Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Vaşinqtonun gecikən “hə”si

Vaşinqtonun gecikən “hə”si

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ Fransaya siyasi mesaj göndərirmi?

ABŞ və Fransa arasında münasibətlər uzun illərdir Qərb dünyasının ən mühüm strateji tərəfdaşlıqlarından biri hesab olunur. İki ölkə NATO-nun aparıcı üzvləri, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri və bir çox qlobal proseslərdə eyni siyasi düşərgənin təmsilçiləri kimi çıxış edirlər. Lakin son dövrlər Ukrayna müharibəsi, beynəlxalq ticarət, İran siyasəti, Avropanın təhlükəsizlik arxitekturası və insan hüquqları məsələləri üzrə müxtəlif yanaşmaların ortaya çıxması münasibətlərdə müəyyən soyuqluğun yaranmasına səbəb olub.

Hazırda gündəmdə olan məsələ ABŞ administrasiyasının Fransa Prezidenti Emmanuel Makronun Vaşinqtona səfir təyin etmək istədiyi diplomat Orelien Leşevalyenin namizədliyinin təsdiqlənməsini gecikdirməsidir. Diplomatik praktikada bu cür təsdiq (aqreman) adətən formal xarakter daşıyır və müttəfiq dövlətlər arasında qısa müddətdə həyata keçirilir. Məhz buna görə də prosesin uzanması diplomatik dairələrdə siyasi mesaj kimi qiymətləndirilir.

Bir paylaşımın yaratdığı problem

Məsələnin kökündə BMT-də keçirilən səsvermə dayanır. İyul ayında BMT Baş Assambleyası İnsan Hüquqları üzrə Ali Komissar Volker Türkün mandatının daha 4 il uzadılmasına səs verdi. Səsvermədə 144 ölkə mandatın uzadılmasını dəstəklədi. ABŞ isə Rusiya, Şimali Koreya və bir neçə başqa ölkə ilə birlikdə əleyhinə səs verdi. Bundan sonra Fransanın BMT-nin Cenevrədəki nümayəndəliyi sosial şəbəkədə ABŞ-ın mövqeyini sərt tənqid edən paylaşım etdi. Paylaşımda qeyd olunurdu ki, ABŞ bir zamanlar insan hüquqlarının əsas müdafiəçilərindən biri hesab olunsa da, artıq bu mövqeyini itirib. Həmçinin Vaşinqtonun insan hüquqları məsələsində Rusiya və Şimali Koreya ilə eyni mövqedə dayanması vurğulanırdı.

Həmin paylaşım Vaşinqtonda ciddi narazılıq doğurdu. ABŞ nümayəndə heyəti sonradan BMT Təhlükəsizlik Şurasının iclasında Fransa nümayəndəsinin çıxışı zamanı etiraz əlaməti olaraq zalı tərk etdi. ABŞ rəsmiləri Fransanın ritorikasını “məsuliyyətsiz” və “hörmətsiz” adlandırdılar. Nəticədə diqqət Volker Türk məsələsindən Fransa səfirinin təyinatına yönəldi.

Aqreman niyə vacibdir?

Praktikada dövlətlər nadir hallarda dost və ya müttəfiq ölkələrin səfir namizədlərini rədd edirlər. Narazılıqlar olduqda məsələ adətən ictimailəşdirilmədən həll olunur. Məhz buna görə Leşevalyenin namizədliyinin təsdiq edilməməsi diqqət çəkir. “Reuters”in məlumatına görə, ABŞ administrasiyasında bəzi yüksək vəzifəli şəxslər Fransanın açıqlamalarını ciddi təhqir kimi qəbul edib və səfir təyinatının yubadılmasını müzakirə ediblər. Hələlik rəsmi veto qərarı verilməsə də, prosesin uzanması özü-özlüyündə qeyri-adi hadisə sayılır.

ARAYIŞ: Orelien Leşevalye Fransa diplomatiyasının yüksələn simalarından biri hesab olunur və Prezident Emmanuel Makronun yaxın çevrəsinə daxil olan şəxslərdəndir. O, hazırda Fransanın xarici işlər naziri Jan-Noel Barronun aparat rəhbəri vəzifəsində çalışır. Leşevalye Makronla birlikdə Fransanın dövlət idarəçiliyi elitasını yetişdirən nüfuzlu Milli İdarəçilik Məktəbində təhsil alıb və uzun illərdir prezidentin etimad göstərdiyi diplomatlar sırasındadır. Karyerası ərzində Avropa məsələləri və beynəlxalq münasibətlər sahəsində müxtəlif vəzifələrdə fəaliyyət göstərib, həm Yelisey sarayında, həm də Xarici İşlər Nazirliyində mühüm postlar tutub.

Çoxtərəfli narazılıq

Baş verənləri, sadəcə, Volker Türk ətrafında yaranmış mübahisə ilə izah etmək olmaz. Əslində, son aylar ABŞ və Fransa arasında bir neçə istiqamətdə gərginlik müşahidə olunur. Paris Vaşinqtonun bəzi xarici siyasət addımlarını açıq şəkildə tənqid edib. Fransa rəsmiləri ABŞ-ın Venesuela siyasətinə, ticarət tarifləri ilə bağlı təzyiqlərinə və Qrenlandiya ilə bağlı səsləndirilən bəyanatlara qarşı sərt mövqe nümayiş etdiriblər.

Xarici işlər naziri Jan-Noel Barro ABŞ-ın ticarət təzyiqlərini “şantaj” kimi xarakterizə edib və Parisin buna boyun əyməyəcəyini bildirib. Digər tərəfdən Vaşinqton da Parisin bəzi addımlarından narazıdır. Xüsusilə Fransa hökumətinin beynəlxalq məsələlərdə daha müstəqil xətt yürütmək cəhdləri ABŞ-da birmənalı qarşılanmır. Bu mənada səfir böhranı daha geniş geosiyasi fikir ayrılıqlarının nəticəsi kimi görünür.

Çarlz Kuşner amili

Münasibətləri mürəkkəbləşdirən digər amil ABŞ-ın Fransadakı səfiri Çarlz Kuşnerlə bağlıdır. Son aylar onun bəzi açıqlamaları Parisdə narazılıq yaradıb. Fransa hökuməti Kuşnerin ölkədə antisemitizmlə bağlı səsləndirdiyi fikirləri və bəzi siyasi proseslərə münasibətini daxili işlərə müdaxilə kimi qiymətləndirib. Bu səbəbdən səfir bir neçə dəfə Fransa Xarici İşlər Nazirliyinə çağırılıb. Fransa rəsmiləri onun bəzi açıqlamalarının diplomatik normalarla uzlaşmadığını bildiriblər.

Yeri gəlmişkən, prosesdə hələ də ümid işığı görünür. Çünki Vaşinqton Leşevalyenin namizədliyini tamamilə rədd etmək qərarı verməyib. Həmçinin, ABŞ və Fransa daxilində vəziyyətin daha da gərginləşməsini istəməyən qüvvələr mövcuddur. Bəzi rəsmilər münasibətlərin normallaşdırılmasının tərəfdarıdırlar və mübahisənin böyüməsinin qarşısını almağa çalışırlar. Bu da başadüşüləndir. ABŞ və Fransa arasında münasibətlərdə müəyyən soyuqluq yaransa da, tərəfləri birləşdirən maraqlar hələ də kifayət qədərdir. Ukrayna məsələsi, NATO çərçivəsində əməkdaşlıq, terrorizmlə mübarizə və qlobal təhlükəsizlik problemləri iki ölkəni bir-birinə yaxın saxlayır.

Hüseyn SULTANLI,
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin məsləhətçisi

Donald Trampın ikinci prezidentlik dövrü başlayandan sonra Vaşinqton və Paris bir sıra məsələlərdə fərqli mövqelər nümayiş etdirirlər. Tramp administrasiyasının ABŞ-ın transatlantik alyansdakı roluna yenidən baxması, eyni zamanda, Fransanın Avropanın strateji muxtariyyətinin gücləndirilməsi istiqamətində daha iddialı siyasət yürütməsi tərəflər arasında ortaq maraq sahələrinin azalmasına səbəb olub.

Fransa da daxil olmaqla bir sıra Avropa dövlətlərinin müdafiə və təhlükəsizlik məsələlərində, eləcə də getdikcə daha ciddi əhəmiyyət qazanan texnologiya sahəsində Avropanın müstəqil fəaliyyət imkanlarını artırmaq istəyi bu ölkələrin xarici siyasət gündəliklərini bir-birinə daha da yaxınlaşdırıb. Fransanın nüvə potensialını müstəqil şəkildə inkişaf etdirməyə yönəlmiş islahatları və müxtəlif qitələrdə təsir dairəsini genişləndirməsi də yanaşma dəyişikliyinin göstəricisidir. Bu səbəbdən, son G7 sammitində tərəflər arasında əvvəlki dövrlərlə müqayisədə daha dostyana atmosfer hökm sürsə də, ABŞ–Fransa ikitərəfli münasibətləri hələ də davam edən fikir ayrılıqlarının kölgəsində qalır. Üstəlik, bu ziddiyyətlər artıq ticarət və hərbi xərclər kimi ənənəvi mübahisə mövzuları ilə yanaşı, daha geniş siyasi və strateji sahələri də əhatə edir.

Amma yenə də BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına dəstək məsələsində yaşanan son qarşıdurma iki ölkə arasında daha dərin konseptual uyğunsuzluğun mövcud olduğunu göstərən nümunələrdən biridir. Tərəflər arasındakı strateji fərqlər o qədər əhəmiyyətlidir ki, onların qısa müddətdə aradan qalxacağı gözlənilmir. Bu şəraitdə ABŞ və Fransanın dialoqu davam etdirmək və yeni fikir ayrılıqlarının qarşısını almaq qabiliyyəti əsasən diplomatik səylərdən asılı olacaq.

Nəzrin ELDARQIZI
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:192
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 Avqust 2026 07:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see943

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see521

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see374

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see339

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see302

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see288

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see282

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see277

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see269

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see256

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see256

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see255

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see244

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see239

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see236

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see236

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see219

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see216

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see203

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri