Icma.az
close
up
RU
“Vaxt az idi”, “suallar çətin idi” iddiaları təhsildə hansı problemi üzə çıxarıb?

“Vaxt az idi”, “suallar çətin idi” iddiaları təhsildə hansı problemi üzə çıxarıb?

Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Bu narazılıqların arxasında çox zaman savadsızlığın və qeyri-peşəkarlığın gizlədilməsinə yönəlmiş süni cəhdlərdən başqa bir şey dayanmır. Əgər müəllim 60 suala cavab vermək üçün nəzərdə tutulmuş 120 dəqiqəlik müddətin az olduğunu deyirsə, bu artıq onun peşəkar səviyyəsinin və düşünmə sürətinin nə qədər zəif olduğunu göstərir. Belə bəhanələr təhsilin ağır vəziyyətini anlamağa deyil, məsuliyyəti öz üzərindən atmağa xidmət edir”.

Bu sözləri “Yeni Sabah”a təhsil eksperti Kamran Əsədov deyib. 

Onun sözlərinə görə, əgər bəzi müəllimlər uğur qazanırsa, deməli, bu imtahanı adlamaq mümkündür:

“Son illərdə müəllimlərin sertifikasiya imtahanları ilə bağlı səsləndirilən narazılıqlar, o cümlədən “vaxt az idi”, “çətin suallar idi”, “ayrıseçkilik var” və s. iddialar əslində, Azərbaycan təhsil sistemində illərlə yığılıb qalmış ciddi bir problemi – bəzi müəllimlərin öz üzərində işləməməsi, oxumaması, təkmilləşməyə maraqlı olmaması və məsuliyyətdən yayınmaq vərdişini açıq şəkildə üzə çıxarıb. 

Sertifikasiya imtahanı hər bir müəllim üçün bilik və bacarığının ölçüldüyü aynadır. Bu imtahanda müəllimin ixtisasına nə dərəcədə bələd olduğu, metodik hazırlığının hansı səviyyədə olduğu və pedaqoji təfəkkürünün formalaşıb-formalaşmadığı üzə çıxır. Əgər müəllim bu imtahanda uğursuzluqla qarşılaşırsa, bu, artıq onun illərlə təhsil sisteminə heç nə qatmadığını, özünü yeniləmədiyini, zamanla ayaqlaşmadığını və ən təhlükəlisi – öyrətmək missiyasını məsuliyyətlə yerinə yetirmədiyini sübut edir. 

Müəllim hər gün dərsliklə işləyirsə, metodik göstərişləri bilir və pedaqoji fəaliyyətini vicdanla yerinə yetirirsə, imtahandan çətinlik çəkmədən keçməli, hətta yüksək nəticə göstərməlidir. Lakin bəzi hallarda illərlə dərs dediyini iddia edən müəllim elementar termin və məzmun suallarında belə səhvə yol verir. Bu həm də onların dərs dediyi şagirdin də gələcəyinə vurulmuş zərbədir. 

Ən narahatedici məqam isə bəzi müəllimin bu uğursuzluğu “ayrıseçkilik”, “haqsızlıq”, “bizi sevmirlər” kimi cəfəng və məsuliyyətsiz iddialarla əsaslandırmağa çalışmasıdır. Bu, yalnız bilməməyin üstünü örtmək deyil, həm də cəmiyyəti çaşdırmaq, ictimai rəylə manipulyasiya etmək cəhdidir. 

Sertifikasiya imtahanları hər bir fənn üzrə eyni formatda keçirilir, bütün iştirakçılara eyni vaxt, eyni sual sayı və eyni qiymətləndirmə şərtləri tətbiq olunur. Yalnız uğursuzların iddiasına əsasən sistemi ittiham etmək ədalətsizlik və vicdansızlıqdır. Bilməmək utanc deyil, öyrənmək istəməmək, eyni zamanda, öyrətməyə iddialı olmaq – faciədir!”

Ekspertin sözlərinə görə, bəzi zəif müəllimlər öz uğursuzluqlarına bəraət qazandırmaq üçün daim sistemə hücum edirlər:

“Ən böyük təhlükə isə odur ki, bu cür hazırlıqsız və savadsız müəllimlər hələ də təhsil sistemində qalır, sinifə daxil olur və gələcəyin formalaşmasında iştirak edir. Şagird ali məktəb imtahanlarından kəsilirsə, nəticə göstəriciləri aşağıdırsa, deməli, problem yalnız abituriyentdə deyil, həm də ona dərs deyən müəllimdədir. Bu, sadəcə məsuliyyətsizlik deyil, cinayətdir. 

Yeniliyə açıq minlərlə müəllim var. Təəssüf ki, sistemdə qalan səriştəsiz müəllimlərin yararsız fəaliyyəti ilə onlar kölgədə qalır. Təhsildə keyfiyyətdən danışırıqsa, müəllim məsuliyyətindən başlamalıyıq. Sertifikasiya imtahanı bunun üçün bir vasitədir”. 

Nazim Hacıyev


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 27 İyun 2025 13:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see406

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see379

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see363

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see320

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see308

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see278

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see256

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see253

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see216

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see215

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see207

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see204

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see197

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see197

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see195

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see186

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see184

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see182

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see179

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri