Icma.az
close
up
RU
Menu

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

Vladimir Putin İlham Əliyevi təbrik etdi

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

Bakıda istiliksiz qalan binanın sakinlərindən niyə pul istənilir? Video

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

Baş ağrısını azaltmağa kömək edən MEYVƏLƏR Mütəxəssislərin tövsiyəsi

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

Vaşinqtonda İsrail böhranı: Demokratlar niyə parçalanır?

Vaşinqtonda İsrail böhranı: Demokratlar niyə parçalanır?

Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.

ABŞ Konqresində İsrailə hərbi yardımın dayandırılması ilə bağlı keçirilən səsvermə Demokrat Partiyası daxilində dərin fikir ayrılığını üzə çıxarıb. Təklif qəbul edilməsə də, 100-dən çox demokratın yardımların əleyhinə səs verməsi Vaşinqtonun Yaxın Şərq siyasətində yeni siyasi xəttin formalaşa biləcəyinə dair müzakirələri gücləndirib. Bir tərəf İsrailin təhlükəsizliyinin ABŞ-ın strateji maraqlarının ayrılmaz hissəsi olduğunu müdafiə edir, digər tərəf isə Qəzzadakı humanitar vəziyyət fonunda hərbi dəstəyin davam etdirilməsini sual altına alır.ABŞ daxilində İsrail siyasəti ətrafında dərinləşən bu fikir ayrılığı Vaşinqtonun Yaxın Şərqdəki strateji mövqeyini və müttəfiqləri ilə münasibətlərini uzunmüddətli perspektivdə necə dəyişə bilər?

Politoloq Anar İsayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu səsvermə göstərir ki, ABŞ-da İsrailə dəstək artıq əvvəlki kimi tam ikipartiyalı konsensus mövzusu deyil. Bununla belə, bunu ABŞ-ın İsrail siyasətində kəskin dönüş kimi qiymətləndirmək hələ tezdir. Konqresdə İsrailin təhlükəsizliyini dəstəkləyən güclü çoxluq qalmaqdadır. Lakin Demokrat Partiyası daxilində, xüsusilə gənc seçicilər və partiyanın mütərəqqi qanadı arasında Qəzzadakı humanitar vəziyyətlə bağlı narahatlıqlar siyasi qərarlara getdikcə daha çox təsir göstərməyə başlayır.

Politoloqun fikrincə, uzunmüddətli perspektivdə bu tendensiya Vaşinqtonun İsrailə hərbi yardımını tam dayandırmasa da, həmin yardımların müəyyən şərtlərlə əlaqələndirilməsi, insan hüquqları və beynəlxalq humanitar hüquq məsələlərinin daha çox gündəmə gətirilməsi ilə nəticələnə bilər. Bu isə ABŞ-ın Yaxın Şərq siyasətində daha balanslı görünmək cəhdlərini gücləndirə bilər. Digər tərəfdən, İsrail ABŞ daxilində siyasi mübahisələrin predmetinə çevrildikcə, Vaşinqton-Təl-Əviv münasibətlərində müəyyən taktiki fikir ayrılıqları da arta bilər.

Anar İsayev hesab edir ki, bu vəziyyətdən ilk növbədə İran siyasi və informasiya baxımından faydalanmağa çalışacaq. Tehran ABŞ və İsrail arasında yaranan fikir ayrılıqlarından öz mövqeyinin gücləndiyini göstərmək üçün istifadə edə bilər. Rusiya və Çin də ABŞ-ın regiondakı nüfuzunun zəiflədiyi barədə narrativi gücləndirməyə, regional tərəfdaşlarla münasibətlərini genişləndirməyə çalışa bilərlər. Eyni zamanda, HƏMAS və Hizbullah kimi silahlı qruplar da ABŞ daxilindəki mübahisələrdən öz təbliğatlarında istifadə etməyə cəhd göstərə bilərlər.

Bununla belə, hazırkı mərhələdə ABŞ-ın İsraillə strateji tərəfdaşlığının əsaslarının sarsıldığını demək doğru olmaz.

“ABŞ-ın hərbi, kəşfiyyat və texnoloji əməkdaşlığı, eləcə də İsrailin ABŞ-ın Yaxın Şərq strategiyasındakı rolu hələ də mühüm əhəmiyyət daşıyır. Buna görə də daha real ssenari münasibətlərin qırılması deyil, daxili siyasi müzakirələrin fonunda dəstəyin forması və şərtləri ətrafında debatların güclənməsidir”, – deyə o bildirib.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:155
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 16 İyul 2026 12:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see342

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see305

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

22 Noyabr 2026 19:35see281

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see278

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

22 Noyabr 2026 23:36see275

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see259

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see257

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

22 Noyabr 2026 23:54see256

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see255

Bakıda istiliksiz qalan binanın sakinlərindən niyə pul istənilir? Video

22 Noyabr 2026 21:58see254

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see247

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see240

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see236

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

23 Noyabr 2026 02:04see235

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see234

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

23 Noyabr 2026 06:06see225

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see218

Baş ağrısını azaltmağa kömək edən MEYVƏLƏR Mütəxəssislərin tövsiyəsi

22 Noyabr 2026 23:58see203

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see198

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri