Icma.az
close
up
RU
Vaşinqton formatı yeni reallıq yaradır

Vaşinqton formatı yeni reallıq yaradır

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ermənistanda cəmiyyətlə revanşistlər arasındakı uçurum daha da dərinləşir

Azərbaycan, Ermənistan və ABŞ liderlərinin avqustun 8-də Vaşinqtonda keçirilən görüşü İrəvanda həm siyasi dairələrdə, həm də ictimaiyyətdə ciddi rezonans doğurub. Ermənistan daxilində danışıqlara münasibət kəskin şəkildə iki düşərgəyə bölünüb. Bu düşərgələrdən birini son dövrlərdə sülh və sabitlik tərəfdarı kimi çıxış edən hökumət və onun dəstəkçiləri, digərini isə danışıqları ərazi güzəştləri və suverenliyə təhlükə kimi qiymətləndirən radikal revanşistlər təmsil edir.

Baş nazir Nikol Paşinyanın komandasına yaxın fiqurlar görüşü sülh prosesində irəliləyişin növbəti addımı kimi qiymətləndiriblər. Hakim “Mülki müqavilə” partiyasının deputatlarının verdikləri açıqlamalarda qeyd olunub ki, Vaşinqton görüşü Ermənistanın suverenliyi və regionda uzunmüddətli sabitliyin və qarşılıqlı etimadın formalaşması baxımından mühüm əhəmiyyət kəsb edir.

Hakim partiyanın deputatı, parlamentin səhiyyə və sosial məsələlər komissiyasının sədri Narek Zeynalyan Vaşinqton platformasını Ermənistanın xarici siyasət kursunda prinsipial dönüş nöqtəsi adlandırıb. Onun əsas arqumenti budur ki, yalnız sülh sazişi və sərhədlərin qarşılıqlı şəkildə hüquqi cəhətdən tanınması Ermənistanın müstəqilliyini və təhlükəsizliyini təmin edə bilər. Zeynalyan sülh gündəliyinə sadiqliklərini bir daha vurğulayaraq, bu formatda keçirilən danışıqların Ermənistan üçün təkcə təhlükəsizlik yox, həm də iqtisadi inteqrasiya və regiondakı təcrid vəziyyətindən çıxış vasitəsi olduğunu bildirib. Qeyd edib ki, Ermənistanın qərbyönlü siyasəti çərçivəsində Vaşinqtonun vasitəçilik missiyası Rusiyanın zəifləyən nüfuzu fonunda alternativ rol oynamağa başlayıb. Deputat belə görüşlərin davamlı və nəticəyönümlü olmasının vacibliyini vurğulayıb: “Bu görüş Ermənistanın beynəlxalq müstəvidə suveren dövlət olaraq tanınması və regional izolyasiyadan çıxması baxımından əvəzsizdir. Vaşinqton görüşü Ermənistanın Qərblə daha sıx əməkdaşlığa doğru addım atdığının sübutudur”.

Hökumətə yaxın ekspertlər də ABŞ-ın prosesə cəlb olunmasını həm balanslaşdırıcı güc, həm də Rusiyadan asılılığın azaldılması yönündə strateji addım kimi dəyərləndiriblər. Güman etmək olar ki, belə mövqelər Ermənistanın təhlükəsizlik arxitekturasında dəyişiklik istədiyini və bunu reallaşdırmaq üçün diplomatik manevrlər etdiyini göstərir.

Lakin Ermənistan müxalifətinin Vaşinqton görüşünə və burada imzalanan sənədlərə münasibəti müsbət olmayıb. Radikal müxalifət, xüsusilə “Hayastan” blokunun nümayəndələri Vaşinqton görüşünə əvvəldən çox ehtiyatla yanaşırdılar. İndi isə onu Ermənistanın milli maraqlarına zidd hesab etdiklərini bildirirlər. Onların fikrincə, bu görüş real nəticə yox, ictimaiyyət qarşısında imitasiya xarakteri daşıyır və Ermənistan tərəfi yalnız Azərbaycanın diktəsi ilə razılaşmağa (?) məcbur edilib.

Təbii ki, bu cür düşüncədə olanların önündə sabiq xarici işlər naziri Vardan Oskanyan dayanır. O, “Facebook” sosial şəbəkəsindəki hesabında yazıb ki, sülh danışıqları Ermənistanın Qarabağ məsələsindən tamamilə imtinasını və Azərbaycanın şərtlərinə boyun əyməsini (?) legitimləşdirir. Oskanyan iddia edib ki, danışıqlar sülh deyil, Ermənistanın təcrid və zəiflik içində qəbul etdiyi birtərəfli öhdəliklərdən ibarətdir. O, ABŞ-ın vasitəçiliyi ilə keçirilən formatı şübhə ilə qarşıladığını bildirib. Burada Ermənistanın deyil, Qərbin geosiyasi maraqlarının ön planda olduğunu iddia edib. Oskanyan Vaşinqtonda imzalanan ikitərəfli və üçtərəfli sənədlərin Ermənistanı hüquqi və siyasi baxımdan zəiflətməyə xidmət etdiyini vurğulayıb: “Biz Ermənistanın milli maraqlarının tam şəkildə zəiflədiyini, Azərbaycanın təzyiqləri qarşısında diplomatik mübarizə apara bilməyən hökumətin iradəsiz davranışını müşahidə edirik. Fakt budur ki, Ermənistan öz suveren ərazilərinin bir hissəsinə nəzarəti müvəqqəti və ya həmişəlik güzəştə getməyə razıdır və bu, qəbuledilməzdir. Artıq bir neçə ildir ki, Zəngəzur dəhlizi adlanan ideya Bakı tərəfindən Ermənistanın suverenliyini şübhə altına almaq və müharibədən sonrakı nizamlanmaya yenidən baxılması üçün siyasi silah kimi (?) istifadə olunur. İndi isə Vaşinqton bu tələbi birdəfəlik rədd etmək əvəzinə daha da legitimləşdirdi. Ağ Ev Azərbaycanın tələbinə yaradıcı həll variantı kimi yanaşdı və bunu müzakirə mövzusuna çevirdi”.

***

Erməni İnqilabi Federasiyası – “Daşnaksütyun” və ona yaxın qurumlar isə Vaşinqton görüşünü və onun nəticələrini birbaşa Ermənistanın ziyanına qurulan siyasi oyun kimi dəyərləndiriblər. Partiyanın Livandakı mərkəzi komitəsinin və ABŞ-dakı “Hay data” ofisinin bəyanatlarında Ermənistan rəhbərliyinin “Artsax”ı tamamilə unutduğu, tarixi torpaqların (?) hüquqi statusundan imtina etdiyi bildirib. “Daşnaksütyun” bəyan edib ki, Vaşinqton sammiti Ermənistanın təhlükəsizlik maraqlarını deyil, Paşinyanın şəxsi hakimiyyətini qorumağa yönəlib.

Bəzi revanşist ekspertlər isə görüşdən sonra sərhədlərin delimitasiyası ilə bağlı hansısa güzəştlərin baş verəcəyini proqnozlaşdırıblar. Onların fikrincə, İrəvan Tavuş bölgəsində bəzi kəndləri Azərbaycana verməyə hazırlaşır və bu, Paşinyanın növbəti siyasi güzəşti olacaq.

***

Bu istiqamətdə yayılan manipulyativ xarakterli açıqlamaların çoxluğu Ermənistan baş nazirinin mətbuat katibi Nazeli Bağdasaryanı “Facebook” səhifəsində aşağıdakı fikirləri yazmağa məcbur edib: “Ermənistanın “dəhliz” həlləri ilə əvvəlcədən razılaşdığı, indi razılaşdığı və ya gələcəkdə razılaşacağı ilə bağlı bütün iddialar və yazılanlar, sadəcə olaraq həqiqətə uyğun deyil. Baş nazir Paşinyan bu il iyulun 16-da keçirdiyi mətbuat konfransında Ermənistan Respublikasının yanaşmalarını çox aydın və ikili şərhə yol vermədən təqdim edib. Başqa hər hansı məntiqdən söhbət gedə bilməz”.

Parlamentin sədr müavini Ruben Rubinyan isə “Armenpress”ə açıqlamasında bildirib ki, Ermənistanın Azərbaycanla bağlayacağı istənilən sazişə yolların suverenlik, ərazi bütövlüyü və yurisdiksiya, eləcə də qarşılıqlılıq əsasında açılması daxildir: “Yəni indiki halda Ermənistandan keçən bütün yollar və infrastruktur ərazi bütövlüyümüz çərçivəsində tam suverenliyimiz və yurisdiksiyamız altında olacaq və hər şey qanunvericiliyimizə uyğun fəaliyyət göstərəcək. Qarşılıqlılıq əsasında blokun açılması o deməkdir ki, Azərbaycan üçün yollar açıqdırsa, Ermənistan üçün də qarşılıqlı faydalı əsasda açıqdır. Bu, doğrudur. Kənardan və ya içəridən gələn, xaricdən diktə edilən çığırtılara fikir verməməlisiniz. Səmimi narahatlıqlar isə əlavə rəsmi məlumat aldıqdan sonra yəqin ki, aradan qalxacaq”.

Siyasi şərhçilər də məsələyə fərqli yanaşırlar. Vaşinqtonda əldə olunan razılaşmaları dəstəkləyənlər Ermənistanın uzunmüddətli sülhə alternativinin olmadığını bildirirlər. Müstəqil politoloq Suren Surenyants qeyd edib ki, sülh danışıqları istənilən halda mübahisəlidir, amma mövcud geosiyasi reallıqda Paşinyanın atdığı addımlar Ermənistanın təcrid vəziyyətindən çıxması üçün alternativsizdir. Eyni zamanda bəzi ekspertlər danışıqlarda şəffaflığın azlığından şikayətlənirlər. Onların fikrincə, ictimaiyyətə heç bir konkret məlumat təqdim olunmadan sülh sazişi ifadəsinin təkrar-təkrar istifadə olunması cəmiyyətdə çaşqınlıq yaradır.

İrəvan və Bakının Vaşinqtonda imzaladıqları sülhtyönümlü sənədlər ətrafında yaranan müzakirələr Ermənistan siyasi spektrində fikir ayrılıqlarını bir daha üzə çıxardı. İqtidar sülh gündəliyini davam etdirməkdə israrlıdır və bu prosesə Qərbin dəstəyini önəmli sayır. Müxalifət və revanşist dairələr isə emosional çağırışlarla cəmiyyəti təşvişə salmağa çalışsalar da, geniş ictimaiyyət onların çağırışına əvvəlki qədər həssas yanaşmır. Xalqın böyük əksəriyyəti sabitlik və iqtisadi rifah istəyir. Bu səbəbdən də radikal qrupların istəklərinə çatmaq ehtimalı azdır və cəmiyyət onları getdikcə daha çox marginal qüvvə kimi görməyə başlayır.

Səxavət HƏMİD
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 12 Avqust 2025 10:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PSJ, “Real” və “Bodo Qlimt” qazandı

06 Sentyabr 2026 00:43see279

Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək...

06 Sentyabr 2026 04:04see273

Boyları 1.52 metrdən az olan 7 məşhur (Fotolar)

06 Sentyabr 2026 02:02see265

CD lər geri qayıdır: rəqəmsal musiqi dövründə gözlənilməz trend

06 Sentyabr 2026 02:34see251

Xərçəng üçün inqilabı müalicə: Dərman tapıldı

06 Sentyabr 2026 12:33see246

Süni intellektin “diaqnoz”u xəstələri qorxudur Həkimlər nə deyir?

06 Sentyabr 2026 15:02see246

Maşın bazarında SON VƏZİYYƏT: Qiymətlərə təsir edən amillər hansılardır? VİDEO

06 Sentyabr 2026 08:38see240

Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər

06 Sentyabr 2026 06:07see238

Trampın haqlı çıxdığı məqam: İran iqtisadiyyatı həqiqətən də ağır böhran içindədir VİDEO

06 Sentyabr 2026 09:26see227

Stress zamanı bunları edin Özünüzü daha yaxşı hiss edəcəksiniz

06 Sentyabr 2026 01:01see221

Kseniya Borodina ABŞ dan məyus oldu: “Moskvada bizi çox ərköyün ediblər”

06 Sentyabr 2026 06:41see220

Bu gün Esvatini Krallığının milli bayramıdır

06 Sentyabr 2026 12:07see210

Timatinin qızı böyük filmdə baş rol aldı: reper ittihamlara cavab verdi

05 Sentyabr 2026 23:43see203

Buraxılış imtahanlarının əlavə mərhələsi keçirilib Nəticələr 5 günə açıqlanacaq

06 Sentyabr 2026 14:29see202

Filipp Kirkorovu səhnədə “qırxmağa” çalışacaqlar

06 Sentyabr 2026 03:27see199

Selen Öztürk yeni serialla ekranlara qayıdır

06 Sentyabr 2026 11:39see199

Misir Mərdanov: Sayı yox, keyfiyyəti artırmaq lazımdır

06 Sentyabr 2026 14:14see197

Şah Qacarın “bığlı arvadları” əslində kimlər idi? ARAŞDIRMA

06 Sentyabr 2026 05:07see187

Şəkidə avtomobil piyadanı vuraraq öldürdü

06 Sentyabr 2026 21:50see178

İlham Əliyev III Msvatini təbrik etdi

06 Sentyabr 2026 11:38see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri