Icma.az
close
up
RU
Vaşinqtonda tarixi imza: Azərbaycan və Ermənistan sülh sazişinə bir addım da yaxınlaşdı

Vaşinqtonda tarixi imza: Azərbaycan və Ermənistan sülh sazişinə bir addım da yaxınlaşdı

Operativ MM portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

'8 avqust 2025-ci ildə ABŞ-ın Vaşinqton şəhərində keçirilmiş tarixi görüş nəticəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında Birgə Bəyannamə imzalanıb. ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə baş tutan bu sənəd, iki ölkə arasında on illərlə davam edən münaqişənin həllinə doğru atılmış mühüm addım kimi dəyərləndirilir.

Bəyannamənin əsas məqamlarından biri "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş"in tərəflərin xarici işlər nazirləri tərəfindən paraflanmasıdır. Bu addım gələcəkdə sənədin tam imzalanması və ratifikasiyası üçün baza rolunu oynayacaq'.

Bu sözləri "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.

Müsahibimiz qeyd etdi ki, ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanmasına dair birgə müraciətin imzalanması da tarixi əhəmiyyət kəsb edir. Bu qərar "Dağlıq Qarabağ" münaqişəsinin həllində uzun müddət vasitəçilik edən Minsk Qrupunun fəaliyyətinin başa çatdığını rəsmi şəkildə təsdiqləyir.

"Razılaşmanın digər vacib bəndlərindən biri regionda nəqliyyat və kommunikasiya bağlantılarının açılmasıdır. Bu, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqənin təmin olunması və Ermənistanın beynəlxalq bağlantılardan faydalanması baxımından mühüm addımdır. Bəyannamədə diqqət çəkən digər məsələ "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) layihəsidir. Ermənistan ərazisindən keçəcək bu layihə, ABŞ-ın regiondakı maraqlarını nümayiş etdirir. Donald Trampın bu prosesdə şəxsən iştirak etməsi onun xarici siyasətdə diplomatik uğur əldə etmək və iqtisadi əməkdaşlıq imkanlarını genişləndirmək niyyətini əks etdirir. Razılaşma eyni zamanda Rusiyanın regiondakı nüfuzuna qarşı ABŞ-ın atdığı addım kimi də qiymətləndirilir. Bəyannamənin V bəndində beynəlxalq sərhədlərin toxunulmazlığı və ərazi əldə etmək üçün güc tətbiqinin yolverilməzliyi təsdiqlənir. Tərəflər gələcəkdə hər hansı qisas cəhdindən imtina edəcəklərini də bildiriblər. Hazırda paraflanmış sülh sazişinin tam imzalanması və hər iki ölkə parlamentində ratifikasiyası gözlənilir. Bu prosesin uğurla başa çatması hər iki tərəfin siyasi iradəsi və ictimai dəstəyi ilə bağlı olacaq.

TRIPP layihəsi və digər kommunikasiya marşrutlarının açılması regionun iqtisadi inkişafına mühüm töhfə verəcək. Münaqişənin sona çatdırılması isə bütövlükdə Cənubi Qafqazda sabitliyin təmin edilməsinə şərait yaradacaq. 8 avqust 2025-ci ildə Vaşinqtonda imzalanmış Bəyannamə Azərbaycan-Ermənistan münasibətlərində yeni səhifənin açılmasını simvolizə edir. ATƏT Minsk Prosesinin bağlanması, sülh sazişinin paraflanması və TRIPP layihəsi regionda uzunmüddətli sülhün bərqərar olması istiqamətində mühüm addımlar kimi qiymətləndirilir",- deyə deputat vurğulayıb.

Deputat Naqif Həmzəyevin fikrincə, bu prosesin uğurla həyata keçirilməsi yalnız hər iki tərəfin siyasi iradəsi və ictimai dəstəyi ilə mümkün olacaq, nəticədə həm Azərbaycan, həm Ermənistan, həm də bütün Cənubi Qafqaz yeni inkişaf imkanları qazanacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:52
embedMənbə:https://operativmm.az
archiveBu xəbər 12 Avqust 2025 14:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xoşbəxtlik okeanı Məryəm Bağırova yazır

10 Noyabr 2025 14:10see601

Qəza sərhəddən 5 km aralıda baş verib FOTOLAR

11 Noyabr 2025 18:06see200

MLS klubu Neymarı baş ağrısı kimi qiymətləndirdi transferdən imtina etməsinin səbəbi

11 Noyabr 2025 00:14see136

Əsl zeytun yağını saxtasından ayırd etmək üçün DÖRD ÜSUL

10 Noyabr 2025 14:49see130

Gürcüstan Azərbaycan vətəndaşlarını ölkədən çıxardı

11 Noyabr 2025 16:11see130

Paris: Zəfər Günü Qürur, Yaddaş və Qələbə Ritmləri

11 Noyabr 2025 04:40see129

“Öz özümə düşünürdüm: bu nə vaxt bitəcək?” Azərbaycan millisinin sabiq futbolçusunun ə MÜSAHİBƏSİ + FOTO

10 Noyabr 2025 12:07see129

Zaqatala sakinin meyiti idarə etdiyi avtomobildə aşkarlanıb

10 Noyabr 2025 23:06see128

Beş ildə Zəfərlə bağlı hansı kitablar yazılıb? AYB dən CAVAB

10 Noyabr 2025 10:10see127

Bazar yanır SON DƏQİQƏ

10 Noyabr 2025 22:37see125

Nəfəs kimiləri müğənnicikdir

11 Noyabr 2025 06:06see124

Narsissləri necə tanımaq olar? Psixoloqlar danışdı

10 Noyabr 2025 14:48see123

Xankəndi dən növbəti darmadağın VİDEO

10 Noyabr 2025 22:51see123

“Tofaş”la avtoxuliqanlıq etdi, videosunu sosial şəbəkədə paylaşdı

11 Noyabr 2025 03:54see123

Məktəbdə uşaqlara inək südü əvəzinə "balıq südü" verilir

11 Noyabr 2025 08:56see122

Əvvəlcə Arnar, sonra Abbasov

11 Noyabr 2025 11:26see122

ABŞ və Rusiyanın müharibə RİTORİKASI Nüvə təhdidlərinin arxasındakı İQTİSADİ MARAQLAR

10 Noyabr 2025 15:01see121

Stolüstü tennis yığmamız İslamiadada bürünc medal qazandı FOTO

10 Noyabr 2025 13:51see120

Azərbaycandan Avropaya tədarük üçün sifariş edilən qazın HƏCMİ

10 Noyabr 2025 10:15see119

Qazaxıstanda AZAL təyyarəsinin qəzaya uğradığı yerdə abidə ucaldılacaq

10 Noyabr 2025 19:41see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri