Icma.az
close
up
RU
Politoloq: Vaşinqton bölgədə sülhün əsas təminatçılarından biri kimi çıxış edir

Politoloq: Vaşinqton bölgədə sülhün əsas təminatçılarından biri kimi çıxış edir

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Yekun sülh müqaviləsi Avropa ölkələrindən birində, hətta ABŞ-də imzalanacaq



Ermənistanın ABŞ-dəki səfiri Narek Mkrtçyan ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff ilə görüşüb.

Bu barədə Ermənistan səfirliyi məlumat yayıb.

Həmsöhbətlər avqustun 8-də Azərbaycan, Ermənistan və ABŞ arasında əldə olunan razılaşmaların gedişi və regional proseslərə toxunublar.

Stiven Uitkoff ABŞ-nin sülh gündəminə ardıcıl dəstəyini bir daha təsdiqləyib.

Mkrtçyan regionda sülh və sabitliyin bərqərar olunmasında göstərdiyi səylərə görə Stiven Uittkofa minnətdarlığını bildirib.


Politoloq Elçin Xalidbəyli Sherg.az-a bildirib ki, ABŞ-nin Cənubi Qafqazda sülh prosesinə dəstək verməsi artıq açıq-aşkardır:


"Bayden administrasiyasından fərqli olaraq Tramp administrasiyasının hakimiyyətə gəlməsindən sonra ABŞ-nin Cənubi Qafqaz siyasəti ciddi şəkildə dəyişib və pozitiv istiqamət alıb. İndi Vaşinqton bölgədə sülhün əsas təminatçılarından biri kimi çıxış edir. Bu, regional sabitlik üçün olduqca mühüm faktordur. Son vaxtlar ABŞ Cənubi Qafqaz istiqamətində əsasən Böyük Britaniya ilə paralel hərəkət edir. Bir müddət öncə Böyük Britaniya Azərbaycana və Ermənistana silah ixracına qoyulmuş embarqonu ləğv edib. Yəni ABŞ və Böyük Britaniya Cənubi Qafqazı Rusiyanın təsir dairəsindən uzaq, daha möhkəm dövlətlərin yerləşdiyi zona kimi görmək istəyirlər. Beləliklə, bölgəni Rusiyadan uzaqlaşdırmaq məqsədilə əhəmiyyətli və pozitiv istiqamətli prosesə start verilib. Bu baxımdan hesab etmək olar ki, hazırda Cənubi Qafqazın gələcək taleyi baxımından ABŞ və Böyük Britaniyanın sülh və sabitliyi dəstəkləməsi vacib və təsiredicidir. Əgər bu proses davam edərsə, regionun Qərbin təhlükəsizlik arxitekturasında yeri olmasının ehtimalı kifayət qədər yüksəkdir.

Böyük ehtimalla, proseslər indiki kimi davam edərsə, Azərbaycan və Ermənistan arasında yekun sülh müqaviləsi Avropa ölkələrindən birində, hətta ABŞ-də imzalanacaq. Lakin bunun qarşısında hələ bir əngəl durur. Ermənistan Konstitusiyasındakı, Azərbaycana qarşı ərazi iddialarını əks etdirən müddəaların ləğvi məsələsi hələ tam həll olunmayıb".


Analitik əlavə edib ki, hazırkı proseslərə əsasən demək olar ki, yekun sülh müqaviləsi Rusiyada imzalanmayacaq:

"Görünən odur ki, Moskva bu prosesdən kənarda qalır və müqavilənin imzalanmasına bir ildən də az vaxt qalıb. Ermənistanda keçiriləcək parlament seçkiləri bir çox məqamı aydınlaşdıracaq. Əgər Paşinyan hakimiyyəti mövqeyini qoruyub qalib gələrsə, sülh müqaviləsi qısa müddətdə imzalanacaq və Paşinyan tərəfdarları referendum keçirərək müqaviləni təsdiq edə bilərlər. Əks halda, Paşinyan məğlub olsa, həm Ermənistanda, həm də Cənubi Qafqazda sülh prosesi daha mürəkkəb xarakter daşıya bilər".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://sherg.az
archiveBu xəbər 17 Oktyabr 2025 14:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri