Vatikanda Qafqaz Albaniyası irsinə həsr edilən elmi konfrans keçirilib FOTOLAR
Icma.az bildirir, Demokrat.az portalına istinadən.
Aprelin 10-da Müqəddəs Taxt-Tacın Vatikan Qriqorian Pontifik Universitetində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutu, Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyi və Alban-Udi Xristian Dini İcmasının birgə təşkilatçılığı ilə “Azərbaycanda xristianlıq: tarix və müasirlik” mövzusunda Qafqaz Albaniyası irsinə həsr edilən XII beynəlxalq elmi konfrans keçirilib.
Konfransın açılış mərasimində çıxış edən ölkəmizin Müqəddəs Taxt-Tacdakı səfiri İlqar Muxtarov bildirib ki, konfrans Azərbaycanda xristianlığın, dini müxtəlifliyin və multikulturalizmin zəngin tarixinin araşdırılmasına həsr olunub. Diplomat qeyd edib ki, Avropa və Asiyanın kəsişməsində yerləşən Azərbaycan uzun müddətdir ki, müxtəlif sivilizasiyaların, mədəniyyətlərin və dinlərin qovuşduğu məkan olub. Bu baxımdan, belə bir mühüm tədbirin nüfuzlu Qriqorian Pontifik Universitetində keçirilməsi xüsusi əhəmiyyət kəsb edir.
“Zəngin və çoxşaxəli tarixi boyu xristianlıq bu bölgənin mədəni və mənəvi mənzərəsinin formalaşmasında mühüm rol oynayıb. Xristian inancının ilk günlərindən bu günə qədər Azərbaycan xristian icmalarının və irsinin mövcudluğunun şahidi olub, onların hər biri özünəməxsus və davamlı şəkildə cəmiyyətin quruluşuna töhfə verir. Tarixi mənbələr Azərbaycanın xristianlığın qədim ərazilərindən biri olduğunu göstərir. Həmçinin Azərbaycan qədim Şərq kilsəsinin – dünyanın ən qədim kilsələrindən biri olan Alban Apostol Kilsəsinin vətənidir. Müasir dövrümüzə qədər uzanan qədim xristian kilsələri, monastırlar və məbədlər ölkəmizdə xristianlığın necə tarixi əlaqələrə malik olduğunu əyani şəkildə göstərir”, - deyə İlqar Muxtarov bildirib.
Səfir vurğulayıb ki, 2002-ci ildə Roma Papası II İohan Pavel, ardınca isə 2016-cı ildə Papa Fransisk Azərbaycana apostol səfəri zamanı həm Azərbaycanı xristianlığın qədim mərkəzlərindən biri, həm də multikultural dəyərlərə dərin kök salmış bir xalq kimi vurğulayıblar: “Onlar ölkənin zəngin xristian irsini və onun müxtəlif dinlər arasında dini birgəyaşayış, tolerantlıq və dialoqun simvolu rolunu qeyd ediblər”.
İlqar Muxtarov qeyd edib ki, Azərbaycanın ən diqqət çəkən xüsusiyyətlərindən biri multikulturalizmə yanaşmasıdır. Ölkə müxtəlif etnik mənsubiyyətə, dillərə və dinlərə mənsub insanlar arasında sülh şəraitində birgə yaşayışı təşviq etmək üçün unikal imkanlara malikdir. Müsəlmanlar, pravoslav və katolik xristianlar, yəhudilər və bir çox başqa icmalar birlikdə harmoniyada yaşayır, hər biri millətin sosial, mədəni və siyasi quruluşuna töhfə verir: “Bu multikulturalizmə bağlılıq təkcə tarixi miras deyil, həm də Azərbaycanın müasir kimliyinin fəal hissəsidir. Dünyəvilik Azərbaycan xalqının DNT-sində var. Bura yəhudilərin min illərdir zülm görmədən yaşadığı, xristian kilsələrinin çiçəkləndiyi, sünni və şiələrin eyni məsciddə yan-yana namaz qıldığı yerdir. Azərbaycanda əhalinin əksəriyyətinin müsəlman olmasına baxmayaraq, ölkə dünyəvi respublikadır, bütün inanclara açıqdır. Ölkə rəhbərliyi müxtəlif dinlərin mədəni kimliyinin və irsinin qorunub saxlanmasının və təbliğinin vacibliyini ardıcıl olaraq vurğulayır. Azərbaycan hər zaman dinlərarası dialoq sahəsində nailiyyətlərin tərəfdarıdır. Dialoq vasitəsilə mədəniyyətlər və inanclar arasında anlaşma, hörmət və mərhəmət körpüləri qurmaq imkanımız var”.
Daha sonra Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyanın prefekti, kardinal Corc Yakob Kuvaqadın, eləcə də Şərq Kilsələri üzrə Dikasteriyanın prefekti, kardinal Klaudio Qucerottinin konfrans iştirakçılarına ünvanlandıqları məktublar səsləndirilib.
Çıxış edən AMEA-nın Tarix və Etnologiya İnstitutun direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürov çıxışında vurğulayıb ki, Odlar yurdu Azərbaycan uzun bir tarixi inkişaf yolu keçib. Bu tarixi yolun min illik dövrü Qafqaz Albaniyası ilə bağlıdır: “Ona görə də Qafqaz Albaniyasının tarixinin hərtərəfli öyrənilməsi, eyni zamanda, beynəlxalq səviyyədə təbliği Azərbaycan tarixinin prioritet istiqamətlərindən biridir. Bu vəzifənin yerinə yetirilməsinə dünyanın müxtəlif elmi təşkilatlarında və dini qurumlarında çalışan alimlərin də cəlb edilməsinə xüsusi diqqət yetirilir. Qafqaz Albaniyasının tarixinə həsr olunan bu konfrans sayca 12-cidir. Bu konfranslarda Qafqaz Albaniyası müxtəlif aspektlərdə araşdırılır, öyrənilir və müzakirələr aparılır. Bu konfranslar indiyədək Azərbaycanla yanaşı, dünyanın müxtəlif ölkələrində keçirilib. Beynəlxalq konfransların sistemli şəkildə davam etdirilməsi ona olan böyük elmi marağı təsdiq edir”.
Kərim Şükürov qeyd edib ki, Azərbaycan dünya sivilizasiyasına dəyərli töhfələr verib, burada mühüm tarixi sivilizasiyalar mövcud olub. Onların içərisində xristianlıq sivilizasiyasının da xüsusi yeri var: “Təəssüflə qeyd etmək lazımdır ki, dünyanın müxtəlif ölkələrindəki bəzi elmi, hətta siyasi dairələr Azərbaycanı bu tarixi irsdən ayırmağa çalışır. Bütün bu cəhdlərə baxmayaraq, Azərbaycan bu irsə yüksək dəyər verir, onu həssaslıqla mühafizə edir. Ona görə də Azərbaycanda Qafqaz Albaniyasının, onun dini-mənəvi həyatının tərkib hissəsi olan xristianlığın həm tarixi, həm də müasir kontekstdə araşdırılması çox önəmlidir”.
Tarixçi alim vurğulayıb ki, “Azərbaycanda xristianlıq: tarix və müasirlik” mövzusuna həsr olunan konfransın Vatikanda və Romada keçirilməsi təsadüfi deyil. Bu elmi hadisə burada mövcud olan arxiv və kitabxanalardan yeni mənbələrin aşkar edilməsinə və elmi dövriyyəyə cəlb olunmasına imkan verəcək, dövlətlərimizin elmi əməkdaşlığı tarixində mühüm səhifə açacaq.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov nirqində diqqətə çatdırıb ki, mərkəz Qafqaz Albaniyası irsinin öyrənilməsinə xüsusi diqqət yetirir: “Bunun bir neçə səbəbi var. Azərbaycan müsəlman ölkəsi kimi tanınır. Çünki Azərbaycan əhalisinin təxminən 95 faizi İslam dininə mənsubdur, lakin Azərbaycanda multikulturalizm dəyərləri və tolerantlıq yüksək səviyyədədir və dünyəvi ölkədir. Azərbaycanda zəngin İslam irsi ilə yanaşı, xristian və yəhudi irsi də var. Bu gün cəmiyyətimizdə bütün dinlərin nümayəndələri dini inanclarını sərbəst şəkildə yaşaya bilirlər. Qürur hissi ilə deyə bilərik ki, həm Qafqazın ən qədim məscidi – Şamaxı məscidi, həm də ən qədim kilsə – Kiş məbədi Azərbaycanda yerləşir. Biz bu mədəni və dini müxtəlifliyi qoruyub saxlayırıq”.
Rəvan Həsənov qeyd edib ki, Azərbaycanda multikulturalizm sadəcə bir konsepsiya və ya akademik nəzəriyyə deyil, Azərbaycan xalqının həyat tərzidir və dövlət siyasətinin əsas istiqamətlərindən biridir: “Coğrafi mövqeyinə və mürəkkəb tarixi fonuna görə Azərbaycan həmişə etnik və dini cəhətdən müxtəlif olub. Sovet İttifaqının süqutundan və müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan çoxillik tolerantlıq ənənələrini milli siyasət səviyyəsinə qaldırıb, hərtərəfli qanunvericilik, inzibati və siyasi islahatlar həyata keçirilib. Bu siyasətin əsas ideyası Azərbaycanın tolerant və multikultural mühitini və zəngin mədəni irsini qorumaqdır. Bu missiyanı dəstəkləmək Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əsas məqsədidir. Biz inanırıq ki, multikulturalizm təkcə ölkədaxili prioritet deyil, həm də regionumuzda və potensial olaraq bütün dünyada sülhü təşviq etmək üçün əsasdır. Məhz buna görə də Azərbaycan dinlərarası və mədəniyyətlərarası dialoq layihələrini ardıcıl olaraq dəstəkləyir və buna təşəbbüs göstərir”.
İcraçı direktor bildirib ki, Qafqaz Albaniyası irsinə həsr edilən “Azərbaycanda xristianlıq: tarix və müasirlik” mövzusunda XII beynəlxalq elmi konfransda Azərbaycandan və dünyanın müxtəlif ölkələrindən tanınmış alimlərin iştirakı bu mövzunun vacibliyini və aktuallığını bir daha vurğulayır: “Əminəm ki, elmi konfrans öz məqsədlərinə çatacaq və eyni zamanda, Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında çoxillik və dərin dostluğu daha da möhkəmləndirəcək”.
Alban-Udi Xristian Dini İcmasının sədri, Bakı Dövlət Universitetinin böyük elmi işçisi Robert Mobili Azərbaycanın müxtəlifliyə dəyər verən, bütün xalqlara və dinlərə hörmət göstərən, onların hüquq və azadlıqlarını qoruyan müqəddəs torpaq olduğunu diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan harmoniya və birgəyaşayışın qiymətləndirildiyi, insan ləyaqətinə yüksək qiymət verildiyi ölkədir. O qeyd edib ki, Azərbaycanda dini icmalarla bağlı heç bir problem yaşanmır, ölkədə kilsə və sineqoqların dövlət tərəfindən təmir edilir.
Robert Mobili qeyd edib ki, bu konfrans Qədim Qafqaz Albaniyası irsinin tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır.
Sonra konfrans bölmə iclasları ilə davam edib. “Azərbaycanın müasir xristian icmaları multikultural cəmiyyətin sütunu kimi”, “Azərbaycan: Tarixi coğrafiya və dövlətçilik”, “Azərbaycanda xristianlıq: mənbəşünaslıq və tarixşünaslığa dair”, “Qafqaz Albaniyasının arxeoetnoqrafik, linqvistik və mədəni irsi” mövzularını əhatə edən bölmə iclaslarında Türkiyə, Qazaxıstan, Özbəkistan, Koreya Respublikası, Rusiya, Polşa, İtaliya, Gürcüstan, Almaniya, Fransa, Kanada, ABŞ və Litvadan olan albanşünas mütəxəssislərin məruzələri dinlənilib və bu mövzular ətrafında geniş müzakirələr aparılıb.
Qeyd edək ki, Azərbaycan Qafqaz Albaniyasının tarixi və etnik-mədəni irsinin sistemli tədqiqi üzrə dünyada əsas tədqiqat mərkəzi rolunu oynayır. Qafqaz Albaniyası min ilə yaxın müddətdə regionun həyatında mühüm yer tutub, özündən sonra mühüm tarixi irs qoyub. Bu irsin hərtərəfli tədqiqi nəticəsində albanşünaslıq elm sahəsi yaranıb və bu gün də inkişaf etməkdədir. Azərbaycan zəngin Alban etno-mədəni irsinin, Qafqaz Albaniyasının antik və erkən orta əsrlərə aid mədəniyyətinin və bu ərazidə sonrakı əsrlərdə yaşamış etnoslar tərəfindən yaradılan bütün tarixi və dini irsin birbaşa tarixi varisi və qoruyucusudur. Albanşünaslığın tarix, arxeologiya, antropologiya, etnologiya, dilçilik, memarlıq və incəsənət sahələrində vacib problemlərinin araşdırılması, Alban etno-mədəni irsinin saxlanması və müdafiə edilməsi ölkəmizin multikulturalizm siyasətinin vacib istiqamətlərindən biridir.
Bakı Beynəlnalxalq Multikulturalizm Mərkəzinin mətbuat xidməti

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.

Qafqaz Albaniyası həqiqəti Vatikanda
12 Aprel 2025 12:14
Paşinyan Vatikanda
18 Noyabr 2024 13:41
AzMİU da elmi praktik konfrans keçirilib FOTOLAR
12 Mart 2025 14:17
Qırğızıstanda COP29a həsr edilmiş konfrans keçirilib FOTOLAR
20 Noyabr 2024 21:02
Qırğızıstanda COP29a həsr edilmiş konfrans keçirilib Fotolar
21 Noyabr 2024 12:03