Vaşinqtonda Trampın helikopterinə lazer hücumu: Təhlükəli insidentlə bağlı TƏFƏRRÜAT
Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Vaşinqtonda bir nəfər ABŞ Prezidenti Donald Trampın olduğu helikopterə lazer işığı yönəltməyə cəhd edib.
Oxu.Az xəbər verir ki, bu barədə "NBC News" məhkəmə işinin materiallarına istinadən xəbər verib.
Hadisə zamanı Məxfi Xidmət əməkdaşı Dieqo Santyaqo şübhəli şəxsi vaxtında müşahidə edib. Ceykob Samuel Vinkler adlı şəxs prezidentin helikopterinə qırmızı lazer işığı tutub.
Santyaqo dərhal müdaxilə edərək Vinkleri saxlayıb, lazer cihazını əlindən alıb və onu qandallayıb. Axtarış zamanı şübhəlinin üzərindən bıçaq da aşkarlanıb.
Dindirilmə zamanı Vinkler hərəkətinin qanunsuz olduğunu bilmədiyini iddia edib. Lakin məhkəmə sənədlərində qeyd olunub ki, lazer işığı pilotun görmə qabiliyyətini məhdudlaşdıraraq dezorientasiyaya səbəb ola bilərdi. Bu isə prezidentin helikopterinin havada toqquşma təhlükəsi ilə üzləşməsinə gətirib çıxara bilərdi.
Ceykob Samuel Vinklerin beş ilədək həbs və 250 min dollar cərimə ilə üzləşə biləcəyi qeyd olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 23 Sentyabr 2025 09:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















