Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Məşhur bir hiylə paltaryuyan maşınınıza zərər verə bilər

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

İlhamə Quliyeva müsahibə verdi və ağladı

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

Roma nın Raspadori planı

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

Lavrovun müavini Azərbaycan səfiri Rəhman Mustafayevlə görüşüb

Vaşinqton Bəyannaməsi erməni diasporu və müxalifətini narahat edir

Vaşinqton Bəyannaməsi erməni diasporu və müxalifətini narahat edir

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında əldə edilmiş razılaşmalar Cənubi Qafqazda yeni reallıqların yaranması, kommunikasyaların blokdan açılması, Naxçıvanla əlaqənin təmin edilməsi, Azərbaycanın nəqliyyat logistikasının gücləndirilməsi, ATƏT-in Minsk qrupunun ləğvi, ABŞ ilə Azərbaycanın münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə qaldırılması deməkdir.

Bu, eyni zamanda, şəxsən Paşinyan və Ermənistanın hakim partiyası üçün böyük siyasi uğur sayıla bilər, çünki o, 2026-cı il seçkilərində sülhü əldə edən siyasətçi kimi qoşula bilər. Belə bir vəziyyət isə erməni diasporu və müxalifətini ciddi şəkildə narahat etməyə başlayıb.

2020-ci ildən bu yana həm sülhün, həm də regionun nəqliyyat kommunikasiyalarının açılmasının qarşısında böyük əngələ çevrilən diaspor və müxalifət artıq uduzduğunu dərk edir. Keçirilən sorğular isə göstərir ki, Ermənistan sakinlərinin böyük əksəriyyəti Vaşinqton Bəyannaməsinin maddələrindən və şərtlərindən razıdırlar. Hətta bunu erməni müxalifətinin nəzarətində olan KİV də etiraf edir. Bununla belə, erməni müxalifəti əlində olan media resurs və sosial şəbəkələr vasitəsilə Vaşinqton Bəyannaməsi barədə şərhlər verir, Ermənistanın dövlət kimi artıq mövcud olmayacağı barədə xəbərlər tirajlayırlar. Müxalifətin şərh və rəy hücumu əsasən bir neçə tezis üzərində qurulub: Qarabağ məsələsi bağlanır, Qarabağ ermənilərinin problemi açıq qalır, Bakıda ədalət qarşısında cavab verən erməni separatçıların mövzusu da tarixə qovuşur, Sünik vilayəti, yəni Zəngəzur Azərbaycanın nəzarətinə keçir.

Səhərdən gecə saatlarına qədər Serj Sarqsyan və Robert Koçaryanın maliyyəsi ilə çalışan bir sıra media resurslarında (panorama.am, aysor.am, 168.am, 1in.am, hetq.am, zham.am və s.) Vaşinqtonda imzalanan sənədlə bağlı ağzına gələn şərhi vermək üçün bir sıra siyasətçi və politoloqlar sıraya düzülüblər.

Bununla belə, yuxarıda da qeyd etdiyimiz kimi, 8 avqust sənədi eyni zamanda erməni diasporunun da yuxusuna haram qatıb. Artıq çirkin planlarını icra etmək üçün Ermənistanı itirməyə doğru getdiyini anlayan diaspor müəyyən siyasi dairələrin sifarişi ilə hərəkətə keçib. Maraqlıdır ki, amerikalı vəkil Robert Amsterdam tələm-tələsik İrəvana səfər edib, bir sıra açıqlamalar verib, bəyanatlar səsləndirib. Hüquqşünasın Vaşinqton Bəyannaməsinin imzalanması ilə eyni vaxtda Ermənistana səfəri göstərir ki, diaspor imzalanmış sənədin əleyhinədir və bu səbəbdən baş nazirə qarşı yeni planı dövriyyəyə buraxıb. İrəvana enər-enməz açıqlama verən vəkil bildirib ki, biznesmen Samvel Karapetyana qarşı irəli sürülən ittihamların mahiyyətindən və Ermənistan hakimiyyətinin kilsəyə hücumundan şoka düşüb.

İşin maraqlı tərəfi də odur ki, bu açıqlamadan sonra Amsterdam bəyan edib ki, Ermənistan hökuməti onu ölkəyə buraxmamaqla hədələyib və onunla görüşmək niyyətində deyil. Bununla yanaşı, amerikalı hüquqşünas qeyd edib ki, əgər hökumətlə görüş baş tutmasa, amerikalılar erməni diasporu ilə işləyəcək və beynəlxalq təşkilatlarla əlaqə saxlayacaqlar. Elə bu açıqlamalar Amsterdamın Ermənistana kimin sifarişi və göstərişi ilə səfər etdiyini aydın şəkildə ortaya qoyur. Eyni zamanda adi bir vəkilin erməni hökumətini hədələməsi də onun məqsədlərindən xəbər verir.

İşin digər tərəfi isə odur ki, amerikalı vəkilin səfərindən dərhal sonra Karapetyan ailəsi "Ermənistan Elektrik Şəbəkələri" şirkətinin müsadirə edilməsi ilə bağlı Ermənistan Respublikasına qarşı beynəlxalq investisiya arbitrajı qaldırıb. Ailə hökumətdən 500 milyon dollar təzminat tələb edir. Maraqlıdır ki, özünü messenant, xeyriyyəçi, Kilsə müdafiəçisi kimi təqdim edən Samvel dəfələrlə bildirib ki, sözügedən şirkət ona heç bir xeyir gətirmir. Kiprdən olan investor kimi Ermənistana qarşı iddialar qaldıran Karapetyan eyni zamanda özünü Ermənistandan olan iş adamı kimi təqdim edərək Fransaya qarşı iddialar qaldırır. Əslində isə rus kuratorların Ermənistana, Fransaya qarşı sifarişlərini yerinə yetirən rusiyalı iş adamıdır. Ehtimal etmək olar ki, diasporun sifarişi ilə Samvel Karapetyan məsələsi hələ uzun müddət Paşinyana qarşı təzyiq rıçaqı kimi istifadə ediləcək.

Göründüyü kimi, Vaşinqton Bəyannaməsi Ermənistanda bir sıra siyasi qurumların, partiyaların, revanşistlərin kürkünə birə salıb. Hətta Ermənistan Xarici İşlər Nazirliyinin keçmiş yüksəkrütbəli məmurları tərəfindən yaradılan Ümumerməni Diplomatlar Şurası da açıqlama verərək bildirir ki, Vaşinqton razılaşması Cənubi Qafqazda yeni bölücü xətlər yarada və kövrək tarazlığı poza bilər. Əslində sənədin dünyanın əksər dövlətlər tərəfindən alqışlandığını, sülhün bərqərar olması üçün böyük bir addım olduğunu nəzərə alsaq, belə bir açıqlamanın hansı diplomatiyadan xəbər verdiyini, revanşistlərə xidmət etdiyini anlamaq olar.

Paralel olaraq, Serj Sarqsyanın Respublikaçılar partiyasının açıqlama verərək, Vaşinqton deklarasiyasını geosiyasi avantüra adlandırması, Ermənistanın maraqlarını qorumadığını bildirməsi, sənədin ölkənin suverenliyini təhdid etməsi, Qarabağ ermənilərinin hüquqlarının pozulması kimi şərh etməsi də yuxarıda qeyd edilən revanşizmin təzahürləridir. Eyni zamanda ATƏT-in Minsk qrupunun ləğvinin də Respublikaçılar partiyasını təşvişə salması sübut edir ki, bu siyasi qüvvə sülhün imzalanmasında maraqlı deyil və ölkənin inkişafını, Azərbaycanla münasibətlərin normallaşmasını qəti şəkildə istəmir. Hər zaman olduğu kimi, Qarabağ erməniləri kartı da bu partiyanın bəyanatında müəyyən konturlarla verilib.

Sarqsyan partiyasının bəyanatından da görünür ki, Paşinyanın bu sənədi imzalaması Ermənistan-Rusiya münasibətlərinə ziyan vurur. Bu isə Serjin Kremldəki ağalarının sifarişlərini yerinə yetirən, canla-başla xidmət edən siyasətçi olduğunu bir daha sübut edir.

Eyni fikirlərlə Hayastan fraksiyası, yəni Robert Koçaryanın lideri olduğu siyasi qurum da çıxış edib. Fraksiya açıqlama verərək bildirib ki, Vaşinqton Bəyannaməsi yeni ekzistensial təhdidlərlə doludur. Koçaryan tərəfdarlarının fikrinə görə, sənəd Azərbaycanla Ermənistan arasında sülhü ehtiva etmir, əksinə, bir sıra təhlükələr mövcuddur. Bu fraksiya da Serjin tezisini təkrarlayaraq, yenə də Qarabağ və Qarabağ erməniləri kartından, Bakıdakı separatçılardan uzun-uzadı açıqlama verərək, xalqın fikrini bulandırır, sənədin Ermənistanın maraqlarına zidd olduğu barədə sərsəm fikirlər səsləndirir. Hayastan fraksiyasının fikrinə görə, Ermənistan bu "dalandan" sadəcə siyasi rejimi devirərək çıxa bilər. Yəqin ki, Koçaryan bu məsələdə Kremldəki havadarlarına ümid edir. Çünki artıq Rusiya humanitar yardım adı altında Ermənistanda bir sıra layihələrin icrasına start verib. Növbəti hədəfdə erməni məktəblilərin qidalanmasına 25 milyon dollar ayırmaq nəzərdə tutulub. Moskvanın bir sıra qurumlarının xeyriyyə və humanitar yardım adı altında hansı işləri gördüyü isə bütün dünyaya məlumdur.

Qısacası, Vaşinqton sənədi erməni müxalifətinə ciddi zərbədir. Artıq revanşistlərin hakimiyyətə qayıtmaq, destruktiv fəaliyyətlə məşğul olmaq, iki ölkə arasında münasibətlərin normallaşmasına ziyan vurmaq planları suya düşüb. Çox güman ki, 2026-cı il seçkiləri hakim "Vətəndaş müqaviləsi" partiyasının qələbəsi ilə yekunlaşacaq. Çünki Vaşinqton Bəyannaməsi Paşinyana müxalifətə qarşı kart-blanş verir və keçirilən sorğular da sadə erməni vətəndaşının sənəddən razı olduğunu üzə çıxarır. Serj və Robertin timsalında erməni müxalifətinə isə kəndin hay itləri kimi ağız-ağıza verib hürüşməkdən başqa bir yol qalmır.

"Report" İnformasiya Agentliyi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:122
embedMənbə:https://oxu.az
archiveBu xəbər 13 Avqust 2025 16:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see266

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

25 Dekabr 2025 16:01see258

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see239

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see228

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see208

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see202

Məşhur bir hiylə paltaryuyan maşınınıza zərər verə bilər

25 Dekabr 2025 18:54see190

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see187

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see174

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see166

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

25 Dekabr 2025 19:06see163

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

26 Dekabr 2025 00:28see154

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see148

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see145

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

25 Dekabr 2025 22:54see143

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see142

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

26 Dekabr 2025 03:26see138

Roma nın Raspadori planı

25 Dekabr 2025 23:10see137

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see133

Lavrovun müavini Azərbaycan səfiri Rəhman Mustafayevlə görüşüb

25 Dekabr 2025 19:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri