koalisiyası Ukrayna ordusunu NATO standartlarına uyğunlaşdırmaq istəyir

19 Dekabr 2025 02:17see164

Bəxti açılacaq və maaşı artacaq bürclər

19 Dekabr 2025 03:21see155

AKTA nın 2025 ci il üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirildi FOTO

18 Dekabr 2025 20:27see147

Azərbaycanda Balıqçılıq haqqında yeni qanun qəbul olunacaq

19 Dekabr 2025 11:26see143

Avtomobil nəhəngi 37 min avtomobili geri çağırır

20 Dekabr 2025 11:09see138

ABŞ la danışıqlara hazırlaşırıq Peskov

18 Dekabr 2025 19:40see137

Lando Norris “İlin idman şəxsiyyəti” mükafatını götürməyə getməyib

19 Dekabr 2025 05:09see134

Çexiya təşəbbüsü davam edəcək...

20 Dekabr 2025 04:22see130

Cinayətkar ermənilərin məhkəməsi davam etdirilib...

18 Dekabr 2025 21:56see129

Keçmiş NASCAR pilotu Qreq Biffl ailəsi ilə birlikdə təyyarə qəzasında həlak olub

19 Dekabr 2025 00:33see128

Konfrans Liqasında Liqa mərhələsi yekunlaşdı

19 Dekabr 2025 02:21see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri