Icma.az
close
up
RU
Vaşinqton formatı regionda diplomatik balansın dəyişməsi deməkdir

Vaşinqton formatı regionda diplomatik balansın dəyişməsi deməkdir

Icma.az, Newscenter.az portalına istinadən məlumatı açıqlayır.


Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında Ağ evdə, Prezident Donald Trampın iştirakı ilə keçirilən görüşdə regiona üç onillikdən sonra sülh, sabitlik və firavanlıq gətirəcək, tarixi sənəd - üçtərəfli, Birgə Bəyannamə imzalandı. Bu sənədin özü qədər, Vaşinqton formatı da regionda diplomatik balansın dəyişməsi deməkdir.
Tramp qeyd edir ki, bir çox dövlət, təşkilat, rəhbər bu iki ölkə arasında sülhə nail olunmasına çalışıb: ATƏT, Avropa İttifaqı, “yuxulu” Bayden. Ancaq heç bir dövlət, qurum, heç bir Ağ Ev rəhbəri bu sülhdə vasitəçi olmağa və bunu həqiqətən gerçəkləşdirməyə nail ola bilməyiblər.
Görüşdə diqqət çəkən məqamlardan biri Prezident Trampın bu Sülhə nail olunmasında oynadığı böyük rolun və dəstəyin qarşılığı olaraq, ona ehtiram əlaməti olaraq, Trampın Prezident İlham Əliyev tərəfindən səsləndirilən təkliflə “Nobel Sülh mükafatına” namizəd kimi göstərilməsi oldu. Dövlət başçımızın təklifi əsasında Ermənistanla birgə mükafat komitəsinə müvafiq məktubu ünvanlanacağı bəyan edildi.
Ən mühüm məqam isə odur ki, “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş” artıq xarici işlər nazirləri səviyyəsində paraflanıb. Bu, mətn üzərində razılığın əldə olunması deməkdir, lakin imzalanma və ratifikasiya hələ qarşıdadır. Yəni sənəd hələ hüquqi qüvvə qazanmayıb, amma prosesdə dönüş nöqtəsidir. Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanın Birgə Bəyannamənin arxasında dayanması, ABŞ Prezidentinin isə buna şahidlik etməsi beynəlxalq legitimlik baxımından tarixi dönüş nöqtəsi idi.
İki ölkənin ATƏT-ə birgə müraciət etməsi 30 ildən artıq davam etmiş, lakin real nəticə verməmiş vasitəçilik mexanizminin rəsmi olaraq sona çatması deməkdir. Bu, çox böyük diplomatik irəliləyişdir. Bəyannamədə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz keçidin təmin edilməsi xüsusi vurğulanır. Bu isə Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı “Zəngəzur dəhlizi açılacaqdır” diktəsinin reallaşması deməkdir. Zəngəzur yolunun maneəsiz keçid olaraq açılması və dünya lideri Trampın bu yola “Qarant” olması 3 ölkə, region üçün, hətta Asiya və Avropa üçün yeni dividentlər gətirəcək. Birgə Bəyannamə ilk növbədə “qarşılıqlı fayda” prinsipinə əsaslanır, bu isə hər iki tərəfin siyasi cəhətdən qəbul edə biləcəyi formul kimi görünür.
“Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” adlı bağlantı layihəsi yeni diplomatik brenddir, adın birbaşa Donald Tramp ilə bağlanması onun prosesdə “zəmanətçi” olmasını simvolizə edir. Hesab edirəm ki, bu, həm siyasi, həm də infrastruktur xarakterli nəhəng bir layihədir və iqtisadi cəhətdən çox böyük potensiala malikdir. Bu isə, ilk növbədə, Azərbaycan xalqının sosial müdafiəsinin möhkəmləndirilməsinə, insanların rifah halının daha da yaxşılaşdırılmasına xidmət edəcək.
Bəyannamə beynəlxalq sərhədlərin toxunulmazlığı, güc tətbiqi ilə ərazi əldə etmənin yolverilməzliyi kimi prinsipləri qəbul edir. Bu isə Sülh gündəliyinin banisi Prezident İlham Əliyevin Ermənistan tərəfinə təqdim etdiyi sülh müqaviləsinin əsasını təşkil edən prinsiplərdən biridir. Bu prinsiplər bir-birinin suverenliyinin, ərazi bütövlüyünün, sərhədlərin toxunulmazlığının tanınması, bir-birinə qarşı ərazi iddiası ilə çıxış etməmək, bir-birinə qarşı güc tətbiq etməmək, güc tətbiqi ilə hədələməmək, sərhədlərin demarkasiyası və delimitasiyası, diplomatik münasibətlərin qurulması və kommunikasiyaların açılmasıdır. Sülh müqaviləsinin mətni də məhz, Azərbaycan tərəfindən hazırlanıb, bunu erməni mətbuatı da təsdiqləyir.
Birgə Bəyannamə həm revanşist yanaşmaların qarşısını almağa yönəlmiş siyasi mesajdır, həm də gələcəkdə sülhün davamlılığı üçün möhkəm baza yaradır. 2023-cü il antiterror əməliyyatına qədər Ermənistan Sülh müqaviləsinin layihəsinə Qarabağda yaşayan erməni sakinlərin məsələsinə dair bəndin salınmasını təkid edirdi. Azərbaycan isə bu məsələdə prinsipial olaraq vurğulayırdı ki, ölkənin daxili məsələsi dövlətlərarası sənədin subyekti ola bilməz. Diqtə edilən qəbul edildi.
Tərəflər bu görüşün “möhkəm təməl” yaratdığına əmin olduğunu bəyan etdi. Bu gecə bütün Azərbaycan xalqı, əminəm ki, tarixi anları izləmək üçün ayaqda idi. Donald Trampa ölkə rəhbərinin uzun illərdir ki, ədalətli Sülhü gözləyən Azərbaycan xalqı adından da təşəkkürü əlamətdar oldu.
Vaşinqton bu mərhələdə yalnız vasitəçi deyil, həm də prosesin uğuruna siyasi kapital qoyan tərəf mövqeyindədir. Bu, həm də ABŞ-ın Cənubi Qafqaz siyasətində yeni fəallıq mərhələsinin başlanğıcını qoydu.
Pərvanə Vəliyeva,
Milli Məclisin deputatı
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:191
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 09 Avqust 2025 20:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see415

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see278

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see277

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see275

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see261

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see257

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see243

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see237

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see234

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see212

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see202

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see197

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see196

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see192

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see191

Hər şeyi qazanmaq və ən yaxşı olmaq istəyirəm Barselona nın futbolçusu

02 Noyabr 2026 23:34see191

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see183

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see168

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see168

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri