Vatsapda mesajlara limit qoyulacaq
Axsham.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Vatsap messenceri tanımadığı şəxslərə göndərilən mesajların sayına aylıq limit tətbiq edən yeni sistemi test etməyə başlayıb.
Axşam.az xəbər verir ki, məqsəd spam mesajların sayını azaltmaqdır.
Yeniliyin həm şəxsi istifadəçilərə, həm də biznes hesablarına aid olduğu bildirilir. Yeni sistemə əsasən, istifadəçilər tanımadıqları şəxslərə yalnız müəyyən sayda mesaj göndərə biləcəklər və əgər cavab almazlarsa, limitə çatdıqda göndəriş dayandırılacaq.
Şirkətin açıqlamasına görə, adi istifadəçilər bu məhdudiyyətləri hiss etməməlidirlər. Hesab limitə yaxınlaşdıqda isə istifadəçiyə xəbərdarlıq bildirişi göndəriləcək.
Hazırda Vatsapda dəqiq limit sayını açıqlamayıb, müxtəlif məhdudiyyət modelləri test edilir. Yeni sistemin yaxın həftələrdə bir neçə ölkədə sınaqdan keçiriləcəyi bildirilir.
Baxış sayı:83
Bu xəbər 19 Oktyabr 2025 11:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















