Putin Paşinyanın KTMT ilə bağlı açıqlamalarına münasibət bildirib
Icma.az, Apa.az saytına istinadən bildirir.
Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bağlı açıqlamalarına münasibət bildirib.
APA-nın Moskva bürosunun məlumatına görə, Putin bu barədə Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) yubiley sammitindən sonra keçirilən mətbuat konfransında danışıb.
“Yaxın keçmişi qurdalamaq istəmirəm, amma hər şey Qarabağ problemindən başladı”, – deyə Rusiya Prezidenti bildirib.
Putinin sözlərinə görə, Ermənistan rəhbərliyi Praqada müvafiq sənədi imzalayaraq Qarabağın Azərbaycan ərazisi olduğunu tanıyıb.
“Bu andan etibarən bizim bu məsələ ilə bağlı mövqeyimiz ikili xarakter almağa başladı. Biz Azərbaycanın daxili siyasi işlərinə qarışmalı idik? Qərb, Avropa ölkələri – hamısı Qarabağın Azərbaycanın bir hissəsi olduğunu deyirdi”, – deyə Putin vurğulayıb.
Rusiya Prezidenti qeyd edib ki, hadisələrin bu cür inkişafının və Ermənistan rəhbərliyinin məlum qərarının müsbət tərəfləri də var.
“Səhifəni çevirib irəli getmək olar. Artıq bu münaqişələr olmadan insanları yeni yaşayış yerlərində yerləşdirmək, infrastrukturu blokadadan çıxarmaq, iqtisadiyyatda yeni həyata başlamaq, investisiyalar üçün sərhədləri açmaq və sair. Əslində, müsbət məqamlar az deyil”, – deyə Putin bildirib.
Putin, həmçinin Paşinyanı Moskvaya dəvət etdiyini və onunla Ermənistanın Avrasiya İqtisadi İttifaqındakı gələcəyi ilə bağlı ətraflı müzakirələr aparacağını söyləyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:176
Bu xəbər 02 Sentyabr 2026 01:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















