Vaşinqtonda qəzaya uğrayan helikopterdə təhlükəsizlik sistemi sönülü olub
Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Vaşinqton səmasında sərnişin təyyarəsi ilə toqquşan “Black Hawk” hərbi helikopteri təhlükəsizlik sistemi söndürülmüş vəziyyətdə uçub.
Bakıvaxtı.az “CBC News” telekanalına istinadən xəbər verir ki, bunu Texas ştatından olan senator Ted Kruz bildirib.
Onun sözlərinə görə, qəza zamanı helikopterdə avtomatik asılı müşahidə-yayım sistemi (ADS-B) işləmirdi. Bununla yanaşı, senator pilotların cihazı söndürmək üçün səbəblərinin olmadığına əminliyini ifadə edib.
Materialda həmçinin ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının sədri Cennifer Homendinin sözləri də yer alıb. O, jurnalistlərə bildirib ki, helikopterin ümumiyyətlə ADS-B ilə təchiz olunub-olunmadığı hələ dəqiq məlum deyil.
Xatırladaq ki, yanvarın 29-da Vaşinqtonda Ronald Reyqan adına hava limanı yaxınlığında helikopter və təyyarə toqquşub. Helikopterdə 3 hərbçi, təyyarədə isə 60 sərnişin və 4 ekipaj üzvü olub. Təyyarə və helikopterin qalıqları Potomak çayına düşüb, aviaqəzada heç kim sağ qalmayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 07 Fevral 2025 13:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















