“Vaşinqton Rusiya və Ukraynadan müsbət cavab almasa danışıqlardan çıxacaq”
Missiya.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Ukrayna və Rusiya sülh təşəbbüslərinə müsbət cavab verməsə, ABŞ vasitəçi qismində müharibəyə son qoymaq üçün danışıqlar prosesindən geri çəkiləcək”.
Missiya.Az xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens məlumat verib.
Siyasətçi ABŞ Prezidenti Donald Tramp administrasiyasının həm ukraynalılara, həm də ruslara ədalətli təkliflər etdiyinə aydınlıq gətirib:
"Biz müsbət cavab almasaq, Rusiya və Ukrayna arasında vasitəçilikdən imtina edəcəyik. Biz həm ruslara, həm də ukraynalılara aydın və ədalətli təkliflər etmişik", - deyə Vans bildirib.
Qeyd edək ki, bundan əvvəl ABŞ dövlət katibi Marko Rubio da bəyan edib ki, ABŞ Rusiya və Ukraynadan müharibənin bitməsi ilə bağlı müsbət cavab almasa danışıqlardan geri çəkiləcək.
Daşqın Həsənov
Missiya.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 23 Aprel 2025 12:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















