Vaşinqtonda şübhəli avtomobil təhlükəsizlik qüvvələrinə həyəcan yaşadıb
Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ-da Ağ Ev binası yaxınlığında şübhəli avtomobilin olması ilə əlaqədar məxfi xidmət və Böyükşəhər Polis Departamentinin əməkdaşları həyəcan vəziyyətinə gətirilib. ABŞ mətbuatı Ağ Evin ətrafındakı binaların boşaldıldığını yazıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Bizimyol.info xəbər verir ki, ABŞ mətbuatında yer alan xəbərlərə görə, təhlükəsizlik qüvvələri paytaxt Vaşinqtonda şübhəli bir avtomobillə bağlı xəbər verildikdən sonra hərəkətə keçib.
Məxfi Xidmət və paytaxtın Polis Departamentinin əməkdaşları Ağ Evin yaxınlığında park edilmiş avtomobili araşdırarkən, ehtiyat tədbiri olaraq yaxınlıqdakı binalar boşaldılıb və ərazidəki yollar nəqliyyatın hərəkəti üçün bağlanıb.
Səlahiyyətlilər, bomba zərərsizləşdirmə qruplarının hadisə yerinə sövq edildiyini və araşdırmalardan sonra ərazinin təhlükəsiz olduğunu açıqladı.
Təhlükəsizlik probleminin olmadığı aydınlaşınca yollar yenidən nəqliyyata açılıb.
Qadir, Bizimyol.info

Vaşinqtonda İsrail səfirliyinin iki əməkdaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb YENİLƏNİB
22 May 2025 09:14
Bakıda şübhəli əşya həyəcan yaşatdı
04 Fevral 2025 23:36
Vaşinqtonda qəzaya uğrayan helikopterdə təhlükəsizlik sistemi sönülü olub
07 Fevral 2025 13:52
Onlar Vaşinqtonda görüşməyəcəklər
25 Dekabr 2024 08:27
Vaşinqtonda təyyarə qəzası:
30 Yanvar 2025 10:06

