Icma.az
close
up
RU
Vardanyanın “son sözü”: Bakıda bu şüarı deyibmi?

Vardanyanın “son sözü”: Bakıda bu şüarı deyibmi?

Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Erməni separatizminin “ilham” mənbəyi – yəni maliyyə qaynağı, Rusiyada qazandığı milyardları qanunsuz silahlı birləşmələrin “yaşamasına” xərcləyən və yaxud Kremldən bu istiqamətdə aldığı təlimatları yerinə yetirən Ruben Vardanyanın Bakıda 10 fevral tarixində məhkəmədə dediyi “son söz” müzakirələr doğurub.

Məhkəmədən bir gün sonra bəlli oldu ki, Vardanyan Məhəmməd Füzulini öyrənib-oxuyub və onun məşhur “Padişahi-mülk” qitəsini məhkəmədəki son sözündə deyib. Bu barədə yalnız özünün sosial səhifəsində ailəsinə “son sözü” haqda verdiyi məlumatdan bilinir.

Ailəsi ilə rusca danışan və bu məlumatı da rusca verən Rubenin məqsədi aydındır: “ismarışı” xüsusilə Rusiyanın bəlli qurumlarına çatdırılsın-yayılsın, onu bura göndərənlər “fəaliyyətini” görsünlər...

Onun “Padişahi-mülk” qitəsindən öz məqsədləri üçün istifadə etdiyi, “alleqorik dil” seçdiyi aydındır. Alleqoriyanı seçib, eyhamlar vurub və elə buna görə də Rubenin ailəsi ilə danışıqda “son söz”ündə dediyini iddia etdiyi bir ifadə sosial şəbəkələrdə müzakirə-mübahisə predmetidir. Vardanyan deyir ki, Bakıda məhkəmədə sözüm kəsilsə də (guya imkan verməyiblər), amma “artsax olub, var və olacaq” şüarını səsləndirmişəm.

Bu şüarı məhkəmədə səsləndirməyə cəsarəti çatmadığını o prosesdə iştirak edən bütün media nümayəndələri təsdiqləyir. Hətta iş o yerdədir ki, erməni radikal-revanşistlərin mediası belə Vardanyanın bu şüarı səsləndirdiyini yazmır və bunun feyk olduğunu qəbul edir, əks halda, vəkilinə istinad edərdilər. Ancaq qəribədir ki, azərbaycandilli bir sayt bunu Vardanyanın ailəsinə göndərdiyi mesaja deyil, məhkəməyə istinadla yayır. Başqa sözlə, bu iddialı sözləri Vardanyanın vəsaitindən birbaşa bəhrələnmiş və bəhrələnən erməni saytları deyil, erməni diasporunun da dəstək olduğu mənbədən qrant alan “sapı bizdən olan” tirajlayır.

Vardanyan niyə Bakıda məhkəmədə cəsarəti çatmadığı sözü deyibmiş kimi davranır?

Vardanyan yaxşı bilir ki, “artsax” adında bir qurum de-yure mövcud olmayıb, yoxdur və heç vaxt da olmayacaq;

Vardanyan yaxşı bilir ki, de-fakto mövcud olan bu separatçı xunta rejimi artıq de-faktı da yoxdur və heç vaxt da olmayacaq;

Vardanyan yaxşı bilir ki, de-faktı mövcudluğu dövründə bu xunta rejiminin sayəsində Qarabağda yaşayan ermənilərin sayı 120 mindən 35 minə qədər azalmışdı, hazırkı rəqəmlər Qarabağda qeydiyyatını saxlayıb, Ermənistanda yaşayanlarla şişirdilmədir. Bu rəqəmi hələ 2020-ci ildə Araik Arutyunyan da təsdiqləmişdi.

Vardanyan yaxşı bilir ki, bu xuntanın, “miatsum”un sayəsində minlərlə azərbaycanlı qətlə yetirildi, Xocalı kimi soyqırımlar törədildi, yüzminlərlə azərbaycanlı qaçqın-köçkün düşdü və nəticə etibarilə ermənilər də Qarabağdan köçməyə məcbur qaldı.

Vardanyan “son sözü”ndə sülhdən yana çıxış etsəydi, indiyəqədərki ömrünün puç olmasını, qətliamlarla yaşadığını və bu qətliamların regiona dəhşətlər gətirdiyini, nəticədə hazırda layiq olduğu yerdə durduğunu etiraf etməliydi.

Etiraf etməliydi ki, yanlış halda sərmayə yatırdığı ideologiya Rusiyanın əlinə oynamaqdan, azərbaycanlıların və ermənilərin qanına bais olmaqdan başqa bir şey deyilmiş.

Bunu etiraf etməyə cəsarəti çatmır, özündən “qəhrəman” düzəltməyə ümid edir, çünki belə layihələndirilib, 2002-ci ildən buna görə bu yola yönəldilib və buna görə ona milyardlar qazanmağa şərait yaradılıb, 2022-də də buna görə Xankəndiyə göndərilmişdi.

Vardanyan Rusiya layihəsi olaraq artıq xərcləndiyini yaxşı bilir, amma geri yolu qalmayıb...

Onun yeganə ümidi yenə revanş, yenə düşmənçilik, yenə yalançı vətənpərvərliyə sığınmaqdır – çünki fırıldaqçıların bundan başqa son sığınacağı olmur.

Halbuki Azərbaycan dövləti ona qəşəng sığınacaq hazırlayıb...

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://axar.az
archiveBu xəbər 12 Fevral 2026 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see532

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see513

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see279

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see264

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see247

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see239

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see238

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see236

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see236

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see230

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see205

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see194

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see190

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see189

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see187

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see186

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see181

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see179

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see174

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri