Icma.az
close
up
RU
Vatikan və İtaliya mətbuatı Birinci vitse prezident Mehriban Əliyevanın Roma Papası ilə görüşünü geniş işıqlandırıb

Vatikan və İtaliya mətbuatı Birinci vitse prezident Mehriban Əliyevanın Roma Papası ilə görüşünü geniş işıqlandırıb

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Vatikan, 18 oktyabr, AZƏRTAC

Müqəddəs Taxt-Tacın və İtaliyanın aparıcı mətbu orqanları Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Vatikana rəsmi səfəri çərçivəsində oktyabrın 17-də Roma Papası XIV Leo ilə görüşünə geniş yer ayırıb.

AZƏRTAC xəbər verir ki, “Vatican News” portalının, Vatikanın yeganə rəsmi mətbuat orqanı olan “L’Osservatore Romano” qəzetinin, “ACI Stampa” və “Agenzia S.I.R” katolik xəbər agentliklərinin, eləcə də İtaliyanın katolik icmasına məxsus “Faro di Roma” qəzetinin yaydığı materiallarda Müqəddəs Taxt-Tacla Azərbaycanın ikitərəfli əlaqələrinin son illərdə xeyli inkişaf etdiyi vurğulanıb.

Yazılarda, həmçinin bildirilir ki, Birinci vitse-prezident Mehriban Əliyeva həmin gün Vatikanın dövlət katibi kardinal Pietro Parolin ilə də görüşüb. Tərəflər mədəni əməkdaşlığa xüsusi diqqət yetirməklə, mövcud yaxşı ikitərəfli münasibətlərin inkişafından və möhkəmlənməsindən məmnunluq ifadə ediblər, Katolik Kilsəsinin ölkədəki fəaliyyətini yüksək qiymətləndiriblər. Səmimilik və qarşılıqlı hörmət şəraitində keçən görüş Müqəddəs Taxt-Tac ilə Azərbaycan arasında dialoq və əməkdaşlığı davam etdirmək istəyini təsdiqləyir.

Məqalələrdə, eyni zamanda, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın iştirakı ilə oktyabrın 16-da Müqəddəs Kommodilla katakombalarının bərpası layihəsinin açılışının olduğu xatırladılır. Diqqətə çatdırılır ki, erkən xristianlıq dövrünə aid ilk artefaktların mövcud olduğu katakomba Felisio və Adauktus adlı xristian əzabkeşlərinin dəfn olunduğu məkan kimi də tanınır və orta əsrlərdə möminlərin ziyarətgahı olub. 2021-ci il martın 4-də Heydər Əliyev Fondu və Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyası arasında Kommodilla katakombalarının bərpası ilə bağlı müqavilə imzalandığı bildirilir. Daha əvvəllər isə Heydər Əliyev Fondunun səyləri nəticəsində Müqəddəs Marçelino və Pietro, həmçinin Müqəddəs Sebastian katakombalarının bərpası layihələri həyata keçirildiyi xatırladılıb.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Vatikan

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Oktyabr 2025 09:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see199

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see175

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see157

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see148

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see146

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see138

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see137

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see131

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see129

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see129

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see129

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri