Icma.az
close
up
RU
Vaşinqton görüşü regionda dönüş nöqtəsi oldu

Vaşinqton görüşü regionda dönüş nöqtəsi oldu

Azxeber.com saytına istinadən Icma.az xəbər verir.

2020-ci ilin 44 günlük İkinci Qarabağ  müharibəsində şanlı Qələbəmizlə  başlayan zəfər yolu, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası, yeni dövrün reallıqlarına uyğun olaraq müəyyənləşdirilən hədəflərə nail olmaq istiqamətində atılan inamlı addımlar Vaşinqtonda diplomatik uğurlarımızı şərtləndirdi. Bu uğurlarımızın təməlində Ulu Öndər Heydər Əliyevin bugünümüz və gələcəyimiz üçün müəyyənləşdirdiyi düşünülmüş siyasət  və 2003-cü ildən bu xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi dayanır. Ümummilli Lider daim bu əminliyi ifadə edirdi ki, torpaqlarımız işğaldan azad ediləcək, soydaşlarımız doğma yurdlarına qayıdacaqlar. Dahi şəxsiyyət Azərbaycanın gələcəyini düşünərək 2003-cü ildə xalqa tarixi müraciətində cənab İlham Əliyevə Özü qədər inandığını, Onun sona çatdıra bilmədiyi işləri, planları məhz İlham Əliyevin axıra çatdıracağını bildirdi. Vətən müharibəsində tarixi Zəfərimizə imza atmaqla ölkə Prezidenti, Müzəffər  Ali Baş Komandan İlham Əliyev Ümummilli Liderin bütün arzularını reallığa çevirdi. Dahi şəxsiyyətin görmək istədiyi bugünkü Azərbaycanı yaratdı. Hər bir uğurumuz Ulu Öndər Heydər Əliyev siyasətinin təntənəsidir. 

Vaşinqton görüşü Cənubi Qafqazda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması baxımından tarixi dönüş nöqtəsi oldu. Vaşinqton razılaşmaları  ölkəmizin artan nüfuzunun, Prezident İlham Əliyevin qətiyyətli mövqeyinin, diplomatik mübarizədə üstünlüyümüzün nəticəsidir. Dövlətimizin başçısı həm döyüş meydanında, həm də diplomatik arenada qələbə və böyük siyasi nüfuz qazanan liderdir. Azərbaycan hər zaman sülhün, yeni əməkdaşlıq formatlarının müəllifi kimi tanınır və nüfuz qazanır.

Prezident İlham Əliyevin ABŞ-a səfəri həm Azərbaycan-Amerika ikitərəfli münasibətləri, həm də Azərbaycan-Ermənistan sülh gündəliyi, regional sabitlik və qlobal təhlükəsizlik kontekstində  xüsusi əhəmiyyət kəsb etdi. Birləşmiş Ştatların Prezidenti Donald Trampın dəvəti ilə gerçəkləşən səfər tarixi xarakter daşıdı. Azərbaycan ilə Birləşmiş Ştatlar arasında münasibətlər təkcə ənənəvi diplomatik əməkdaşlıq çərçivəsində inkişaf etməklə kifayətlənmir, eyni zamanda, keyfiyyətcə yeni - strateji müttəfiqlik səviyyəsinə yüksəlir. Səfər çərçivəsində Azərbaycanla ABŞ arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi istiqamətində Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə "Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu”nun,  ABŞ Prezidenti tərəfindən "Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin tətbiqinin dayandırılması barədə Sərəncamın imzalanması mühüm əhəmiyyət kəsb edir.

Son beş ilin reallığı budur ki, Azərbaycan 2020-ci il Vətən müharibəsində əldə etdiyi tarixi Zəfər ilə Cənubi Qafqazda yeni geosiyasi reallıqlar formalaşdırıb və bu reallıqlar beynəlxalq hüququn prinsiplərinə əsaslanaraq regionda sülhün qurulması üçün yeni əsaslar yaradır. Bu gün Azərbaycan qalib tərəf kimi regionda sülh gündəliyini müəyyən edən əsas aktor olmaqla, yaranmış reallıqları beynəlxalq miqyasda təsdiq etməkdə, hüquqi çərçivəyə salmaqdadır. Azərbaycanın təşəbbüsü ilə başlayan və irəliləyən  sülh danışıqları öz məntiqi nəticəsini verir.  "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş” layihəsi artıq paraflanıb.  ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanması ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinin ünvanına birgə müraciət ünvanlandı və bu proses artıq məntiqi sonluqla yekunlaşır. Artıq sülh müqaviləsinin imzalanması, regionda davamlı sülhün və sabitliyin əldə olunması yolunda yalnız bir əngəl qalır – Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması.  Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının "Əl-Ərəbiyyə” telekanalına müsahibəsində də bildirdi ki, Ermənistan  həmin müddəaya dəyişiklik edəcək. Elə ki, bu dəyişiklik olundu, yəni, Azərbaycanın ərazi bütövlüyünə qarşı iddialar onların konstitusiyasından çıxarıldı, formal olaraq sülh sazişi də imzalanacaq. Lakin fakt budur ki, Azərbaycan və Ermənistanın Ağ Evdə Prezident Trampın iştirakı ilə bu sənədi paraflaması müharibənin başa çatdığını göstərir. Bu, mərhələlərlə 30 ildən artıq davam edən müharibənin sonudur və həm Cənubi Qafqaz regionu, həm də daha geniş mənada Mərkəzi Asiya və Yaxın Şərq üçün tamamilə yeni imkanlar açır.

Dövlətimizin başçısı İlham Əliyev 44 günlük İkinci Qarabağ  müharibəsindən sonra  dəfələrlə bu çağırışı edir ki, Azərbaycanın əsas hissəsinin Naxçıvana quru yolla maneəsiz keçidi təmin edilməlidir. Ölkə Prezidentinin bu tələbi də Ermənistan tərəfindən qəbul edildi. Belə ki, imzalanmış Birgə Bəyannamədə ölkəmizin əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz gediş-gəliş təsdiq olundu. Zəngəzur dəhlizinin açılması Azərbaycanın beynəlxalq nəqliyyat və iqtisadi əlaqələrdə  iştirakını təmin edən fundamental hüququdur. Bu dəhlizin reallaşması həm region dövlətləri, həm də daha geniş geoiqtisadi məkan üçün yeni tranzit imkanları və uzunmüddətli sabitlik perspektivləri yaradır.

Vaşinqtonda keçirilən görüş regionun tarixində xüsusi yer tutan böyük siyasi hadisədir. Azərbaycanın illərdir formalaşdırdığı diplomatiya xətti bu uğurun əsasını qoyub. Görüş çərçivəsində imzalanan sənədlər bölgədə sülh prosesinə yeni impuls verir və əməkdaşlıq üçün geniş imkanlar açıb. Artıq regionda yeni reallıq formalaşır və bu reallığın mərkəzində Azərbaycanın möhkəmlənmiş mövqeyi, təmin olunmuş suverenliyi və dayanıqlı sülh gündəliyi dayanır.

Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Vaşinqton razılaşmaları  sülh diplomatiyasının və müdrik liderliyin təntənəsidir. Vaşinqton səfəri çərçivəsində keçirilən görüşlərdə, əldə olunan razılaşmalarda Prezident İlham Əliyev Azərbaycanın gücünü, prinsipial mövqeyini və siyasi iradəsini bütün dünyaya nümayiş etdirdi. Vaşinqtonda diplomatik zəfər Azərbaycanın regionda və qlobal siyasətdə mövqeyini daha da möhkəmləndirdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan artıq regional güc olmaqla yanaşı, sözünün imzası qədər əhəmiyyətini təsdiqləyən,  söz sahibi olan dövlətə çevrilib. Qalib, bütövləşən Azərbaycan  Prezident, Müzəffər Ali Baş Komandan  İlham Əliyevin liderliyi ilə bütün hədəflərə ardıcıllıqla nail olur. Vaşinqtonda  imzalanan Birgə Bəyannamə Azərbaycanın, Prezident İlham Əliyevin növbəti parlaq qələbəsi kimi tarixə yazıldı.

Vüqar Rəhimzadə,

Milli Məclisin deputatı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:152
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 10 Sentyabr 2025 15:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Niqab qadağan olunur, hicab necə olacaq? Meloninin planı gündəmi dəyişdi

21 Sentyabr 2026 14:58see357

Körpənin ilk nəfəsini gözləmədən gələcəyini dəyişə bilərik Hamiləlik zamanı müayinələr nə üçün vacibdir? Foto

21 Sentyabr 2026 03:30see263

“Namaz qılmaq istəyirəm...”

20 Sentyabr 2026 21:52see261

“Abşeron Logistika” 2025 ci ili 77 milyon manat gəlir və 6,2 milyon manat xalis mənfəətlə başa vurub

22 Sentyabr 2026 12:55see251

Veyplər və erkən saç ağarması: həkimlər bir əlaqə görürlər, amma...

20 Sentyabr 2026 21:20see249

Berlin meri türk ola bilər

20 Sentyabr 2026 23:34see236

Yeni həftədə hansı bürclər şad xəbər eşidəcək?

20 Sentyabr 2026 23:39see234

REM yuxusu 83 xəstəliyin daha aşağı riski ilə əlaqələndirilir: araşdırma

20 Sentyabr 2026 20:37see229

Neftin qiyməti 60 dollara düşə bilər? Enerji böhranının tam həlli...

21 Sentyabr 2026 16:18see229

“Bavariya” prezidenti: “Yamal yaxşıdır, amma...”

21 Sentyabr 2026 03:39see226

20 Sentyabrın tarixi əhəmiyyəti: Dövlət hakimiyyəti bütün ölkədə tam təmin olundu

20 Sentyabr 2026 19:45see226

Diplomatların Qarabağa səfərinə Ermənistan cəmiyyətinin reaksiyası Azərbaycanın daxili işlərinə kobud müdaxilədir

20 Sentyabr 2026 23:11see223

Səyyad Aranın sözlərinə Səhiyyə Nazirliyindən CAVAB

21 Sentyabr 2026 14:49see220

Bundesliqa: Bayer inamlı qələbəyə sevindi

21 Sentyabr 2026 03:36see219

Çinlə ABŞ arasında ticarət iqtisadi məsləhətləşmələr başlayıb

20 Sentyabr 2026 19:53see219

Türkiyə Superliqası: Beşiktaş dan gözlənilməz məğlubiyyət Video

20 Sentyabr 2026 23:24see216

İltihablı sızanaqlar yeniyetmənin həyatını alt üst etmişdi. İnteqrativ müalicə ilə həll yolu tapıldı VİDEO

21 Sentyabr 2026 14:56see214

Bal orqanizmə necə zərərli ola bilər?

21 Sentyabr 2026 19:22see211

Qırmızı soğan və karri Bu ikili orqanizmi gücləndirir

21 Sentyabr 2026 18:20see208

Biznesi sürətlə böyütməyin yolları

21 Sentyabr 2026 03:17see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri