Icma.az
close
up
RU
Varikoz və onun MÜALİCƏSİ

Varikoz və onun MÜALİCƏSİ

Icma.az bildirir, Saglamolun portalına istinadən.

Əvvəlki dövrlərdə varikozun müalicəsi yalnız cərrahi yolla, ümumi narkoz altında aparılırdı.

Əməliyyatdan sonra xəstə bir neçə gün ərzində xəstəxanada qalmalı olur, ayaqlarda isə çoxsaylı çapıqlar qalırdı. İndiki zamanda isə, varikozun cərrahi müalicə üsulu xəstəliyin yalnız gecikmiş formalarında tətbiq edilir.

Bir də ki, hazırda varikoz xəstəliyinin cərrahi yolla müalicə olunmasının yeni, az travmatik üsulları da işlənib hazırlanmışdır.

Varikozun ən çox yayılmış müasir müalicə üsullarından biri – skleroterapiyadır. Bu üsul, kiçik dərialtı venaların genişlənməsi nəticəsində əmələ gələn, qırmızı və ya göy rəngdə olan, damar “torlarından” və “hörümçək torlarından” tam şəkildə qurtulmağa

imkan verir. Zədələnmiş kiçik venaya iynə vasitəsi ilə xüsusi maddə yeridilir. Bu maddə xəstə venanı daxildən sanki yapışdırır və nəticədə qan bu venaya daxil ola bilmir. Sonralar bu vena tamamilə sorularaq yox olur. Skleroterapiya proseduranın özü çox vaxt aparmır. O, praktik olaraq ağrısız keçir və ambulator şəraitdə yerinə yetirilir. Proseduradan bir qədər sonra xəstə ayağa qalxıb evə gedir.

Kiçik venaların varikoz genəlməsinin praktiki olaraq bütün növəri zamanı skleroterapiyanın müxtəlif üsulları tətbiq edilir.

Aşağı ətraflarda olan qırmızı və göy damar “torları” ilə aparılan müalicə üsullarından biri də - termokoaqulyasiyadır. Zədələnmiş sahəyə, özündən kiçikdalğalı axın buraxan, ultranazik iynə daxil edilir. Kiçikdalğalı axının yaratdığı yüksək temperaturun təsiri altında zədələnmiş venalar yapışır və sonra isə yox olurlar. Bu üsul çox sadə olub anesteziya olmadan aparılır.

Daha iri venalar zədələndiyi halda, lazer əməliyyatı üsulundan istifadə edilir. Bu əməliyyat zamanı zədələnmiş venaya nazik lazer işıq şüası daşıyıcısı yeridilir. Onun tərəfindən hasil olan lazer şüası xəstə venanı yapışdırır (“lehimləyir”). Belə əməliyyatlar yerli narkoz altında aparılır. Əməliyyatdan 1 saat sonra xəstə ayağa qalxıb evə gedə bilir. Lazer əməliyyatlarından sonra çapıq sahələri qalmır.

İri varikoz venaların xaric edilməsi üçün endoskopik əməliyyatdan da istifadə olunur. Minifleboektomiya adlanan və az travmatik olan bu müasir üsuldan, zədələnmiş iri venarıın xaric edilməsi üçün istifadə olunur.

Xəstənin sağlamlıq durumundan asılı olaraq, varikozun mülicə üsulu, fərdi şəkildə olmaqla, hər bir konkret halda həkim tərəfindən müəyyən edilir.

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 18:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see506

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see480

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see274

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see258

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see241

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see233

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see231

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see230

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see225

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see208

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see205

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see189

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see188

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see187

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see185

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see183

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see179

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see179

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see174

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri