Icma.az
close
up
RU
Vaşinqton təxribatında Rusiya izi ARAŞDIRMA KONKRET

Vaşinqton təxribatında Rusiya izi ARAŞDIRMA KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

AZAL-a məxsus sərnişin təyyarəsinin Rusiya səmasında vurulması ilə başlanan proseslər regionda yeni və çoxqatlı geosiyasi dinamika formalaşdırdı. Hadisə ilkin mərhələdə texniki və ya hərbi insident kimi qiymətləndirilsə də, qısa müddətdə siyasi, informasiya və təhlükəsizlik ölçüləri ilə genişlənərək daha sistemli qarşıdurma müstəvisinə keçdi. Proseslərin inkişaf trayektoriyası göstərir ki, məsələ lokal epizod çərçivəsini aşaraq daha geniş strateji rəqabət kontekstinə inteqrasiya olunub.

KONKRET.az xəbər verir ki, Azərbaycanın təyyarənin vurulmasında günahı olan şəxslərin cəzalandırmasını qətiyyətlə tələb etməsi, suveren hüquqları çərçivəsində atdığı addımlar, o cümlədən Bakı şəhərində fəaliyyət göstərən “Rus Evi” ilə bağlı qərarlar Moskvanın reaksiyasını sərtləşdirdi. Bu mərhələdən etibarən münasibətlər klassik diplomatik polemika çərçivəsindən çıxaraq informasiya, siyasi psixoloji və kiber komponentlərin paralel tətbiq olunduğu hibrid təsir modelinə yaxınlaşdı.

Gərginliyin mərhələli eskalasiyası

Birinci mərhələdə informasiya müstəvisində intensiv aktivlik müşahidə olunub. Rusiya dövlətinə bağlı media resurslarında, siyasi tok-şoularda və ekspert platformalarında Azərbaycan əleyhinə ittiham xarakterli və manipulyativ tezislər sistemli şəkildə tirajlanıb. Diskursun tonu emosional və ittihamedici çərçivəyə keçirilib, rəsmi Bakının addımları kontekstdən çıxarılaraq təqdim olunub.

İkinci mərhələdə ritorika institusional səviyyəyə daşınıb. Dövlət Dumasının bəzi üzvləri tərəfindən açıq hədələyici bəyanatlar səsləndirilib, Azərbaycan rəhbərliyi barədə etik çərçivədən kənar ifadələr işlədilib, suverenlik və ərazi bütövlüyü ilə bağlı üstüörtülü mesajlar verilib. Bu mərhələ artıq diplomatik narazılıq deyil, siyasi psixoloji təzyiq mexanizmi kimi xarakterizə oluna bilər. Məqsəd informasiya məkanında legitimlik balansını dəyişmək və ictimai rəyə təsir göstərmək olub.

Kiber komponent və sinxron təsir modeli

İnformasiya hücumları ilə paralel olaraq kiber müstəvidə də aktivlik qeydə alınıb. Dövlət qurumlarına və media resurslarına yönəlmiş müdaxilə cəhdləri təhlükəsizlik risklərinin artdığını göstərib. Zamanlama faktorunun üst-üstə düşməsi informasiya kampaniyası ilə kiber aktivliyin koordinasiyalı strategiyanın elementləri ola biləcəyini ehtimal etməyə əsas verir.

Hibrid təsir modelində informasiya və kiber komponentlərin sinxron tətbiqi qarşı tərəfdə həm psixoloji, həm də texnoloji təzyiq mühiti yaradır. Məqsəd reputasiya zərbəsi ilə yanaşı, dövlət institutlarının dayanıqlılığını sınağa çəkmək və ictimai etimadı zəiflətməkdir.

Vaşinqton təxribatı

Rusiyanın Azərbaycan əleyhinə növbəti addımı Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın dəvəti ilə “Sülh Şuras”ının ilk iclasında iştirak etmək üçün Vaşinqtona səfəri zamanı ortaya çıxdı.

Rusiya xüsusi xidmət orqanları okeanın o tayında yerləşdirdiyi agentləri vasitəsi ilə Azərbaycan Prezidentinin qaldığı hotelin qarşısında etiraz aksiyası təşkil edərək, növbəti təxribata əl atdı.

Qeyd edək ki, bu il fevralın 19-da Vaşinqtonda bir qrup radikal şəxs təxribat xarakterli hərəkətlərə yol verib, Azərbaycan dövlətinin rəhbərliyinə qarşı təhqiramiz və qeyri-etik ifadələr səsləndirib, eyni zamanda mühafizə olunan əraziyə daxil olmağa çalışıb.

Hadisə zamanı Prezidentin təhlükəsizlik xidməti ABŞ polisi ilə birlikdə operativ müdaxilə nəticəsində vəziyyəti nəzarət altına alıb, radikalları ərazidən uzaqlaşdırıb.

Sosial şəbəkələrdə yayılan videogörüntülərdə anti-milli ünsürlərin açıq şəkildə nalayiq ifadələr işlətdiyi, radikal hərəkətlərə yol verdiyi aydın görünür.

Zahirdə lokal siyasi etiraz təsiri bağışlayan bu hadisə iştirakçıların keçmiş əlaqələri və miqrasiya trayektoriyası fonunda daha geniş təhlükəsizlik kontekstində qiymətləndirilməlidir.

Toplanmış məlumatların təhlili göstərir ki, aksiyada iştirak edən şəxslərin əhəmiyyətli hissəsi Rusiya Federasiyası ilə sıx əlaqələrə malik olub, bəziləri bu ölkənin vətəndaşıdır, bəziləri uzun müddət orada yaşayıb və ya oraya intensiv səfərlər həyata keçirib, daha sonra isə ABŞ-a köçüb. Bu ardıcıllıq təsadüfi miqrasiya məsələsi olmaqla yanaşı, koordinasiyalı plan ehtimalını da gündəmə gətirir.

Təxribatçıları Rusiyaya nə bağlayır?

Məlum olub ki, aksiyada radikal hərəkətləri ilə diqqət çəkən 02.08.1990-cı il təvəllüdlü Əmrahlı Adil Vüqar oğlu Rusiya Federasiyasının vətəndaşıdır. Azərbaycanda olarkən tez-tez Rusiyaya səfərlər edib. Uzun müddət Rusiyanın Novqorod şəhərində yaşayıb. Sonuncu dəfə 15.10.2022-ci il tarixdə Rusiya Federasiyasına məxsus pasportla Almaniyaya gedib. Hazırda ABŞ-da yaşayır. Milliyyəti barədə məlumat olmayan Tatyana Viktorovna adlı qadınla evli olduğuna dair məlumatlar var.

Adil Əmrahlının atası Vüqar Əmrahov da Rusiya vətəndaşıdır. 19.07.2023-cü il tarixdə Azərbaycandan Rusiyaya gedib, 25.09.2023-cü il tarixdə Azərbaycana gəlib.

Vüqar Əmrahovun 26 dəfə Rusiyaya getdiyi barədə məlumatlar var.

Aksiyanın ən fəallarından olan 06.04.1998-ci il təvəllüdlü Yaqublu Rəhim Tofiq oğlu Müsavat partiyasının üzvüdür.

Tofiq Yaqublunun oğlu olan Rəhim Yaqublu sonuncu dəfə 20.03.2022-ci il tarixdə Azərbaycanı tərk edərək, Türkiyəyə gedib. Hazırda ABŞ-da yaşayır.

Rəhim Yaqublu Azərbaycanda olduğu müddətdə dəfələrlə Rusiya Federasiyasına gedib qayıdıb. 12.07.2018-ci il tarixdə Rusiyaya gedib, 13.08.2018-ci il tarixdə ölkəyə qayıdıb. Onun 8 dəfə Rusiyaya getdiyi barədə məlumatlar var.

Radikal aksiyanın daha bir iştirakçısı, 30.04.1972-ci il təvəllüdlü Abbasov Bəxtiyar Əlövsət oğlu da Rusiya Federasiyasının vətəndaşıdır. Ölkədə olarkən tez-tez Rusiyaya səfərlər edib. Onun təxminən 16 dəfə Rusiyaya gedib-gəldiyi məlumdur.

Sonuncu dəfə 12.05.2015-ci il tarixdə Rusiya Federasiyasına məxsus pasportla Azərbaycandan Rusiyaya gedib, uzun müddət orada yaşayıb. AXCP üzvü olub.

Məlumatlara görə, Rusiyanın xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb edilib. Rusiyadan AXCP-yə qanunsuz maliyyə vəsaitləri göndərən Saleh Rüstəmovun yaxını olub, uzun müddət pul toplanılmasında onunla birgə iştirak edib. Saleh Rüstəmovun həbsindən sonra elə agentlik etdiyi xüsusi xidmət orqanlarının təlimatına əsasən maskalanıb, Amerikaya göndərilərək orada yerləşdirilib, hazırda ABŞ-da yaşayır.

O, həmçinin, Fransada yaşayan AXCP üzvü Qənimət Zayıdov və AND təşkilatının Danimarkada yaşayan həmsədri Güllü Cahangirovanın təşkilatçılığı ilə 15.12.2021-ci il tarixdə Bakının Fəvvarələr Meydanında Saleh Rüstəmliyə azadlıq tələbi ilə keçirilmiş qanunsuz aksiyada cərimə edilmiş müxalif şəxslərə yardım məqsədilə başladılan ianə kampaniyası çərçivəsində pul göndərən şəxslərdəndir.

Aksiyanın daha bir iştirakçısı, 10.10.1995-ci il təvəllüdlü İsayev Xilas Osman oğlu da AXCP üzvüdür.

Sonuncu dəfə 27.03.2024-cü il tarixdə Azərbaycandan Türkiyə gedib. Hazırda ABŞ-da yaşayır.

03.06.1988-ci il təvəllüdlü Cəfər Kənan Həmid oğlu isə 10.11.2015-ci il tarixdə Azərbaycandan Rusiyaya gedib. 17.11.2015-ci il tarixdə ölkəyə qayıdıb.

Sonuncu dəfə 08.04.2017-ci il tarixdə Azərbaycanı tərk edərək Qətərə gedib. Hazırda ABŞ-da yaşayır.

Aksiyanın digər iştirakçısı 28.08.1981-ci il təvəllüdlü Ələkbərli Tural Rza oğlu da Azərbaycanda yaşayan vaxt dəfələrlə Rusiyaya səfər edib. Onun 54 dəfə Rusiyaya getdiyi barədə məlumatlar var.

Sonuncu dəfə 16.10.2018-ci il tarixdə Azərbaycanı tərk edərək, Rusiyaya gedib. Hazırda ABŞ-da yaşayır.

Onun qardaşı Ələkbərov Ələkbər Rza oğlu da hazırda ABŞ-da yaşayır. Müxalifyönlüdür.

31.12.2024-cü il tarixdə ABŞ-da müxalif şəxslər – Natiq Ədilov, Mehman Hüseynov,

Murad (Moni) Quliyev və digərləri ilə birlikdə yeni il münasibəti ilə keçirilən yığıncaqda, həmçinin 12.04.2025-ci il tarixdə ABŞ-ın Vaşinqton şəhərində Azərbaycan səfirliyinin qarşısında “Tofiq Yaqubluya azadlıq!” şüarı ilə keçirilmiş aksiyada iştirak edib.

Rusiyanın Azərbaycan əleyhinə planlarına alət olanlar

Göründüyü kimi, Azərbaycana və onun rəhbərinə qarşı planlaşdırılan təxribat aksiyasının iştirakçılarının Rusiya ilə sıx əlaqələri mövcuddur. Moskva uzaq ABŞ-da da öz agentlərini yerləşdirərək, onlardan öz məqsədləri üçün istifadə edir.

Vaşinqtondakı təxribat zamanı diqqətçəkən bir məqam da orta çıxıb. Məlumatlara görə, radikal qrup üzvlərinin bəziləri bir-birini yaxından tanımır. Aksiyadan yayılmış bəzi görüntülərdə də təxribatçı şəxslərin öncədən bir-birini yaxından tanımadığı görünür. Burda təəccüblü bir şey yoxdur. Klassik agentura qaydasına görə, kəşfiyyat və agentura fəaliyyətində geniş tətbiq edilən üsullardan biri agentlərin bir-birini tanımaması prinsipidir. Bu model şəbəkənin ifşa riskini azaltmağa və koordinasiyanın mərkəzləşdirilmiş qaydada aparılmasına imkan verir.

Nəticə etibarilə, AzAL insidenti ilə başlayan proseslər informasiya, siyasi ritorika, kiber müdaxilə və xarici platformalarda təşkil olunan aksiyalarla müşayiət olunan çoxsəviyyəli təzyiq modelinə çevrilib. Hadisələrin bu konfiqurasiyası regionda davam edən strateji rəqabətin yeni fazaya keçdiyini göstərir və mövcud dinamikanın yalnız siyasi deyil, həm də təhlükəsizlik prizmasından sistemli təhlilini zəruri edir. Bu kontekstdə Rusiyanın Azərbaycana qarşı apardığı siyasət, atdığı addımlar Moskvanın bəd niyyətlərindən xəbər verir. Ən ağrılı olanı isə bəzi soydaşlarımızın Rusiyanın əlində alətə çevrilməsi, onlardan agent kimi istifadə olunmasıdır.**APA

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://konkret.az
archiveBu xəbər 23 Fevral 2026 21:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see331

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see322

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see312

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see305

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see304

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see276

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see274

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see267

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see267

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see264

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see252

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see249

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see247

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see246

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see215

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see214

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see206

Türkiyəli aktyor ev sahibi ilə məhkəməni uddu Kirayə qalmaqalı

14 Noyabr 2026 22:18see190

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see190

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri