Icma.az
close
up
RU
“Azərbaycanla bağlı bu cəhdlər uğursuzluğa məhkumdur...” Tofiq Zülfüqarov

“Azərbaycanla bağlı bu cəhdlər uğursuzluğa məhkumdur...” Tofiq Zülfüqarov

Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.

“Avqustun 8-də Vaşinqtonda keçirilmiş üçtərəfli danışıqlar region üçün tarixi əhəmiyyət daşıyır . Əldə olunan razılaşmalar Cənubi Qafqazda yeni mərhələnin başlanğıcını qoyur”.

“AzPolitika” xəbər verir ki, bunu Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib.

Sabiq nazir qeyd edib ki, Vaşinqton görüşü uzun illər davam edən Qarabağ münaqişəsinə son qoydu: “Vaşinqton görüşü nöqtə qoydu, Qarabağ münaqişəsinin başa çatmasını təsbit etdi. Bu, region üçün yeni siyasi reallığın rəsmiləşməsi deməkdir”.

Keçmiş nazirin fikrincə, hazırda yalnız Ermənistanla Azərbaycan arasında ikitərəfli münasibətlər çərçivəsində həll olunmalı məsələlər qalıb.

Sabiq XİN rəhbəri vurğulayıb ki, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqlarda müəyyən yaxınlaşma müşahidə olunur: “Tərəflər mövqelərini xeyli dərəcədə yaxınlaşdırıblar və hər iki dövlətin niyyətində bu münaqişəni də başa çatdırmaq arzusu var”.

T.Zülfüqarov hesab edir ki, indiki mərhələdə əsas vəzifə sülh gündəliyinin siyasi dividendlərini sosial və iqtisadi sahəyə keçirməkdir: “Dövlətlər və xalqlar sülhün faydalarını hiss etməlidirlər. Bu, investisiyaların cəlb edilməsi, biznes üçün cəlbedici şəraitin yaradılması və yeni iş yerlərinin açılması deməkdir”.

Diplomat diqqəti regionun geosiyasi mövqeyinə yönəldib.

Onun sözlərinə görə, Azərbaycan, Ermənistan və Gürcüstan hazırda unikal bir durumdadır – Avrasiya məkanında sanksiyalara məruz qalmış iki böyük qonşu arasında yeganə quru dəhliz rolunu oynayır: “Cənubi Qafqaz indi Avrasiya qitəsində yeganə quru körpüdür. Bu, həm böyük imkanlar, həm də ciddi məsuliyyət yaradır”.

Tofiq Zülfüqarov əlavə edib ki, region dövlətləri üçün ən doğru yol “bərabər məsafədə qalmaq” siyasətidir: “Turbulent proseslərdən uzaq, qonşularla balanslı münasibətlər saxlamaq ən praqmatik seçimdir. Bizim üzərimizə düşən maksimum praqmatik qonşuluq siyasətidir”.

Onun fikrincə, Azərbaycana təzyiq göstərərək hansısa ittifaqlara cəlb etmək cəhdləri uğursuzluğa məhkumdur:“Hər hansı formada təzyiq göstərmək, bizi qəbul etmədiyimiz ittifaqlara qoşmaq mümkün olmayacaq. Əksinə, bu cür addımlar bizi məhz həmin təzyiq göstərənlərin rəqiblərinə yaxınlaşdıracaq”.

T.Zülfüqarov yekun olaraq bildirib ki, indi regionda iqtisadi və siyasi inteqrasiya üçün real zəmin formalaşır və bu prosesdə həm Azərbaycan, həm də qonşu ölkələrin məsuliyyətli davranışı mühüm rol oynayacaq.

Rasim Əliyev

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:145
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 25 Avqust 2025 10:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see271

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see250

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see248

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see245

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see213

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see190

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see180

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see177

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see177

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see164

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see163

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see162

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see160

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see154

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see151

Borussiya dan qələbə, Ayntraxt uduzdu

14 Yanvar 2026 03:20see140

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see138

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see137

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see136

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri