Icma.az
close
up
RU
Vatikan mediası Birinci vitse prezident Mehriban Əliyevanın iştirakı ilə Komodilya katakombalarının bərpası layihəsindən yazır

Vatikan mediası Birinci vitse prezident Mehriban Əliyevanın iştirakı ilə Komodilya katakombalarının bərpası layihəsindən yazır

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Vatikan, 17 oktyabr, AZƏRTAC

Müqəddəs Taxt-Tacın informasiya resursları Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın iştirakı ilə oktyabrın 16-da Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışını diqqətdə saxlayıb.

AZƏRTAC xəbər verir ki, Vatikanın yeganə rəsmi mətbuat orqanı olan “L’Osservatore Romano” qəzetinin yazısında açılış mərasimində Birinci vitse-prezident Mehriban Əliyevanın, Vatikanın Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının prezidenti Monsenyor Paskuale Yakobonenin, Mədəniyyət və Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının sabiq prezidenti kardinal Canfranko Ravazinin və Roma şəhərinin VIII bələdiyyəsinin prezidenti Amedeo Çakkerinin iştirak etdikləri bildirilir. Qeyd edilir ki, Birinci vitse-prezident və ailə üzvləri layihə çərçivəsində həyata keçirilmiş bərpa işləri ilə tanış olublar.

Eyni zamanda, bərpa işlərinin Heydər Əliyev Fondu və Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyası arasında 2021-ci ilin martın 4-də imzalanan müqavilə çərçivəsində həyata keçirildiyi xatırladılır.

Müqəddəs Taxt-Tacın “Vatican News” portalının yaydığı materialda Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən layihənin katakombada mövcud olan Roma erkən xristianlıq dövrünə aid ilk artefaktları yenidən görməyə imkan yaratdığı qeyd olunur. Diqqətə çatdırılır ki, katakombaların yerləşdiyi məkan XVIII əsrdə aşkar olunub, ilkin tədqiqatlar 1900-cü ildən başlanıb. Katakomba Felisio və Adauktus adlı xristian əzabkeşlərinin dəfn olunduğu məkan kimi də tanınır və Orta əsrlərdə ziyarətgah olub. Katakombada ilk xristian əzabkeşi San Stefano, İsa peyğəmbərin həvari Pyotra Cənnətin açarlarını təqdim etməsi və digər mövzularda freskalar müstəsna dini və tarixi əhəmiyyət daşıyır.

Vurğulanır ki, daha əvvəl Azərbaycan tərəfi ilə iki digər mühüm layihə - Müqəddəs Marçelino və Pietro, həmçinin Müqəddəs Sebastian katakombalarının bərpası həyata keçirilib.

Katolik icmasına məxsus olan “Parrocchia San Michele Arcangelo – Neviano” potalı isə Heydər Əliyev Fondunun göstərdiyi dəstək sayəsində katakombanın böyük arxeoloji dəyərə malik olan hissəsinin uçmaq təhlükəsindən qorunduğu bildirilir. Qeyd olunur ki, Heydər Əliyev Fondu ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyası əməkdaşlığı sayəsində Komodilya katakombaları erkən xristianlıq dövrünün mühüm nümunələrinin qorunduğu Romanın bu bölgəsi arxeoloji tur şəbəkəsinə yenidən daxil edilə bilər.

Dini və tarixi əhəmiyyət daşıyan Komodilya katakombaları ictimaiyyətə açıq olacaq.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Vatikan

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:50
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Oktyabr 2025 09:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəzzada sülh yaxındır? ŞƏRH

15 Oktyabr 2025 15:34see354

Nəticələr Türkiyənin Suriyada möhkəmlənməsinə xidmət edəcək

16 Oktyabr 2025 10:26see338

Rusiya hakimiyyəti Vəfa Quluzadəni haqlı çıxardı KONKRET

16 Oktyabr 2025 15:04see266

Kompani İngiltərə millisinin üzvünü komandasında görmək istəyir

15 Oktyabr 2025 13:27see205

İsrail də açıqladı: Qəzzada yenidən müharibə başlaya bilər!

16 Oktyabr 2025 00:55see183

Yardımlının Şıxlar kəndində 4 şagird təhsilsiz qalıb? Rəsmi AÇIQLAMA

15 Oktyabr 2025 20:13see139

Üçüncü Azərbaycan Milli Şəhərsalma Forumunun iştirakçıları Şuşa şəhərinə gəliblər

15 Oktyabr 2025 18:02see136

Serbiya seçimini etdi, bunu gözləyirik Leyen

15 Oktyabr 2025 21:50see136

Bakıda yol kənarında fahişələrin axşam bazarı (VİDEO)

16 Oktyabr 2025 04:40see135

Bu bürcün qadınları asan ram olmur

16 Oktyabr 2025 03:21see133

Erkən ölüm riskini artıran əsas amillər BƏLLİ OLDU TERAPEVT AÇIQLADI

16 Oktyabr 2025 16:17see133

10 minədək taksinin icazəsi ləğv ediləcək? Video

16 Oktyabr 2025 07:03see133

ABŞ nin Nyu York ştatında ilk dəfə çikunqunya qızdırmasına yoluxma aşkar edilib

16 Oktyabr 2025 00:33see132

Kreml Tramp Putin danışıqlarını dəyərləndirib

16 Oktyabr 2025 23:31see129

Ağsuda yollar təmir ediləcək

16 Oktyabr 2025 14:54see128

İlham Əliyev bu qanuna dəyişikliyi təsdiqlədi

15 Oktyabr 2025 15:56see127

Eltac və Gülnar Avropa çempionatında

16 Oktyabr 2025 00:38see124

Finlandiyalıların bir çoxu erkən pensiyaya çıxmaq arzusundadır

16 Oktyabr 2025 04:03see124

Ən kinli insanlar bu qan qrupundan olurlar ARAŞDIRMA

16 Oktyabr 2025 04:05see122

“Trampla 2 saatlıq danışıq zamanı Putin Moskvanın sülhün əldə edilməsində maraqlı olduğunu vurğulayıb” Uşakov

16 Oktyabr 2025 23:19see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri