Icma.az
close
up
RU
Varlı ailələrdən çıxan MƏŞHURLAR

Varlı ailələrdən çıxan MƏŞHURLAR

Icma.az bildirir, Lent az saytına əsaslanaraq.

Bir çox məşhurlar karyeralarına çətinliklərlə başlayaraq uğura çatmaq üçün az maaşlı işlərdə çalışmalı olublar. Amma bəzi tanınmış şəxslər uşaqlıqdan hər şeyə sahib olublar. Zəngin ailədə doğulmaq nüfuzlu əlaqələr, maliyyə dəstəyi, ən yaxşı resurslara və mediaya çıxış imkanı deməkdir.

Lent.az xarici mediaya istinadən valideynlərinin var-dövləti və statusu sayəsində daha tez məşhurlaşan beş ulduzu təqdim edir:

Peris Hilton

Sosial həyatın sevimlisi, biznes-leydi və realiti-şou ulduzu Peris Hilton uşaqlıqdan dəbdəbə içində böyüyüb.

O, dünyaca məşhur Hilton otellər şəbəkəsinin qurucusu Konrad Hiltonun nəticəsidir. Ailənin sərvəti milyardlarla dollarla ölçülür.

Bununla belə, Peris təkcə ailəsinin nüfuzu ilə kifayətlənməyib – parfümeriya xətləri, merch, şou və saysız-hesabsız media layihələrini əhatə edən öz imperiyasını qurub.
Amma onun startı zəngin mənşəyi sayəsində xeyli daha asan olub.

Kim Kardaşyan

Bu gün Kim Kardaşyan – artıq bir imperiyadır. Lakin onun şöhrət yolu nüfuzlu atası – O. C. Simpson işinə görə tanınmış vəkil Robert Kardaşyan ilə başlayıb.

İmtiyazlı ailədə yaşamaq, sosial həyatın norma olduğu mühitdə böyümək Kimə həm maddi, həm də sosial start kapitalı verib.

Ailəsinin populyarlığı sayəsində Kim kosmetika, moda, realiti-şou və rəqəmsal biznesi əhatə edən öz brendini yaradıb.

Ceyk Cillenhol

Hollivudun ən məşhur aktyorlarından biri olan Ceyk Cillenhol “Brokbek dağı” filmindəki rolu ilə tanınıb. Bu işinə görə o, nüfuzlu BAFTA mükafatı alıb və “Oskar”a namizəd göstərilib.

Amma onun uğur yolu bir çox həmkarla rına nisbətən daha asan olub, çünki o, artıq kino sənayesində nüfuzlu ailədə doğulub. Atası – rejissor Stiven Cillenhol, anası isə – ssenarist Naomi Fonerdir. Aktyor peşəkar karyerasına atasının filmlərində ilk addımlarını atıb. Bu gün Cillenholun onlarla əlamətdar rolu var və onun sərvəti 100 milyon dollardan çox qiymətləndirilir.

Mayli Sayrus

Mayli Sayrus “Hannah Montana” serialındakı rolu ilə bütün dünyada məşhurlaşdı, daha sonra isə solo karyerasını qurdu.

Amma onun şou-biznesə girişi sıfırdan başlamayıb. Onun atası – 1992-ci ildə ABŞ-da “Achy Breaky Heart” hit mahnısı ilə məşhur olan kantri ifaçısı Billi Rey Sayrusdur.
Billi Reyin sərvəti 25 milyon dollardan çoxdur və onun sənayedəki əlaqələri Maylinin startına ciddi dəstək verib.

Ceyden Smit

Aktor Uill Smit və Cada Pinkett-Smitin oğlu Ceyden Smit karyeraya sürətli başlamaq üçün bütün resurslara sahib idi.

O, ilk rolunu 8 yaşında – atası ilə birlikdə çəkildiyi “Xoşbəxtlik dalınca” filmində alıb. Smitlər ailəsinin ümumi sərvəti 470 milyon dollardan çox qiymətləndirilir. Bu isə Ceydenə gənc yaşdan aktyor, moda dizayneri və musiqiçi kimi sərbəst inkişaf etməyə imkan yaradıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://lent.az
archiveBu xəbər 27 Avqust 2025 10:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see353

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see330

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see306

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see300

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see296

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see282

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see282

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see277

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see275

40 dərəcə hərarət, dərmanlar təsirsizdir Minlərlə insan yatağa düşdü!

21 Noyabr 2026 22:10see255

Şaurma, yoxsa burger faydalıdır? Diyetoloq açıqladı

22 Noyabr 2026 02:00see255

Livan Prezidenti İranı topa tutdu Suverenliyimizə müdaxilə edir

22 Noyabr 2026 02:22see229

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see227

“Şərurlu İsfəndiyar” oğluna dəbdəbəli toy məclisi qurdu (FOTO)

22 Noyabr 2026 03:46see223

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see222

Meryem Üzerli Maşa oldu FOTO

22 Noyabr 2026 04:01see221

Ərzaq malları bahalaşıb

22 Noyabr 2026 13:51see216

Bakıda həbsdə olan şəxsin bağ evində silah sursat aşkarlanıb

22 Noyabr 2026 06:49see206

Azərbaycanlı futbolçunun komandası Kiprdə qələbə qazandı

22 Noyabr 2026 00:31see205

İdmançı müharibənin ekoloji fəsadlarına diqqət çəkmək üçün Hörmüz boğazını üzüb keçib

22 Noyabr 2026 04:48see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri