Icma.az
close
up
RU
Vaşinqton “orbitr” rolunda...

Vaşinqton “orbitr” rolunda...

Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən.

Ağ Evin Aİ və Rusiya ilə bağlı yeni planları...

Son zamanlar Ağ  Ev ilə Kreml arasında Ukraynadakı vəziyyətlə bağlı səhnəarxası təmaslar intensivləşib - qeyd edək ki, keçən həftə hər iki ölkənin prezidenti Donald Tramp ilə Vladimir Putin arasında telefon danışığı baş tutub.  Tramp yerli mediaya açıqlamasında belə bir halın baş verdiyini bildirsə də, nə Ağ Ev, nə də Kreml tərəfindən hər iki liderin telefon söhbətində hansı məsələlərin müzakirə olunması barədə detallar açıqlanmayıb.

Buna baxmayaraq, artıq bir sıra ekspertlər məsələ ilə bağlı maraqlı fikirlər səsləndirməyə başlayıblar - onlar hesab edilər ki, ABŞ prezidenti Donald Tramp Rusiya ilə Ukrayna arasında müharibəyə son verməkdə maraqlı olsa da, o, münaqişənin müvəqqəti dondurulmasına, xüsusilə atəşkəs sazişi ilə bağlı şərtlərin Moskva və Kiyevin maraqlarına deyil, məhz Vaşinqtonun maraqlarına uyğun təmin olunmasına çalışacaq. Yəni ABŞ-ın yeni administrasiyası regionda özünün təkbaşına qələbəsi, Rusiya və Ukraynanın ortaq məğlubiyyəti planını qurur. Onların fikirlərinə görə, Ağ Evin yeni rəhbəri  bu yolla ABŞ-ın  həm regional, həm də beynəlxalq səviyyədə öz hegemonluğunu bir daha təsdiqləmək və mövqeyini gücləndirmək niyyətin?ədir.

Ağ Ev ilə Kreml arasında ikitərəfli təmaslar aparılsa da, Tramp Putinlə yaxın zamanda görüşməkdə maraqlı görünmür - o, hələ ki, Moskva ilə dialoqu səhnə arxasında aparmağa üstünlük verir. Ukraynada müharibənin yaxın dövrlərdə bitəcəyi gözlənilmir - münaqişənin ya bu ilin sonunda, ya da gələn ilin əvvəlində dondurulacağı ehtimal olunur.

Ekspertlər düşünürlər ki, Ağ Ev Ukraynada müharibənin davam etməsində maraqlıdır, çünki savaşın uzanacağı təqdirdə həm Rusiya, həm də Ukrayna daha da zəifləyəcək və daha acınacaqlı duruma düşəcəklər. Belə bir vəziyyətdə isə hər iki münaqişə tərəfinin ABŞ-ın şərtlərinə boyun əyməkdən başqa çarəsi qalmayacaq. ABŞ-ın vaxtı uzatmaq və hər iki tərəfi taqətdən salmaq taktikası öz strateji hədəflərinə nail olmağa istiqamətlənib.

ABŞ regionda yeni status-kvo yaratmaq istəyir

Trampa lazımdır ki, həm Moskva, həm də Kiyev Vaşinqtonun şərtləri əsasında atəşkəs sazişini imzalasınlar. Əgər Moskva Ağ Evin yeni rəhbərinin şərtlərini qəbul etməsə, Ukraynaya əvvəlkindən daha çox maliyyə-hərbi dəstək göstəriləcək və Rusiyaya qarşı sanksiyalar daha da sərtləşəcək - Kreml isə bunu qətiyyən istəmir. Yaxud əgər Ukrayna Trampın şərtlərinə etiraz edərsə, belə olan halda Kiyev Rusiya ilə meydanda yalnız buraxılacalaq. Bu baxımdan hər iki münaqişə tərəfin ABŞ-ın vasitəçiliyi ilə danışıqların keçirilməsində maraqlı olacağına şübhə yoxdur. 

Təbii ki, Rusiya ilə Ukrayna arasında sülh sazişinin imzalanması qeyri-mümkündür, çünki nə Kiyev öz ərazilərini Rusiyaya güzəştə gedəcək, nə də Moskva öz nəzarəti altında olan ərazilərdən imtina edəcək - hər iki tərəf arasında münaqişə dondurulacaq,  doğrusunu desək, regionda yeni status-kvo yaranacaq. Bu isə daha çox ABŞ-ın maraqlarına xidmət edəcək. Belə bir vəziyyətin yaranacağı təqdirdə Vaşinqton iki əsas məqsədinə nail olacaq.  Birincisi, Vaşinqton Ukraynaya daha maliyyə yardımı göstərməyəcək, əksinə əvvəlki yardımları əsas gətirməklə bu ölkədə iqtisadi təsir imkanlarını artıracaq. İkincisi, Rusiyanın yenidən güclənməsinə və dirçəlməsinə imkan verməyəcək, yəni vaxtaşırı münaqişəni alovlandırmaqla Moskvanın hərbi-siyasi və iqtisadi imkanlarını tükəndirəcək. Eyni zamanda Aİ ilə Rusiya arasında bufer zona formalaşdırmaqla aktiv iqtisadi əlaqələrə mane olacaq.

Məhz bu amilllər Vaşinqtonun Rusiya-Ukrayna münaqişəsinin daim davam etməsində maraqlı olduğunu sübut edir. Bununla yanaşı, bu taktika Vaşinqtona Ukraynanın təhlükəsizliyinə təminat fonunda  Qara dəniz regionunda öz hərbi mövqeyini möhkəmləndirmək, geostrateji və geosiyasi təsir imkanlarını artırmaq imkanı qazandıra bilər. 

Aİ üzərində təzyiq mexanizmi

Ekspertlər, həmçinin vurğulayırlar ki, Tramp administrasiyasına Ukraynada münaqişəni dondurmaq, həmçinin  Avropa İttifaqı üzərində təzyiq mexanizmlərini gücləndirmək üçün lazımdır - regionda yeni status-kvo Aİ-nin ABŞ-dan asılılığını artıra bilər. Bildiyimiz kimi, ABŞ ilə Aİ arasında bir çox siyasi və iqtisadi məsələlərdə ciddi fikir ayrılıqları müşahidə edilməkdədir. Trampın Qrenlandiya və NATO-nun müdafiə xərcləri ilə bağlı bəyanatları, o cümlədən Avropdan idxal olunan mal və məhsullara yüksək həcmli tariflər tətbiq etməsi Aİ-nin rəsmiləri tərəfindən ciddi etirazla qarşılanıb.

Aİ-nin müəyyən mənbələrdən “Financial Times”-a verilən məlumatlara görə, ABŞ Avropa mallarına rüsumlar tətbiq edərsə, Aİ da  ABŞ-ın ən böyük İT şirkətlərinə qarşı cavab tədbirləri görə bilər. Avropa Komissiyasının sədri Ursula fon der Lyayen fevralın 5-də mətbuat konfransında bildirib ki, Aİ Avropa mallarının ABŞ-a idxalına rüsumların mümkün tətbiqinə hazırlaşıb, praqmatik siyasət aparacaq və lazım gələrsə danışıqlar aparacaq.  Bu arada Fransa prezidenti Emmanuel Makron ABŞ-ı Avropa İttifaqı (Aİ) ölkələrinə qarşı ticarət müharibəsi başlatmamağa çağırıb.

Trampın öz ambisiyalarına nail olmaq üçün daha sərt addımlar atacağı qənaətində olan ekspertlər qeyd edirlər ki, status-kvo taktikası bəzi hədəflərlə yanaşı, Aİ-nin üzv ölkələrini ABŞ-ın strateji-siyasi, iqtisadi-enerji və regional məsələlərdə maraqlarına boyun əydirməyə də hesablanıb.

Yunis ABDULLAYEV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 12 Fevral 2025 09:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çelsi nin futbolçusu Premyer Liqa klubunun hədəfində

23 Avqust 2026 18:45see261

“Trampın İrana hücum etməklə nümayiş etdirdiyi axmaqlıq bütün ölkələrin nüvə silahına sahib olmaq həvəsini artırdı...“

23 Avqust 2026 08:19see214

A Seriyası: Milan səfərdən 3 xalla dönür

24 Avqust 2026 01:58see204

Dam örtükləri seçərkən ən çox edilən 6 səhv

24 Avqust 2026 13:10see193

Putin Rusiyadakı yanacaq böhranında yeni bir “günahkar” tapdı..?

24 Avqust 2026 18:13see192

Tramp HƏMAS ın tam tərksilahına dair razılaşmanın əldə olunduğunu bəyan etdi

23 Avqust 2026 16:15see192

Bu Avropa şəhərində günəş iki ay batmır: Harada yerləşir? (FOTO/VİDEO)

23 Avqust 2026 21:15see191

Trabzonspor Fabinyonu istəyir

23 Avqust 2026 16:17see190

Paşinyan üçünü təsdiqlədi, birinin adını çəkmədi “Ermənistan əraziləri deyil”

24 Avqust 2026 14:49see189

Xırdalan Bakı qatarının hərəkət cədvəli niyə dəyişib? Açıqlama

24 Avqust 2026 19:16see188

Rusiya itkilərinin 80 faizini bu şəhərdə verir

23 Avqust 2026 13:17see165

Mustafa Aşurov: Azərbaycan Özbəkistan mədəni əlaqələrində musiqinin xüsusi rolu var.

23 Avqust 2026 22:01see161

İrandan Hörmüzlə bağlı YENİ QƏRAR gəmilərdən rüsum tutulacaq

24 Avqust 2026 01:20see157

A Seriyası: Nəhənglər səfərdə sevindi

24 Avqust 2026 00:48see155

Matçın favoriti “Sabah”dır Hapoel in baş məşqçisi

24 Avqust 2026 19:21see154

Yuri Vernidub: “Rəqibi doğru şifrələmək üçün yuxusuz gecələr keçirirəm”

23 Avqust 2026 23:53see153

ABŞ də keçirilən tennis turnirinin finalçıları müəyyənləşib

23 Avqust 2026 13:29see151

Hansi Flik Qavinin zədəsi barədə danışıb

24 Avqust 2026 03:49see151

İlham Əliyev Şövkət Mirziyayevi təltif etdi

23 Avqust 2026 16:06see149

Klub prezidenti təcili toplantı keçirdi, baş məşqçiyə “çıx get” söylədi! SON DƏQİQƏ

23 Avqust 2026 16:02see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri