Icma.az
close
up
RU
Menu

Əldə olan pulu artırmaq üçün bunu edin!

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

Cəbrayılda əhali tibbi müayinədən keçdi

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

Vaşinqtonun yeni Moskva siyasəti

Vaşinqtonun yeni Moskva siyasəti

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Seçkilər və Avropa ilə ziddiyyət

ABŞ ilə Avropa arasında Ukrayna müharibəsi, Rusiyaya qarşı sanksiyalar və enerji təhlükəsizliyi ilə bağlı fikir ayrılıqları yeni mərhələyə keçir. ABŞ Prezidenti Donald Trampın Rusiya ilə dizel yanacağının tədarükü barədə razılaşması Vaşinqtonun Moskva siyasətini yenidən müzakirə mövzusuna çevirib.

Avropa ölkələri Rusiyanın beynəlxalq təcridinin davam etdirilməsini və Ukraynaya dəstəyin qorunmasını müdafiə edərkən, Tramp administrasiyası enerji bazarındakı qiymət təzyiqlərini azaltmaq üçün Rusiya mənşəli yanacağın qlobal bazara çıxarılmasını əsaslandırır. Beləliklə, mübahisə Qərbin Rusiya ilə münasibətlərdə vahid mövqe saxlamaq qabiliyyətini də sınağa çəkir.

Prezident Donald Tramp oktyabrın 9-da Rusiya Prezidenti Vladimir Putinlə danışığından sonra Rusiyanın qlobal bazara ilkin mərhələdə 300 min tondan çox dizel yanacağı çıxaracağını açıqlayıb. Onun bəyanatında sonrakı aylarda daha böyük həcmdə tədarükün də nəzərdə tutulduğu bildirilib. Tramp administrasiyası bu addımı yanacaq qiymətlərini aşağı salmaq və daxili bazarda təchizatı artırmaq məqsədilə əlaqələndirir. Lakin razılaşmanın elan edilməsi Vaşinqtonun əvvəlki sanksiya siyasəti ilə ziddiyyət yaratdığı üçün həm ABŞ-da, həm də Avropada narazılığa səbəb olub.

Məsələnin həssaslığı Rusiyanın Ukraynaya qarşı müharibəsi fonunda enerji gəlirlərinin siyasi və hərbi əhəmiyyəti ilə bağlıdır. Qərbin son illərdə tətbiq etdiyi məhdudiyyətlərin əsas məqsədlərindən biri Moskvanın enerji satışından əldə etdiyi gəlirləri azaltmaq və bununla da müharibəni davam etdirmək imkanlarını məhdudlaşdırmaq olub. Rusiya dizelinin yenidən geniş bazara çıxarılması isə bu siyasətin ardıcıllığı barədə suallar yaradır. Avropanın narahatlığı da elə bundan qaynaqlanır ki, əgər Moskva ilə iqtisadi əlaqələr siyasi şəraitdən asılı olaraq yenidən genişləndirilirsə, sanksiyaların uzunmüddətli təsiri və Qərbin çəkindirmə siyasətinin etibarlılığı necə qorunacaq?

Göründüyü kimi, transatlantik münasibətlərdə fikir ayrılıqları sadəcə müdafiə xərcləri, gömrük tarifləri və NATO çərçivəsində öhdəliklərlə məhdudlaşmır. Mübahisənin mərkəzində Rusiyaya qarşı iqtisadi təzyiqin hansı şərtlərdə davam etdirilməsi dayanır. Avropa üçün Ukraynaya dəstək və Moskvanın müharibədən iqtisadi dividendlər əldə etməsinin qarşısını almaq bir-biri ilə əlaqəli məsələlərdir. ABŞ administrasiyasının enerji qiymətlərini aşağı salmaq naminə Rusiya tədarükünə şərait yaratması isə bu iki prioritet arasında ziddiyyət meydana çıxarır.

Avropa İttifaqının mövqeyində əsas məqam Rusiyaya qarşı təzyiqin hərbi münaqişənin gedişindən asılı olmayan uzunmüddətli siyasət kimi qorunmasıdır. Əgər Vaşinqton qısamüddətli iqtisadi ehtiyacları əsas gətirərək Moskva ilə enerji əlaqələrini genişləndirirsə, Avropa paytaxtları üçün bu, vahid Qərb siyasətinin zəifləməsi deməkdir. Çünki sanksiyaların təsiri onların formal mövcudluğundan daha çox, əsas iqtisadi güclərin həmin məhdudiyyətlərə nə dərəcədə əməl etməsindən asılıdır.

Digər tərəfdən, ABŞ və Avropanın enerji bazarına münasibətində fərqli iqtisadi reallıqlar da nəzərə alınmalıdır. Avropa Rusiya enerji resurslarından asılılığını azaltmaq üçün uzunmüddətli dəyişikliklərə gedib. Lakin bu proses bütün enerji sahələrində eyni nəticəni verməyib və qitənin yanacaq təminatı xarici bazarlardakı dəyişikliklərə həssas olaraq qalır. ABŞ-da isə daxili enerji istehsalının imkanlarına baxmayaraq, dizel qiymətləri logistika, beynəlxalq ticarət və xammal bazarındakı proseslərdən təsirlənir. Yəni tərəflərin iqtisadi maraqlarının fərqli olması onların siyasi məqsədlərini də bir-birindən uzaqlaşdırır.

Razılaşmanın ABŞ-da aralıq seçkilərinə bir neçə həftə qalmış elan edilməsi onun daxili siyasi əhəmiyyətini artırır. Noyabrın 3-də keçiriləcək səsvermədə Konqresin nəzarətinin hansı qüvvədə qalacağı Tramp administrasiyasının fəaliyyət imkanlarına təsir göstərəcək. Yanacaq qiymətlərinin yüksəlməsi isə seçicilərin gündəlik xərclərinə birbaşa təsir etdiyindən respublikaçılar üçün həssas mövzulardan biridir. “Reuters”un məlumatına görə, Tramp Rusiya ilə razılaşmanı məhz artan yanacaq qiymətlərini azaltmaq səyləri ilə əsaslandırıb. Üstəlik, qərar Trampın öz partiyası daxilində də narazılıq yaradıb. Oktyabrın 13-də altısı respublikaçı olmaqla 12 ABŞ senatoru prezidentə müraciət edərək razılaşmanı ləğv etməyə çağırıb. Onlar Rusiyanın yanacaq satışından əldə edəcəyi gəlirlərin Ukraynaya qarşı müharibənin maliyyələşdirilməsinə kömək edə biləcəyini və bu addımın ABŞ-ın təhlükəsizlik maraqlarına zərər vurduğunu bildiriblər. Senatorların mövqeyi göstərir ki, mübahisə demokratlarla respublikaçılar arasındakı ənənəvi siyasi qarşıdurma çərçivəsində qalmayıb.

Narazılığın digər tərəfi hüquqi mübahisədir. ABŞ-da 2022-ci ildə qəbul edilmiş qanun Rusiya enerji məhsullarının idxalına məhdudiyyətlər müəyyən edib. Yeni razılaşmanın həmin məhdudiyyətlərlə uyğunluğu barədə suallar səsləndirildiyindən, məsələnin hüquqi müstəvidə də müzakirə olunması gözləniləndir. Xarici mediada yazılanlara görə, mövcud etirazlar razılaşmanın qanunu pozduğunu qəti şəkildə sübut etməsə də, administrasiyanın qərarının hüquqi əsaslandırılmasına ehtiyac olduğunu göstərir. Görünür, Tramp seçkilərə qədər enerji qiymətlərinin aşağı salınması və uzunmüddətli perspektivdə ABŞ-ın müttəfiqləri ilə təhlükəsizlik siyasətinin qorunması məsələsini həll etməlidir. Halbuki birinci istiqamətdə nəticə əldə etmək üçün atılan addım ikinci istiqamətdə etimad problemi yarada bilər.

ABŞ–Aİ münasibətlərinə gəldikdə, Avropa üçün Vaşinqtonla münasibətlərin əhəmiyyəti dəyişməz olaraq qalır. NATO çərçivəsində əməkdaşlıq, kəşfiyyat məlumatlarının mübadiləsi və Ukraynanın müdafiəsinə verilən dəstək transatlantik təhlükəsizliyin mühüm elementləridir. Lakin Ağ Evin qərarları qitə ölkələrinin təhlükəsizlik maraqları ilə uzlaşmadıqda, qitə dövlətləri öz müdafiə və enerji imkanlarını gücləndirmək ehtiyacı ilə üzləşirlər. Bu isə uzunmüddətli perspektivdə Avropanın strateji muxtariyyətinə dair müzakirələri daha da aktuallaşdıra bilər.

Yenə də sonda ABŞ və Avropanın mövqelərini tamamilə bir-birinə zidd hesab etmək də doğru olmazdı. Çünki hər iki tərəf enerji təchizatının sabitliyində və müharibənin başa çatmasında maraqlıdır. Fərq bu məqsədlərə çatmaq üçün seçilən vasitələrdədir. Vaşinqton əlavə yanacaq tədarükünü iqtisadi təzyiqi azaltmaq vasitəsi kimi təqdim edir, Avropa isə Rusiyaya qarşı məhdudiyyətlərin yumşaldılmasının gələcəkdə daha böyük təhlükəsizlik problemləri yarada biləcəyindən ehtiyatlanır.

Nəzrin ELDARQIZI
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 Oktyabr 2026 01:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see393

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see286

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see266

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see226

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see223

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see219

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see215

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see196

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see195

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see193

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see187

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see180

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see176

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see174

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see174

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see172

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see167

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see159

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see158

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri