Icma.az
close
up
RU
Vaşinqton görüşləri: “Azərbaycan üçün geosiyasi və geoiqtisadi dönüş nöqtəsi” RƏY BİLDİRİLDİ

Vaşinqton görüşləri: “Azərbaycan üçün geosiyasi və geoiqtisadi dönüş nöqtəsi” RƏY BİLDİRİLDİ

Icma.az, Sia Az portalına istinadən məlumat verir.

"Avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyevin keçirdiyi görüşlər – həm ABŞ sabiq Prezidenti Donald Tramp ilə ikitərəfli formatda, həm də Ermənistanın Baş naziri Paşinyanla üçtərəfli formatda baş tutmuş görüşlər – ölkəmiz üçün iki əsas aspektdən mühüm əhəmiyyət kəsb edir". Bu barədə siyasi ekspert Sultan Zahidov SİA-ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu səfər ilk növbədə Trampın Azərbaycan Prezidentini şəxsən dəvət etməsi ilə baş tutdu və bu, ABŞ-ın hazırkı geosiyasi reallıqlarda Azərbaycana verdiyi önəmin, eyni zamanda Azərbaycanın II Qarabağ zəfəri nəticəsində yaratdığı reallıqların qəbulunun göstəricisidir: “Bu, həm də Azərbaycanın uğurlu xarici siyasətinin və diplomatiyasının nəticəsidir”.

Sultan Zahidov əlavə edib ki, səfər çərçivəsində ABŞ və Azərbaycan arasında strateji tərəfdaşlıq üzrə işçi qrup yaradıldı və qarşılıqlı Anlaşma Memorandumu imzalandı: “Prezident İlham Əliyevin də vurğuladığı kimi, bu sənəd ikitərəfli münasibətlərdə yeni bir səhifənin açıldığını göstərir. Çünki xüsusilə Bayden administrasiyası dövründə iki ölkə arasında münasibətlər gərgin olmuş, ABŞ-ın ermənipərəst mövqeyi və 907-ci düzəlişin yenidən bərpa olunması bu münasibətlərə mənfi təsir göstərmişdi. Lakin Trampın təşəbbüsü ilə bu düzəliş yenidən dayandırıldı və bu, Azərbaycan-ABŞ əlaqələrində yeni mərhələnin başlanğıcı oldu”.

Ekspert vurğulayıb ki, keçirilən üçtərəfli görüşdə regionda sülh və sabitliyin təmin olunmasına yönəlmiş addımlar razılaşdırıldı: “Cənubi Qafqaz kimi münaqişələrlə dolu bir regionun sülh mərhələsinə qədəm qoyması, məhz II Qarabağ müharibəsində Azərbaycanın qazandığı qələbə və ərazi bütövlüyünün bərpası nəticəsində mümkün oldu. Bu zəfər təkcə Azərbaycanın deyil, Ermənistanın da geosiyasi yönünü dəyişdi. Ermənistan artıq Rusiyadan uzaqlaşaraq yeni təhlükəsizlik təminatları axtarır”.

Sultan Zahidov bildirib ki, Vaşinqton görüşü əslində Azərbaycanın 2020-ci ildə başladığı və 2022-ci ildə sülh üçün təqdim etdiyi 5 prinsip əsasında irəliləyən sülh prosesinin məntiqi nəticəsidir: “Bu proses həm Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi, həm də bölgədə sülhə real zəmin yaratması ilə yadda qaldı”.

O əlavə edib ki, bu nəticələri həzm edə bilməyən qüvvələr də mövcuddur: “Məsələn, İranın bəzi dairələri, xüsusilə hərbi qanadı, Zəngəzur dəhlizinə qarşı mənfi münasibət sərgiləyir. Onlar bu layihənin öz strateji maraqlarını zəiflədəcəyini düşünürlər. Amma reallıq ondan ibarətdir ki, Azərbaycan öz milli maraqları əsasında siyasət yürüdür və başqa dövlətlərin narahatlıqları ilə deyil, öz müstəqil mövqeyi ilə çıxış edir”.

Ekspert Rusiyanın mövqeyinə də toxunub: “Rusiya tərəfdən də müəyyən narahatlıq ifadə olundu. Çünki ABŞ-ın Cənubi Qafqaza gəlməsi Rusiyanın regional təsir dairəsinə zərbə vurur. Lakin sual olunur: Rusiya bu vaxta qədər Qafqazda sülh üçün nə edib? Hansı münaqişəni həll edib? Azərbaycan bu reallıqları çox yaxşı dərk edir və artıq bölgədə sülhün və təhlükəsizliyin bərqərar olması üçün bütün imkanlarını səfərbər edib. Vaşinqton görüşü, bir sözlə, təkcə Azərbaycan üçün deyil, bütövlükdə Cənubi Qafqaz və Avrasiya regionu üçün mühüm geosiyasi və geoiqtisadi nəticələr vəd edir. Regionda sabitlik və inkişafın təmin olunması baxımından bu görüşün əhəmiyyəti böyükdür”.

Sultan Zahidov əlavə edib ki, üçtərəfli razılaşmada yer alan əsas məqamlardan biri – Zəngəzur dəhlizinin açılması – təkcə Azərbaycanın Naxçıvanla əlaqəsini bərpa etməsi demək deyil: “Bu dəhliz Türkiyəni, Avropanı, Mərkəzi Asiyanı və Çini birləşdirən geniş bir ticarət yolunun əsas halqası olacaq. Bu baxımdan Zəngəzur dəhlizinə yalnız lokal layihə kimi yox, Orta Dəhlizin strateji hissəsi kimi yanaşmaq lazımdır. Bu da onu göstərir ki, bu dəhlizdən təkcə Azərbaycan deyil, bütün region və Avrasiya iqtisadi məkanı faydalanacaq”.

Ekspert vurğulayıb ki, hazırda əsas məsələ – Vaşinqtonda əldə olunan razılaşmaların praktiki mərhələyə keçməsidir: “Ermənistan öz konstitusiyasını dəyişdirməli, sülh sazişini imzalamağa hazır olmalıdır. Eyni zamanda Zəngəzur dəhlizi ilə bağlı texniki və siyasi işlər sürətlə davam etdirilməlidir ki, bu tarixi fürsət əldən verilməsin”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://sia.az
archiveBu xəbər 13 Avqust 2025 13:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see283

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see217

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see206

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see191

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see181

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see168

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see162

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see161

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see157

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see157

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see154

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see154

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see149

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see148

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see148

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see146

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see144

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see143

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see140

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri