Icma.az
close
up
RU
Politoloq: Vaşinqton Ankaranı strateji tərəfdaş kimi daha çox önə çıxarır

Politoloq: Vaşinqton Ankaranı strateji tərəfdaş kimi daha çox önə çıxarır

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

Dünən Türkiyənin paytaxtı Ankarada Prezident Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi ilə NATO-nun 36-cı Liderlər Zirvəsi işə başlayıb. İki gün davam edəcək toplantıda ABŞ Prezidenti Donald Tramp da daxil olmaqla, alyansa üzv ölkələrin liderləri müdafiə xərcləri, Ukraynaya dəstək, Avropa təhlükəsizliyi və müdafiə sənayesinin gücləndirilməsi kimi əsas məsələləri müzakirə edirlər. Zirvə çərçivəsində Türkiyənin F-35 proqramına qayıtması ilə bağlı mümkün irəliləyiş və Ankaranın NATO-da artan strateji rolu da diqqət mərkəzindədir.Ankara Zirvəsi Türkiyənin NATO daxilindəki mövqeyini gücləndirəcək və F-35 proqramına qayıdış üçün real dönüş nöqtəsi olacaqmı?

Politoloq Zeynal Əmrəliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, NATO sammitinin Türkiyədə keçirilməsi olduqca mühüm hadisədir və Ankaranın alyans daxilində artan nüfuzunu bir daha nümayiş etdirir. Onun sözlərinə görə, rəsmi Ankara son dövrlərdə prinsipial və müstəqil siyasət yürüdərək həm regional, həm də qlobal proseslərdə təsir imkanlarını əhəmiyyətli dərəcədə artırıb.

"Donald Trampın yenidən hakimiyyətə gəlməsindən sonra ABŞ administrasiyası ilə Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi Türkiyə hökuməti arasında kifayət qədər isti və konstruktiv münasibətlər formalaşıb. Bu münasibətlər təkcə ABŞ–Türkiyə əməkdaşlığının inkişafı baxımından deyil, həm də NATO daxilində həmrəyliyin möhkəmlənməsi və alyansın güclənməsi baxımından xüsusi əhəmiyyət daşıyır", – deyə o bildirib.

Politoloq vurğulayıb ki, Türkiyə artıq regionun əsas geosiyasi oyunçularından birinə çevrilib və NATO-nun bölgədəki strategiyasının həyata keçirilməsində açar dövlət rolunu oynayır. Bu baxımdan Ankara sammitinin məhz Türkiyədə keçirilməsi təsadüfi deyil və ölkənin alyans daxilində artan nüfuzunun göstəricisidir.

"Türkiyənin F-35 proqramına mümkün qayıdışına gəldikdə isə, Donald Trampın son dövrlərdə Ankara ilə bağlı verdiyi müsbət açıqlamalar göstərir ki, Tramp administrasiyası bu məsələyə əvvəlki dövrlərlə müqayisədə daha müsbət yanaşır. Bu da Türkiyənin F-35 proqramına yenidən qoşulması və strateji hərbi əməkdaşlığın genişləndirilməsi istiqamətində müəyyən irəliləyişlərin mümkün olduğunu deməyə əsas verir", – deyə o əlavə edib.

Politoloq bildirib ki, son dövrlərdə ABŞ ilə İsrail arasında, xüsusilə də Benyamin Netanyahu hökuməti ilə Tramp administrasiyası arasında bəzi məsələlər üzrə fikir ayrılıqlarının müşahidə olunması Vaşinqtonun Türkiyəyə münasibətinə də müəyyən təsir göstərə bilər.

"Əgər əvvəllər ABŞ-ın Türkiyə siyasətində İsrail amili daha çox nəzərə alınırdısa, hazırkı geosiyasi şəraitdə Vaşinqtonun Ankara ilə strateji tərəfdaşlığı daha da inkişaf etdirmək niyyətində olduğu görünür", – deyə politoloq fikrini yekunlaşdırıb.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 08 İyul 2026 17:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see367

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see325

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see287

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see263

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see260

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see251

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see240

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see234

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see232

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see219

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see215

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see213

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see211

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see208

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see207

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see202

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see202

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see195

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see195

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri