Vaşinqtonda 76 metrlik tağda dronlar və snayperlər yerləşdiriləcək Foto
Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda tikilməsi planlaşdırılan zəfər tağının müasir hərbi kompleksə çevrilməsinə razılıq verib.
Oxu.Az xəbər verir ki, bu barədə o, "Truth Social" platformasında yazıb.
"Mən möhtəşəm zəfər tağının çoxlu sayda dron və snayperin yerləşdirilməsi, saxlanılması və operativ istifadəsi, habelə böyük həcmdə snayper sursatının saxlanılması üçün nəzərdə tutulmuş yüksək səviyyəli hərbi kompleksə çevrilməsinə razılıq verdim", - deyə Tramp qeyd edib.
Tramp vurğulayıb ki, bu qərarı "ABŞ Silahlı Qüvvələrinin xahişi ilə və milli təhlükəsizliyin təmin edilməsi məqsədilə" qəbul edib və planlaşdırılan tikilini "dünyanın ən möhtəşəm tağı" adlandırıb.
Daha əvvəl ABŞ administrasiyası Müstəqillik Bəyannaməsinin imzalanmasının 250 illiyi münasibətilə Vaşinqtonda, Arlinqton Milli Qəbiristanlığının yaxınlığında 76 metr hündürlüyündə zəfər tağının ucaldılması planlarını açıqlamışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:162
Bu xəbər 20 Sentyabr 2026 20:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















