Icma.az
close
up
RU
Vaşinqtonda qurulan sülh masası və bölgədə pozulan səssizlik

Vaşinqtonda qurulan sülh masası və bölgədə pozulan səssizlik

Icma.az bildirir, Ayna portalına istinadən.

Hərbi ekspert: “İran və Rusiyanın regiona olan təhdid və təzyiqi Zəngəzur dəhlizinin açılması ilə bitməyəcək”

ABŞ Prezidenti Donald Tramp avqustun 8-də  Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyevlə Ağ Evdə ayrılıqda görüşəcək. Bu barədə “Reuters”in əldə etdiyi planlaşdırma sənədində qeyd olunub. Görüşlər Bakı vaxtı ilə təxminən 22:30-da başlayacaq, 4:00-da isə üç liderin birgə bəyanatla çıxış etməsi gözlənilir.

Danışıqlar Brüssel və Moskva müzakirələrindən sonra Cənubi Qafqazda sülhə nail olmaq istiqamətində mühüm diplomatik addım kimi qiymətləndirilir.

Hərbi ekspert Səxavət Məmməd sülh prosesi fonunda bölgədəki proseslər, gərginlik və region dövlətlərinin prosesə reaksiyasına toxunub. Ekspert qeyd edib ki, Azərbaycanla Ermənistan liderlərinin Əbu-Dabi görüşündən sonra Vaşinqton görüşünün baş tutacağı iddiaları ortaya atılandan dərhal sonra uzun zaman idi səssiz qalan Azərbaycan və Ermənistan müdafiə nazirlikləri səssizliklərini pozublar. Onun sözlərinə görə, tərəflər bir-birini atəşkəsin pozulmasında, yalan informasiya yaymaqda ittiham etdilər.

“Əlbəttə, bu, gözlənilən idi. Son zamanların ən çox müzakirə mövzusu Zəngəzur dəhlizidir. Hətta dəhlizi Tampın adı ilə də bağlayırlar. Ümumiyyətlə, Zəngəzur dəhlizinin mahiyyəti nədir? Zəngəzur dəhlizi Azərbaycanla Naxçıvanı bir-birinə bağladığı üçün əhəmiyyətlidir? Qətiyyən! Az qala bütün dünyanın baş sındırdığı yer Azərbaycanla Naxçıvanı bir-birinə quru əlaqəsi yaratması üçündür? Təbii ki, yox. Əgər bu belə olsa idi, dünya üçün ən əhəmiyyətsiz bir problem olardı”, - deyə S.Məmməd vurğulayıb.

Ekspertin sözlərinə görə, Azərbaycan onsuz da İran üzərindən Naxçıvanla quru əlaqəsi qurur: “Əsas məsələ Çindən İngiltərəyə qədər uzanacaq "Bir kəmər - bir yol" layihəsi və o layihənin bir neçə kilometrinə (Zəngəzur) hansı dövlətin nəzarəti ələ almasıdır. Sanki hansısa bir güc bütün diqqəti bir nöqtəyə - yolun Ermənistandan keçəcək hissəsinə cəmləyib. Böyük ölkələr, böyük şirkətlər, siyasətçilər, analitiklər ancaq bura fokuslanıb. Bu günə qədər yüzlərlə variant ortaya atılıb. Azərbaycanın hərbi güc tətbiq edərək o yolu açmasından tutmuş, ən sonuncu ABŞ şirkətinin icarəyə götürməsinə qədər variantlar mövcuddur. Son baş verən proseslər onu göstərir ki, Zəngəzur dəhlizinin Rusiyanın nəzarətinə verilmə ehtimalı çox aşağıdır. Sual yaranır: Rusiya dəhlizdən kənarlaşdırılacaqsa, dəhlizə müdaxilə etmək imkanı sıfıra enəcək? Başqa bir sual: Rusiya üçün "Bir kəmər - bir yol" layihəsinə müdaxilə imkanını düşünsək, Zəngəzur dəhlizi "A" variantıdır, yoxsa "B"? Düşünürəm ki, müdaxilə imkanlarını hesablasaq Zəngəzur dəhlizi "B" varantıdır. "A" varantı və hər kəsin diqqətdən kənarda saxladığı istiqamət Xəzər dənizidir. “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiya Azərbaycan, Qazaxıstan, Türkmənistan, Rusiya və İran tərəfindən imzalanıb. Ancaq İran Parlamenti hələ də Konvensiyanı ratifikasiya etməyib. Bu o deməkdir ki, Konvensiya qüvvəyə minməyib. “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiyanın 22-ci maddəsin isə deyilir: "Bu Konvensiya ratifikasiya edilməlidir. Ratifikasiya fərmanları saxlanmaq üçün Depozitari funksiyalarını həyata keçirən Qazaxıstan Respublikasına verilir. Bu Konvensiya beşinci ratifikasiya fərmanının Depozitari tərəfindən alındığı tarixdən qüvvəyə minir””.

“Rusiyanın Xəzər dənizində son zamanlar aktivliyi artıb. Bundan əlavə Rusiya tərəfindən xüsusilə, ötən ilin sonundan başlayaraq Xəzərin təhlükəsizliyi, Xəzərdən təhdid yönündə çıxışlara rast gəlirik. Hətta ötən ilin dekabrında Rusiya Prezidenti Təhlükəsizlik Şurasının iclasında Xəzərin təhükəsizliyi məsələsi ön plana çıxardı. Rusiya üçün Xəzər dənizində "Bir kəmər - bir yol" layihəsinə mane olmaq imkanları daha çoxdur. Xəzər dənizindəki 5 ölkənin hərbi gücünə baxıqda bunun asanlıqla edə biləcəyini deyə bilərik”, - S.Məmməd əlavə edib.

Onun sözlərinə görə, Azərbaycanın hərbi gücünü quru, hava, su olaraq katiqoriyalaşdırsaq, ən zəif yer kimi donanma olduğu ortaya çıxır: “Azərbaycan 44 günlük müharibədən sonra köhnəlmiş hərbi təyyarələrini Pakistandan JF-17-lər alaraq yenilədi. Azərbaycanın döyüş gəmilərinin müasirliyi barədə danışmaq yersidir. Ola bilsin kimsə deyəcək ki, gəmi var, onun üzərinə müasir raketlər quraşdırmaq olar. Bunu düşünməyin özü belə bu sahə barədə bəsit anlayışın olmamasından xəbər verəcək. Azərbaycan Pakistanla strateji müttəfiqdir. Bunu hərbi təyyarələr almaqla daha da möhkəmləndirib. Hazırda Pakistan Hərbi Dəniz Qüvvələrinin Ali Baş Komandanı Azərbaycanda səfərdədir. Bu istiqamətdə də hansısa əməkdaşlığın baş verəcəyi gözlənəndir. Pakistanın hərbi gəmilərin inşasını həyata keçirir, ancaq tam şəkildə özü bunu etmir. Pakistan hərbi gəmilərin inşasını Çin və Türkiyə ilə birgə həyata keçirə bilir. Hərbi gəmilərin inşası çox bahalı və uzun vaxt tələb edən bir layihədir. Görünən odur ki, İran və Rusiyanın regiona olan təhdid və təzyiqi Zəngəzur dəhlizinin açılması ilə bitməyəcək. Yeri gəlmişkən Rusiyada Qazaxıstana qarşı ritorika kəskin dəyişib. Zəngəzur dəhlizi düyünü açılacağı təqdirdə Xəzər düyünü ortaya çıxa bilər. Bunun işartılarını artıq görmək mümkündür”, - deyə qeyd edib. .

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:55
embedMənbə:https://ayna.az
archiveBu xəbər 06 Avqust 2025 11:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib

22 Sentyabr 2025 11:31see257

Rəsmi Moskva Avropanın İrana qarşı sanksiyalarını təxribat ADLANDIRDI

21 Sentyabr 2025 01:29see168

Fransa çempionartı: Meydan sahiblərinin üstünlüyü

21 Sentyabr 2025 01:53see164

Azərbaycan və Ermənistan münsiflərinin bu addımı gündəm oldu İlk dəfə

21 Sentyabr 2025 23:08see161

Brabus ultra güclü Geländewagen i təqdim etdi…

21 Sentyabr 2025 00:47see147

“Rusiyanın Ermənistanda xüsusi qrupu fəaliyyət göstərir...” “Qurumların 70 faizdən çoxu Kremlin nəzarətindədir ”

21 Sentyabr 2025 13:04see144

Maduro: Venesuela xalqı ABŞ ın təhdidləri qarşısında birləşib

21 Sentyabr 2025 07:38see142

Filippində iğtişaşlar: 40 a yaxın polis əməkdaşı yaralanıb

22 Sentyabr 2025 02:49see135

Real Espanyol u üstələdi, Atletik dən məğlubiyyət

21 Sentyabr 2025 01:51see135

Tanınmış müğənnidən ŞOK AÇIQLAMA: Ayda 30 manata şərh yazırlar

21 Sentyabr 2025 13:54see135

Polşanın Çinlə sazişi Avropa İttifaqında narazılıq yaradıb

21 Sentyabr 2025 03:39see134

Gənc oğlan və qızlar arasında UÇURUM Niyə biri biriləri ilə YOLA GETMİRLƏR?

21 Sentyabr 2025 14:02see133

Sürücülərin NƏZƏRİNƏ: Bakının əsas yollarından birində sürət həddi aşağı salınıb

21 Sentyabr 2025 01:07see132

Səhər bu qidanı yemək zərəlidir Xəbərdarlıq

21 Sentyabr 2025 04:04see132

Həndbol üzrə Azərbaycan Kubokunun yarımfinalçıları müəyyənləşib

21 Sentyabr 2025 02:57see132

Dövlət Suverenliyi Günü münasibətilə Xankəndi şəhərinə mediatur təşkil olunub FOTOLAR

21 Sentyabr 2025 10:09see129

“Dəbdə” olan xəstəlik: Gecə başlayıb gündüzü “zəhər” edir

21 Sentyabr 2025 16:00see128

Xaos deyil, sərt tədbirlər olacaq Zaxarova

22 Sentyabr 2025 02:24see126

HƏMAS dan Fələstinin tanınmasına reaksiya...

21 Sentyabr 2025 23:00see125

Atlantik okeanında tropik qasırğa yarandı

22 Sentyabr 2025 06:45see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri