Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

A Seriyası: 19 illik rekord təkrarlandı

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

Səhiyyə Nazirliyində yeni təyinat

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Ruh sağlamlığınızın pisləşdiyini göstərən 8 əlamət

Ruh sağlamlığınızın pisləşdiyini göstərən 8 əlamət

Icma.az bildirir, Milli.az portalına istinadən.

Ruh sağlamlığınıza diqqət yetirə bilmək üçün zaman-zaman geri çəkilib özünüzü müşahidə etməli və həyatınızda nələrin dəyişdiyini fərq etməlisiniz. Bəzi əlamətlər ruhsal cəhətdən yaxşı olmadığınızı anlamanıza kömək edə bilər.

Milli.Az xəbər verir ki, ruh sağlamlığındakı pisləşmə ani şəkildə ortaya çıxa biləcəyi kimi, zamanla tədricən də inkişaf edə bilər. Xüsusilə tədricən baş verən dəyişikliklərin fərqinə varmaq çətin olduğu üçün gözdən qaça bilər. Ruh sağlamlığının pisləşdiyini göstərən əlamətlər hər kəs üçün eyni olmaya bilər; insanın yaşadıqları problemlərdən və şəraitdən asılı olaraq müxtəlif formalarda büruzə verə bilər.

Buna görə də vəziyyət ciddi həddə çatmasını gözləmədən, özünüzdə müşahidə etdiyiniz dəyişiklikləri nəzərə almaq vacibdir. Psixoterapist Bobbi Benks "Bir şeylərin səhv olduğunu hiss edirsinizsə, bunu nəzərdən qaçırmayın" deyir. Benksin fikrincə, uzun müddətdir özünüzü yaxşı hiss etmirsinizsə, bu durum ruh sağlamlığınızı və özünə qulluq vərdişlərinizi yenidən qiymətləndirməyiniz lazım olduğuna işarə edə bilər. Psixoterapist ruh sağlamlığındakı pozulma əlamətlərini erkən fərq etməyin və lazım gəldikdə sürətli şəkildə dəstək almanın vacibliyini vurğulayır. Gündəlik həyatda baş verən kiçik dəyişikliklər belə insanın mütəxəssisə müraciət etməli olduğunu göstərə bilər.

Ruh sağlamlığının pisləşdiyini göstərən başlıca əlamətlər:
Dostlarınızdan və ailənizdən uzaqlaşırsınızsa: Şüurlu və ya şüursuz şəkildə ətrafınızdakılarla daha az ünsiyyət qurmağa, görüşləri və sosial tədbirləri geri çevirməyə başlamısınızsa, bu vəziyyət diqqət yetirilməli olan dəyişiklik ola bilər.

Yataqdan qalxmaq və gündəlik işləri görmək çətinləşibsə: Ev işlərini yerinə yetirmək, yataqdan qalxmaq və ya duş almaq kimi gündəlik fəaliyyətlər normaldakından daha çətin hala gələ bilər. Çox yatmaq və ya kifayət qədər yata bilməmək, həmçinin buna müşayiət edən enerji itkisi də ruh sağlamlığındakı problemlərin əlamətləri sırasındadır.

Özünüzü daim narahat, depressiv və ya ümidsiz hiss edirsinizsə: Uzun müddət davam edən təşviş, çöküntü və ya ümidsizlik duyğuları gözdən qaçırılmamalıdır.

İştahınız və ya çəkiniz nəzərəçarpacaq dərəcədə dəyişibsə: Qidalanma vərdişlərində və buna bağlı olaraq çəkidə baş verən əhəmiyyətli dəyişikliklər də ruhsal durumdakı dəyişikliklərlə əlaqədar ola bilər.

Ruh halınızda ani dəyişikliklər müşahidə edirsinizsə: Normaldan çox daha tez-tez və ya kəskin şəkildə dəyişən əhval-ruhiyyə izlənilməli olan işarələrdən biridir.

Diqqətinizi cəmləməkdə və ya qərar verməkdə çətinlik çəkirsinizsə: Gündəlik işlərə fokuslanmaq, hər hansı bir mövzu üzərində düşünmək və ya sadə qərarlar almaq əvvəlkindən daha çətin hala gəlibsə, bu dəyişikliyi nəzərə almaq lazımdır.

Əvvəllər zövq aldığınız şeylərə marağınızı itirmisinizsə: Keçmişdə sizə xoşbəxtlik və ya həzz verən fəaliyyətlərin artıq eyni duyğunu yaratmaması və ümumi motivasiya itkisi yaşamağınız mühüm əlamətdir.

Özünüzü tükənmiş, uzaqlaşmış və ya ləngimiş hiss edirsinizsə: Bu hisslər iş həyatında, tək olanda və ya sosial münasibətlər zamanı ortaya çıxa bilər. Gündəlik həyatın ümumi axarında özünüzü əvvəlkindən fərqli hiss etməyiniz ruhsal durumunuzu yenidən gözdən keçirməniz üçün bir səbəbdir.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:191
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 22 Sentyabr 2026 05:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see496

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see467

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see276

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see258

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see253

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see249

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see241

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see238

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see237

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see230

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see222

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see217

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see214

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see212

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see203

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see200

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see192

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see190

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see188

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri