Icma.az
close
up
RU
Menu

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

London konsertinə hazırlıq başladı

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

BBC: “Trampın Arkası” silahlandırılacaq!

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

Payızda bağda görülən 6 iş

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

Tanınmış kardioloqdan haqqında yayılan ittihamlara Açıqlama

Sədr: Qarabağ və Şərqi Zəngəzurda qiymətli və əlvan metal yataqları Dövlət Proqramının əsas prioritetlərindəndir

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

Vaşinqtondan Bakıya əməkdaşlıq mesajı...

Vaşinqtondan Bakıya əməkdaşlıq mesajı...

Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Prezident Tramp Azərbaycanı Cənubi Qafqazın lideri kimi tanıyır

Yeni reallıqlarda Azərbaycanın qlobal diqqət mərkəzində olması təsadüfi deyil. Xüsusilə, 2020-ci il Vətən müharibəsi və 2023-cü il antiterror tədbirlərindən sonra bölgədə bərqərar olan təhlükəsizlik seqmenti cəlbedici hal almaqdadır. Azərbaycan isə bütövlükdə, prosesin mərkəzində yer alır - ən mühüm üstünlük isə Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanın apardığı uğurlu xarici siyasət kursunun həm aparıcı beynəlxalq təşkilatlar, həm də mühüm güc mərkəzləri tərəfindən diqqətlə izlənməsi, təqdir olunmasıdır. Rəsmi Bakının bütün məsələlərdə nümayiş etdirdiyi qətiyyətli mövqe bütün tərəfləri bizə yaxınlaşdırır. Eyni zamanda, beynəlxalq məsələlərdə davranışlarımız, beynəlxalq hüquqa əsaslanmamız və yeni reallıqları nəzərə almamız strateji təmasları artırır. Təsadüfi deyil ki, dünyanın aparıcı güc mərkəzləri Bakını özünün strateji tərəfdaşı kimi xarakterizə edir.

Trampın məktubu...

Bu mənada, Donald Trampın prezident seçilməsinin ardından ABŞ-ın Azərbaycanla daha müsbət nl əlaqələr arzusunda olmasını xüsusi qeyd etmək lazımdır. Bəlli olduğu kimi, rəsmi Vaşinqton dünyanın iqtisadi-siyasi nəbzini formalaşdıran mühüm güc mərkəzlərindən biri sayılır Nəhəng iqtisadiyyata, müqayisəyəgəlməz siyasi çəkiyə malik olan bu dövlətin Bayden-Blinken adminstrasiyasının hakimiyyəti dövründə bölgəyə nəzərən adekvat münasibət göstərməməsi, milli maraqları çərçivəsindən, ikitərəfli münasibətlər müstəvisindən deyil, ermənipərəst rakursdan çıxış etməsi təəssüf doğururdu. Amma son proseslər vəziyyətin köklü şəkildə dəyişdiyini deməyə əsas verir. Artıq Vaşinqton Azərbaycana qarşı tam fərqli - adekvat, əməkdaşlığı özündə ehtiva edən, qlobal məsələlərlə bağlı tərəfdaşlığı əsas götürən siyasət yürüdür. Bunu, Prezident Trampın Azərbaycanın dövlət başçısı İlham Əliyevə ünvanladığı Novruz bayramı ilə əlaqədar təbrik məktubunda da görmək olar.

Zəngin əməkdaşlıq tarixi...

Qeyd edək ki, ABŞ Prezidenti məktubunda ölkələrimizin birgə işləmək sahəsində zəngin tarixə malik olduğunu və qarşıdan gələn illərdə əldə edə biləcəyimiz möhtəşəm məqamları səbirsizliklə gözlədiyini vurğulayıb.

Həqiqətən də, Bayden-Blinken adminstrasiyasının hakimiyyətinə qədər Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibət qarşılıqlı hörmət, dialoq və yüksək iqtisadi tərəfdaşlıq çərçivəsində inkişaf edib. Birləşmiş Ştatlar XXI əsrin ilk 20 ilində regionda formalaşdırmağa çalışdığı iqtisadi rəngarəngliyi, enerji əməkdaşlığını hər zaman təqdir edib. Bakının bütün sahələrdə nümayiş etdirdiyi mövqe ABŞ tərəfindən yüksək səviyyədə qarşılanıb. Bu isə həm də ABŞ-ın Azərbaycanın yaxın tərəfdaşı olması həqiqətini ortaya qoyub - Prezident Trampın məktubunda səsləndirilən “birgə işləmək sahəsində zəngin tarix” bunu təsdiqləyir. Yeni nizamın astanasında qlobal mühitin əsas və strateji iqtisadi-siyasi regionlarından sayılan Cənubi Qafqazın lider ölkəsi ilə işləmək arzusu Vaşinqtonun Bakı ilə münasibətləri yeni mərhələyə daşıma istəyindən xəbər verir - indiki dövrdə yaranan mühüm perspektivlər isə göz önündədir. Belə ki:

- Azərbaycanın apardığı siyasət müasir qlobal iqtisadi münasibətlər sistemində mühüm yeniliklər vəd edir ki, bu da ABŞ-ın diqqətini ən yüksək səviyyədə cəlb edib;

- Ölkəmizin beynəlxalq terrorizmə qarşı mübarizədə ortaya qoyduğu qətiyyətli davranış unudulmayıb - Prezident Tramp bu istiqamətdə ardıcıl siyasət yürüdür və ABŞ Azərbaycanı vacib tərəfdaşı qismində görür;

- Enerji və iqtisadi mövzularda tutulan mövqe yüksək dəyərləndirilir. Azərbaycanın qlobal məkanda enerji təminatçısı kimi artan rolu Vaşinqtonun gözündən yayınmayıb;

- Nəhayət, qarşıdakı perspektivdə imzalanacaq sülh yeni iqtisadi mühitin oturuşmasına yaxından kömək edəcək.

Tramp Azərbaycanın lider mövqeyini təsdiqləyir...

Məktubda bildirilir ki, “Azərbaycanın tərəfdaşımız İsrailə dəstəyini və onunla dostluğunu dəyərləndirir, ölkənizin və Ermənistanın regiona sülh gətirmək üçün atdığı addımları alqışlayıram”.

Bəli, son illərdə artan kataklizmlər və siyasi-hərbi təlatümlər mühüm narahatlıqlar formalaşdırıb - bunun fonunda, Azərbaycanın özünün prinsipial suverenlik məsələsini həll edən yeganə statusu daşıması, qalib ölkə olduğu halda belə sülh təşəbbüsləri irəli sürməsi ABŞ üçün mühüm bir məqamdır.

Eyni zamanda, Yaxın Şərqdə artan xəttə qədəm qoyan bir sıra gərginliklərin həllində mühüm rol oynamaq imkanlarımız Vaşinqton tərəfindən yüksək qiymətləndirilir. Türkiyə ilə müttəfiq və qardaş, İsrail ilə dost olan Azərbaycan bu narahatlıqların aradan qalxması, sabitliyin formalaşması, problemlərin dialoq yolu ilə tənzimlənməsi üçün hər zaman öz vasitəçi rolunu təklif edib. Azərbaycanın bu kimi mühüm və məsuliyyətli bir vəzifəni üzərinə götürməyə isə həm mənəvi, həm də siyasi imkanları genişdir:

- Hər iki tərəflə ən yüksək səviyyədə münasibətlərimiz mövcuddur;

- Problemlərə baxış bucağı beynəlxalq hüquq əsasında tənzimlənir;

- Yalnız sülh və dialoq təşəbbüsü irəli sürürük;

- Dialoq üçün danışıqlar platformsı təqdim edirik.

Beləliklə, Azərbaycan Cənubi Qafqazın lideri olduğunu bir daha sübuta yetirir - ABŞ isə bu statusu təsdiqləyir, Bakı ilə məhz regional lider kimi münasibətlərini müəyyənləşdirir.

Münasibətlər əvvəlki işgüzar məcrasına dönür

Təbrik məktubunun sonunda qeyd olunur ki, “ölkələrimiz uğurlara doğru sürətlə irəlilədikcə Sizinlə işləməyi səbirsizliklə gözləyirəm. Birləşmiş Ştatlar Azərbaycanın suverenliyinin, müstəqilliyinin və ərazi bütövlüyünün sarsılmaz dəstəkçisi olaraq qalır”.

Ortaya qoyulan bu mövqe isə Tramp administrasiyasının bölgəyə baxışının ən mühüm ştrixlərini özündə əks etdirir. Nəzərə alsaq ki, məhz Bayden-Blinken adminstrasiyasının fəaliyyəti nəticəsində münasibətlər böhranlı bir vəziyyət almışdı, artıq yeni dönəmdə proses özünün keçmiş - uğurlu əməkdaşlığa əsaslanan məcrasına dönmə imkanı qazanır. Təsadüfi deyil ki, Prezident Tramp özünün birinic dövlət başçısı olduğu dönəmdə də iki ölkə arasında işgüzar tərəfdaşlığa əsaslanan bir münasibət olub. Bu dövrdə Tramp administrasiyası Azərbaycanla bağlı müsbət mövqe sərgiləyib və tərəfdaşlıq əlaqələrini vurğulayıb. Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevə mütəmadi olaraq təbrik məktubları göndərib. Xüsusilə Respublika Günü (28 may), Müstəqillik Günü (18 oktyabr) və digər mühüm tarixlərdə məktublarında Azərbaycan-ABŞ əlaqələrinin əhəmiyyətini vurğulayıb. 2017, 2018, 2019 və 2020-ci illərdə göndərilən məktublarda Tramp Azərbaycanın enerji təhlükəsizliyinə verdiyi töhfələri və beynəlxalq təhlükəsizlik sahəsində əməkdaşlığını yüksək qiymətləndirib. Tramp administrasiyası Azərbaycanın Cənub Qaz Dəhlizi layihəsindəki rolunu dəstəkləyib. 2018-ci ildə Prezident Tramp Bakıya ünvanladığı məktubda Azərbaycanın enerji sahəsindəki rolunun vacibliyini qeyd edərək, iki ölkə arasındakı əməkdaşlığın gücləndirilməsini bəyan edib, eləcə də 2019-cu ildə ABŞ Dövlət Departamentinin rəsmiləri Azərbaycanın iqtisadi inkişaf istiqamətində atdığı addımları yüksək qiymətləndiriblər. 44 günlük müharibə dövründə Tramp administrasiyası Ermənistanı dəstəkləməyib və hər zaman olduğu kimi ölkəmizin ərazi bütövluyünü tanıyıb - birmənalı şəkildə həmin dövrdə ABŞ-Azərbaycan münasibətləri strateji əməkdaşlıq xəttində inkişaf edib. Təsadüfi deyil ki, son məktubunda da Tramp bu məsələni xüsusi vurğulayaraq ABŞ-ın ölkəmizin suverenliyinin, müstəqilliyinin və ərazi bütövlüyünün sarsılmaz dəstəkçisi olaraq qaldığını bəyan edib.

Pərviz SADAYOĞLU

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:197
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 12 Aprel 2025 09:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see338

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see224

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see223

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see213

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see210

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see208

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see204

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see195

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see194

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see190

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see190

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see187

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see172

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see169

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see168

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see163

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see161

Tanınmış kardioloqdan haqqında yayılan ittihamlara Açıqlama

24 Sentyabr 2026 17:04see160

Sədr: Qarabağ və Şərqi Zəngəzurda qiymətli və əlvan metal yataqları Dövlət Proqramının əsas prioritetlərindəndir

24 Sentyabr 2026 16:40see159

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 20:14see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri