Icma.az
close
up
RU
Vaşinqton Ankaraya qarşı sərt siyasət həyata keçirərsə, Türkiyəni itirə bilər

Vaşinqton Ankaraya qarşı sərt siyasət həyata keçirərsə, Türkiyəni itirə bilər

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"ABŞ prezidenti Donald Trampın Türkiyə rəhbəri Rəcəb Tayyib Ərdoğan haqqında müsbət ifadələri göstərir ki, Ağ Ev başçısı Yaxın Şərqdəki proseslərin Türkiyənin partnyorluğu olmadan həyata keçirilməsinin qeyri-mümkün olduğunu anlayır".

Bu sözləri politoloq İlqar Vəlizadə Bakıvaxtı.az-a açıqlamasında deyib.

Ekspert bildirib ki, Türkiyə ABŞ-nin həm NATO üzrə tərəfdaşıdır, həm də bu ölkələr arasında ikitərəfli əməkdaşlıq güclənməkdədir:

"Türkiyə ABŞ üçün kifayət qədər önəmli və təsir imkanları güclü bir tərəfdaşdır. Belə demək mümkündürsə, ABŞ Türkiyə üzərindəki təsirini azaltmaq, ikitərəfli münasibətləri korlamaq istəmir. Ona görə də Tramp Ərdoğan lehinə bəyanatlar səsləndirir”.

Digər tərəfdən, müsahibimiz qeyd edib ki, ABŞ regionda etibarlı tərəfdaşlara bel bağlayaraq öz siyasətini həyata keçirməyi daha məqbul sayır. Belə halda Türkiyə-ABŞ münasibətləri eyni zamanda ABŞ-İsrail, ABŞ-İran və ümumiyyətlə Yaxın Şərq siyasətinə təsirini göstərə bilər.  İ.Vəlizadə hesab edir ki, ancaq bu, yalnız o halda baş verə bilər ki, Türkiyə ABŞ üçün danışıqlar tərəfdaşı olsun:

“Əgər Vaşinqton Ankaraya qarşı sərt siyasət həyata keçirərsə, Türkiyəni itirə bilər. Türkiyə ABŞ-nin qarşısında olan güclərlə əməkdaşlığı inkişaf etdirər. Bu da Tramp üçün arzuolunmazdır. O baxımdan ABŞ rəhbərliyi Türkiyə ilə bağlı məsələdə kifayət qədər ehtiyatlı davranmağa çalışır”.

İlqar Vəlizadə: Türkiyə ABŞ üçün önəmli və təsir imkanları güclü bir tərəfdaşdır

Politoloq qeyd edib ki, ABŞ-nin regionda ən yaxın müttəfiqlərindən biri də Səudiyyə Ərəbistanıdır. Ancaq Səudiyyə Ərəbistanı İsraillə normal münasibətlərdə deyil:

“Buna rəğmən, ABŞ öz tərəfdaşlarını itirməmək üçün onlarla yaxın əməkdaşlıq edir. Yəni hər şey İsrail baş naziri Benyamin Netanyahunun istəyindən asılı deyil".

Aydın Baxış

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 19 Aprel 2025 10:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see488

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see178

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see160

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see143

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see142

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see137

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see135

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see134

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see133

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see132

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see131

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see131

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see130

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see128

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see123

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri