Icma.az
close
up
RU
Vaşinqtondan gələn ZƏNG Tramp Putinlə bu mövzuları razılaşdırdı

Vaşinqtondan gələn ZƏNG Tramp Putinlə bu mövzuları razılaşdırdı

Icma.az, Turkstan.az saytına istinadən bildirir.

Ötən gün ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub. 1,5 saat davam edən telefon danışığında Donald Tramp Vladimir Putinlə Ukrayna mövzusunda dərhal danışıqlara başlamaq barədə razılığa gəldiyini bildirib. ABŞ-ın danışıqlar qrupuna dövlət katibi Marko Rubio, Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Rətkliff, milli təhlükəsizlik üzrə müşavir Maykl Uolts və xüsusi nümayəndə Stiv Uitkoff daxil olacaq.

Tramp və Putin yaxın əməkdaşlıq edəcəklərini və qarşılıqlı səfərlər planlaşdırdıqlarını bildiriblər. Fnerji, Yaxın Şərq, süni intellekt və dolların gücü kimi mövzuları da müzakirə edilib. Kremlin məlumatına görə, danışıqlarda həmçinin İranın nüvə proqramı və Rusiya-ABŞ iqtisadi əlaqələrinə toxunulub.

Tərəflər ABŞ və Rusiya vətəndaşlarının mübadiləsini də müzakirə ediblər. Tramp Rusiyada həbsdə olan amerikalı Mark Fogelin azad edilməsinə görə Putinə təşəkkür edib. Kreml bildirib ki, ABŞ tərəfi bütün əldə olunan razılaşmaları yerinə yetirəcək.

Putin Trampı Moskvaya səfərə dəvət edib.

Məlumata görə, Tramp və Putinin telefon danışığı barədə xəbərlər fonunda Moskva birjasının indeksi sürətlə yüksəlib.

Tramp Putindən sonra Ukrayna prezidenti Volodimir Zelenski ilə də danışıb. ABŞ lideri bildirib ki, Zelenski də Putin kimi sülh istəyir. Tramp müharibənin dayandırılmasının vacib olduğunu vurğulayıb.

Zelenski isə Tramp ilə uzun müddət sülh imkanlarını müzakirə etdiklərini və əməkdaşlığa hazır olduqlarını açıqlayıb. Onlar gələcəkdə əlaqələri davam etdirmək barədə razılaşıblar.

Telefon danışığı Trampın yenidən prezident seçilməsindən sonra Putinlə ilk rəsmi təması olub. Danışıqlar fonunda ABŞ-nin maliyyə naziri Skott Bessent Ukraynaya səfər edib. O bildirib ki, Tramp sülh prosesini sürətləndirmək niyyətindədir.

Bu həftə Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Zelenski və ABŞ-ın vitse-prezidenti Cey Di Vensin görüşü planlaşdırılır. Konfransda dövlət katibi Marko Rubio da iştirak edəcək.

Məlum olub ki, Putin və Tramp arasında qeyri-rəsmi təmaslar daha əvvəl baş tutub. Fevralın 11-də ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitkoff Moskvada Putinlə üç saatlıq görüş keçirib.

Bu görüşdən sonra Mark Fogelin sərbəst buraxılması qərara alınıb. ABŞ isə buna cavab olaraq Rusiya vətəndaşı Aleksandr Vinniki azad edib.

BMT danışıqlara müsbət reaksiya verib. BMT rəsmisi bildirib ki, hər iki tərəfin sülh prosesinə hazır olması ümidvericidir.

Tramp müharibənin dayandırılması üçün Putinə atəşkəs təklif edib. Putin isə qeyd edib ki, münaqişənin əsas səbəbləri həll edilməlidir. Tramp Zelenskiyə Putinin danışıqlara açıq olduğunu çatdırıb. Zelenski isə Ukraynanın sülh üçün texnoloji imkanlarını vurğulayıb.

Putin və Tramp danışıqlara başlamaq üçün qarşılıqlı nümayəndə heyətləri təyin ediblər. ABŞ-ın danışıqlar qrupu yüksək səviyyəli rəsmilərdən ibarət olacaq.

Bu görüşlər çərçivəsində Ukraynanın NATO-ya üzvlüyü məsələsi də müzakirə mövzularından biri olacaq. Tramp bu məsələnin “çox da praktik” olmadığını qeyd edib.

Rusiya və ABŞ arasında iqtisadi münasibətlərin gücləndirilməsi də gündəmdədir. Kremlin açıqlamasına görə, bu istiqamətdə konkret addımlar nəzərdən keçirilir.

Bəzi ekspertlər Trampın 9 May Qələbə Günündə Moskvaya səfər edə biləcəyini ehtimal edirlər. ABŞ prezidenti Rusiyanın İkinci Dünya Müharibəsində milyonlarla insan itirdiyini xatırladaraq, xalqlar arasında münasibətlərin yaxşılaşdırılmasının vacibliyini qeyd edib.

Ukrayna ilə bağlı danışıqların nəticələrinin gələcək həftələrdə daha aydın olacağı gözlənilir./modern.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 13 Fevral 2025 12:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see320

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see257

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see207

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see176

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see172

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see171

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see168

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see168

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see167

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see152

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see144

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see142

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri