Icma.az
close
up
RU
Vaşinqtondan gizli plan: Tramp Azərbaycana nə təklif edir? KONKRET

Vaşinqtondan gizli plan: Tramp Azərbaycana nə təklif edir? KONKRET

Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Donald Tramp yenidən Azərbaycanı dəvət etdi: Əsas mövzu Yaxın Şərqdir

ABŞ Prezidenti Donald Trampın rəhbərliyi ilə yaradılan Sülh Şurasının ilk sammiti Vaşinqtonun Yaxın Şərqdə yeni təsir mexanizmini formalaşdırmaq cəhdi kimi qiymətləndirilir. Axios nəşrinin məlumatına görə, görüş fevralın 19-na planlaşdırılıb və dəvət olunanlar sırasında Azərbaycan, Ermənistan, Qazaxıstan və Özbəkistan liderləri də yer alır.

ABŞ rəsmiləri bu toplantını həm Sülh Şurasının ilk tammiqyaslı iclası, həm də Qəzza sektorunun bərpası üçün maliyyə vəsaitlərinin toplanmasına həsr olunan konfrans kimi təqdim edirlər. Rəsmi olaraq tədbir humanitar və sabitləşdirici platforma kimi göstərilsə də, siyasi müşahidəçilər bunu Tramp administrasiyasının müharibədən sonrakı proseslərə nəzarət üçün ayrıca mexanizm yaratmaq cəhdi kimi dəyərləndirirlər.

Məlumata görə, dəvətlər təxminən 60 ölkəyə göndərilib. Xatırladaq ki, Sülh Şurasının təsis toplantısı yanvarın 22-də Davosda keçirilib və Azərbaycan da daxil olmaqla 27 ölkə qurumun təsisçi üzvü statusu alıb. Vaşinqton sammitində Azərbaycanın yüksək səviyyədə təmsil olunacağı gözlənilir. İştirakçıların yekun siyahısı isə hələ açıqlanmayıb və Ağ Ev bu məsələ ilə bağlı diplomatik kanallar vasitəsilə danışıqları davam etdirir.

ABŞ tərəfinin planına əsasən, Sülh Şurası Qəzzada atəşkəs rejiminə nəzarət etməli, anklavın idarə olunmasını əlaqələndirməli və infrastrukturun bərpasını izləməlidir. Bununla yanaşı, genişmiqyaslı maliyyə kampaniyasına start verilməsi də nəzərdə tutulur. Rəsmi olaraq məcburi ödənişlər müəyyən edilməsə də, Tramp administrasiyası üçün “standart” töhfə məbləği təxminən 23 milyon dollar səviyyəsində göstərilir. Daimi üzvlük statusu üçün isə bir milyard dollara yaxın vəsait tələb oluna bilər. Bildirilir ki, toplanan bütün vəsaitlər Qəzzanın bərpası fonduna yönəldiləcək.

Görüşün keçiriləcəyi məkan da diqqət çəkir. Sammit ABŞ-ın Sülh İnstitutunun binasında baş tutacaq. United States Institute of Peace son illərdə yenidən strukturlaşdırılıb və Trampın adı ilə əlaqələndirilib. Qurum 1984-cü ildə Ronald Reyqanın dövründə yaradılıb və uzun müddət müstəqil analitik mərkəz kimi fəaliyyət göstərib.

Donald Tramp Ağ Evə qayıtdıqdan sonra institutda ciddi dəyişikliklər aparılıb. Direktorlar Şurasının üzvlərinin böyük hissəsi vəzifədən uzaqlaşdırılıb. Daha sonra Dövlət İdarəçiliyinin Effektivliyi Agentliyi, o cümlədən Elon Muskun rəhbərlik etdiyi qurumun nümayəndələri binaya daxil olaraq idarəetməni dəyişib və kütləvi ixtisarlar həyata keçirib. Keçmiş rəhbərlik məhkəməyə müraciət etsə də, apellyasiya instansiyası onların iddiasını təmin etməyib. 2025-ci ilin dekabrında isə institutun yeni adı rəsmiləşdirilib və binanın fasadında Trampın adı yerləşdirilib.

Sammit ABŞ-ın Qəzza ilə bağlı planının ikinci mərhələsinin irəlilədiyi bir vaxtda keçiriləcək. Vaşinqton atəşkəsin növbəti fazasına keçidi elan etsə də, əsas problem – HƏMAS-ın tam demilitarizasiyası – hələ də həll olunmayıb. Bu məsələ çözülmədən bərpa layihələrinin real nəticə verməyəcəyi vurğulanır.

Görüşün tarixi də təsadüfi seçilməyib. Fevralın 18-də İsrailin baş naziri Benjamin Netanyahu Ağ Evdə Donald Trampla danışıqlar aparmalıdır. İsrail formal olaraq Sülh Şurasına qoşulmağa razılıq versə də, hələlik nizamnaməni imzalamayıb. Bu görüş təşəbbüsün gələcək taleyini müəyyən edə bilər.

Gözlənilən danışıqlarda təhlükəsizlik dəhlizləri, beynəlxalq müşahidəçilər və nəzarət mexanizmləri əsas müzakirə mövzuları olacaq. Məhz bu məsələlər İsrail hökuməti daxilində ən çox mübahisə doğuran mövzulardandır.

İqtisadi tərəf də xüsusi maraq doğurur. Davosda keçirilən Dünya İqtisadi Forumunda Trampın kürəkəni Jared Kushner Qəzzanın bərpası ilə bağlı 11 səhifəlik plan təqdim edib. Planda göydələnlər, sahilyanı komplekslər və yeni yaşayış zonalarının tikintisi nəzərdə tutulur. Kuşner bildirib ki, alternativ plan yoxdur və əsas şərt HƏMAS-ın tam silahsızlaşdırılması və ABŞ nəzarətidir.

Bununla paralel olaraq, Vaşinqton müsəlman ölkələrindən ibarət sabitləşdirici qüvvələrin yaradılması ideyasını da müzakirə edir. Potensial iştirakçılar arasında Azərbaycanın da adı çəkilib. Lakin rəsmi Bakı hərbi personalını risk altına salacaq birtərəfli əməliyyatlarda iştirak etmək niyyətində olmadığını bildirib. Azərbaycan yalnız geniş beynəlxalq mandat çərçivəsində mümkün missiyaları nəzərdən keçirə biləcəyini açıqlayıb.

Beləliklə, qarşıdakı sammit sadəcə diplomatik görüş deyil. Bu, Donald Trampın ətrafında dövlətlər koalisiyası formalaşdırmaq, Qəzzanın bərpasını maliyyələşdirmək və eyni zamanda regionda öz siyasi idarəetmə modelini möhkəmləndirmək cəhdidir.

Vaşinqton bu prosesdə maliyyə resurslarına, tərəfdaşların loyallığına və Trampın şəxsi siyasi nüfuzuna güvənir. Əsas sual isə budur: bu strategiya real sabitlik yaradacaq, yoxsa Sülh Şurası növbəti formal təşəbbüs olaraq qalacaq.

Natiq Səlim,
KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:121
embedMənbə:https://konkret.az
archiveBu xəbər 09 Fevral 2026 08:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see357

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see236

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see232

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see231

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see224

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see223

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see221

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see218

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see217

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see213

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see207

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see206

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see205

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see200

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see200

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see200

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see199

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see199

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see199

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri