“Vardanyanla bağlı film ABŞ də ciddi siyasi nəticələrə yol aça bilər” Tofiq Zülfüqarov
Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Ruben Vardanyanla bağlı çəkilən film yaxın dövrdə ABŞ-də və beynəlxalq siyasi müstəvidə ciddi nəticələr doğura bilər”.
“AzPolitika” bildirir ki, bunu keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov hazırda Bakıda Azərbaycana qarşı ağır cinayətlərə görə mühakimə olunan erməni oliqarx haqda “Anews” televiziyasının istehsal etdiyi “The Oligarchs: Design & News” filmi ilə bağlı postunda qeyd edib.
Sənədli film Vardanyanın beynəlxalq maliyyə şəbəkələrində rolu, çirkli pulların yuyulması mexanizmləri, eləcə də Qərb siyasi elitaları ilə – xüsusən ABŞ-də “dərin dövlət”ə yaxın dairələrlə əlaqələri mövzusuna həsr olunub. Filmdə Ruben Vardanyanın fəaliyyəti, onun müxtəlif fondlar və humanitar layihələr adı altında qurduğu maliyyə-siyasi əlaqələr xüsusi yer tutur.
T.Zülfüqarovun fikrincə, sözügedən materialda Vardanyanın Rusiyada çirkli pulların yuyulması sistemində xüsusi rol oynayan “Troyka” mexanizmi ilə əlaqələri ətraflı şəkildə üzə çıxarılır. Onun sözlərinə görə, bu korrupsiya sxemləri Qərb, əsasən də ABŞ-nin “dərin dövləti”nə bağlı siyasi fiqurlarla münasibətləri də əhatə edir və Donald Trampın siyasi rəqiblərinə qarşı apardığı mübarizə fonunda daha geniş müstəvidə gündəmə gələ bilər.
Keçmiş nazir bildirir ki, Hollivud aktyoru Corc Kluni və onun həyat yoldaşı Amal Kluni Trampın siyasi opponenti olan dairələrin “Hollivud xətti”nin əsas simalarındandır. Zülfüqarovun fikrincə, risk zonasına düşənlər arasında Ruben Vardanyanın yaratdığı “Aurora” fondundan 1 milyon dollar mükafat alan şəxslər də var. Bu siyahıda Klintonlar ailəsinin qızı Çelsinin və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) keçmiş rəhbəri Samanta Pauerin adı xüsusi çəkilir.
Tofiq Zülfüqarovun sözlərinə görə, gələcəkdə Ruben Vardanyanın ABŞ Konqresinin keçmiş spikeri Nensi Pelosinin İrəvana səfərinin təşkilindəki roluna dair də məlumatlar üzə çıxa bilər. Onun erməni mənbələrinə istinadla bildirdiyinə görə, bu səfər və Demokratlar Partiyasının seçki kampaniyasına edilən ianələr üçün Ermənistan büdcəsindən təxminən 140 milyon dollar xərclənib. Zülfüqarov bildirir ki, həmin məbləğin təxminən 10 milyon dolları Ruben Vardanyan tərəfindən mənimsənilib.
Keçmiş XİN rəhbəri xatırladır ki, Nensi Pelosi bundan əvvəl Tayvana səfər edərək ABŞ–Çin münasibətlərində ciddi gərginliyə səbəb olmuşdu və bu səfərin də mümkün korrupsiya tərəflərinin açıqlanması istisna edilmir.
T.Zülfüqarovun qənaətincə, Vardanyanla bağlı materiallar və onların yaratdığı rezonans hələ uzun müddət beynəlxalq siyasi gündəmdə qalacaq.
Rasim
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:36
Bu xəbər 22 Dekabr 2025 10:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















