Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

Vaşinqton Ankaranı bölgədə əsas müttəfiqi hesab edir

Vaşinqton Ankaranı bölgədə əsas müttəfiqi hesab edir

Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Tramp ilə telefon danışığı aparıb. İki dövlətin liderləri Türkiyə-ABŞ münasibətləri ilə yanaşı, regional və qlobal məsələləri müzakirə ediblər. Prezident Ərdoğan regiondakı münaqişə zonasında atəşkəsin uzadılması qərarını müsbət qiymətləndirib, mübahisəli məsələlərin həllinin mümkünlüyünə inandığını, irəli sürülən konstruktiv təşəbbüslərə dəstəyin davam edəcəyini bildirib.

Tramp: Prezident Ərdoğanla çox yaxşı telefon danışığım oldu

Suriyadakı vəziyyətə toxunan Türkiyə dövlətinin başçısı qonşu ölkədə uzunmüddətli sabitliyin bərqərar olmasını “bütün region üçün əhəmiyyətli qazanc” adlandırıb. Prezident Ərdoğan Türkiyənin Suriyaya dəstəyinin fasiləsiz davam edəcəyini vurğulayıb. O, Livandakı vəziyyətin pisləşməsinin qarşısını almaq üçün isə tədbirlər görülməli olduğunu əlavə edib. Rəcəb Tayyib Ərdoğan NATO-nun Ankara Zirvə Görüşünə hazırlıqların davam etdiyini, Türkiyə olaraq bu tədbirin hər cəhətdən uğurlu keçməsi üçün bütün addımların atıldığını bildirib. O, həmçinin ABŞ Prezidentinə San Dieqoda məscidə edilən silahlı hücumla bağlı başsağlığı verib, Türkiyənin dini ekstremizm əleyhinə mübarizəyə daim hazır olduğunu ifadə edib.

ABŞ Prezidenti Donald Tramp isə jurnalistlərlə söhbətində türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığı barədə təəssüratlarını bölüşüb. Türkiyə lideri ilə aralarında yaxşı münasibətlərin qurulduğunu xatırladan Tramp, bu söhbəti “çox yaxşı danışıq” kimi xarakterizə edib. Ağ Evin rəhbəri Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasında jurnalistlərə açıqlamasında bu barədə danışıb: “Prezident Ərdoğanla çox yaxşı telefon danışığım oldu. Bizim çox yaxşı münasibətlərimiz var. Olduqca sərt insanlarla yaxşı münasibətlər saxlamaq əla deyilmi? O, sərt adamdır, lakin heç kimin onunla mənimki kimi münasibəti yoxdur”.  Tramp sözlərinə əlavə edib: “Düşünürəm ki, o, həqiqətən də müttəfiqdir. Bəziləri buna şübhə edir, lakin mən hesab edirəm ki, o, mükəmməl bir müttəfiqdir və öz xalqı ona hörmət edir”.

Xatırladaq ki, daha əvvəl Türkiyə rəhbərliyi alyansın şərq cinahındakı ölkələrin resurslarla təminatını gücləndirmək və Hörmüz boğazındakı vəziyyətdən asılılığı azaltmaq məqsədilə NATO-ya hərbi neft kəməri tikməyi təklif edib. Bu təşəbbüs hazırda alyansda təsdiqlənmə mərhələsində olan tədbirlər paketinin bəndlərindən biridir.

Türkiyə dünyada söz sahibi olan dövlətdir

Əlbəttə, ABŞ liderinin Prezident Ərdoğanla bağlı müsbət fikirləri təsadüfi deyil. Çünki Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Türkiyə böyük inkişaf yolu keçib. Bu gün Türkiyə təkcə regionda deyil, bütün dünyada güclü dövlət kimi tanınır. Qardaş ölkənın hazırda regional proseslərə ciddi təsir imkanları var. Həm Yaxın Şərqdə təhlükəsizliyin təmin olunması, eləcə də Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə təmin edilməsi prosesində rəsmi Ankaranın rolu inkaredilməzdir. Ankaranın Yaxın Şərq və Cənubi Asiyada yeni təhlükəsizlik balansının formalaşmasında rolunu beynəlxalq ekspertlər də etiraf edirlər.

Nəzərə almaq lazımdır ki, Türkiyə  NATO-nun ikinci ən böyük ordusuna sahibdir. Digər vacib məqam odur ki, Türkiyə  son 20 ildə öz hərbi gücünü əhəmiyyətli dərəcədə artırıb. Bu dövrdə Türkiyə çox sürətlə öz müdafiə sənayesini gücləndirib və ordusunu ən müasir hərbi texnika və atıcı silahlarla təmin edib. Hazırda Türkiyə dünyanın ən böyük pilotsuz uçuş aparatları (PUA) istehsalçısıdır. Ankara bundan sonra  da diqqətini pilotsuz döyüş platformalarının işlənib hazırlanmasına yönəldir və ölkə üçün istənilən potensial təhdidin qarşısını almaq üçün çoxsəviyyəli “Polad günbəz” hava hücumundan müdafiə sistemini yaratmaqdadır. Artıq uzunmənzilli hava hücumundan müdafiə sistemi olan “Siper Blok-1” Türkiyə Silahlı Qüvvələrinin arsenalına daxil edilib. “Siper blok-1” ölkənin “Polad günbəz” (“Çelik kubbe”) sisteminin yeni elementinə çevrilib. Türkiyə mediası yazır ki, sözügedən sistem ABŞ istehsalı olan “Patriot” və Rusiya istehsalı olan “S-400”ə bənzərdir.

Ankara hərbi gücünü artırır

Bundan başqa, Türkiyə sualtı qayıq layihəsini də uğurla reallaşdırır. Hələ 2015-ci ildə Yeni Tip Sualtı Qayıq Layihəsi çərçivəsində yerlilik göstəricisi yüksək olan “Type-214TN (Reis)” sinfinə məxsus sualtı qayıqların istehsalına başlayan Türkiyə 2017-ci ilin iyun ayında MİLDEN (Milli Sualtı Qayıq) layihəsinə start verib. Layihələndirmə işlərinin başa çatdırılmasından sonra Gölcük Gəmiqayırma Zavodunda ilk gəminin istehsalına başlanılması planlaşdırılıb. İlk gəminin 2031-ci ilə qədər tamamlanacağı gözlənilir.

Türkiyə ən yeni nəsil texniki göstəricilərə malik qırıcılar, helikopterlər və avtomobillər də istehsal edir. Türkiyə milli döyüş təyyarəsi “KAAN”ı istehsal etməklə dünyada 5-ci nəsil qırıcı istehsal edən 5 ölkədən biri sayılır. Xatırladaq ki, Türkiyənin “KAAN” milli hərbi təyyarəsi 2024-cü ilin fevralında ilk uçuşunu uğurla həyata keçirib. Bütün bunlar Türkiyənin hərbi sənayesinin mühüm nailiyyətləridir. Təbii ki, belə güclü hərbi potensiala sahib olan ölkə ilə digər dövlətlər hesablaşmalıdır. Lakin Ankara bu gücü ilə sadəcə öyünmür, dünyada sülh və təhlükəsizliyin təmin olunması təşəbbüslərini davam etdirir.

Donald Tramp ABŞ-da yenidən hakiyyətə gəldikdən sonra Vaşinqton-Ankara əlaqələri istiləşib. Bütövlükdə, ABŞ Türkiyənin regionda gücünü qəbul edir və bölgədə özünün əsas müttəfiqlərindən biri hesab edir.

N.BAYRAMLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 22 May 2026 09:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see477

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see448

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see324

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see321

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see272

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see256

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see255

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see240

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see239

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see230

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see226

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see222

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see219

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see218

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see210

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see207

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see204

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see202

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see199

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri