Icma.az
close
up
RU
Vaxtı keçmiş, keyfiyyətsiz məhsullar: Marketləri də “silkələmək” lazımdır

Vaxtı keçmiş, keyfiyyətsiz məhsullar: Marketləri də “silkələmək” lazımdır

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Son günlər heyvanlarda yayılmış dabaq xəstəliyi ilə bağlı ət məhsullarını satışına nəzarət güclənidirilib. 

Bu istiqamətdə tədbirlərin tətbiqinə bir qədər gec başlansa da, istehlakçıların sağlamlığı ilə bağlı önəmli addımdır. Ancaq bu gün ət vətəndaşların istehlak etdiyi yalnız bir məhsuldur. Marketlərdə çoxsaylı ərzaq, idxal olunan orqanik olmayan kənd təsərrüfatı məhsulları satılır. Ancaq onların keyfiyyəti heç də ürəkaçan deyil. Məsələn, marketlərdə müxtəlif növ yağların satışına rast gəlmək mümkündür. 

Mütəxəssislərin bir çoxu həmin yağların marqarin, soya yağlarının qarışığından hazırlandığını və hətta bir qisminin kərə yağı adı altında satışa çıxarıldığını desə də, bur istiqamətdə heç bir dəyişiklik müşahidə edilmir. Yəni indiyədək müvafiq qurumlar tərəfindən yağla bağlı yoxlama həyata keçirildiyi, satışdan çıxarılan məhsulun adı barədə məlumat verilməyib. Halbuki Bakıətrafı kəndləri gəzsələr, ziyanlı yağların istehsalı ilə məşğul olanları tapmaq mümkündür. 

Bəzən məhsulun laboratoriyada yoxlatdırmasını məsləhət görülür ki, məlumata görə, bir kiloqram yağın yoxlanılması 80 manat təşkil edir. Bu isə həmin məhsuldan qat-qat bahadır. Bazarda, marketdə yoxlamaların nəticəsi barədə istifadəyə yararsız, keyfiyyətsiz məhsulların adlı siyahısı açıqlanmır. Bəzi marketlərdə isə tarixi keçən məhsulları “endirim kampaniyası” adı altında satışa çıxarırlar. 

Hazırda ətlə bağlı reyd keçirilir və gigiyenik qaydalara riayət etməyən qəssabxanalar bağlanır. Ancaq marketlərdə ərzaqların keyfiyyəti ilə bağlı oxşar addımlar görmək mümkün deyil. Açıq şəkildə xarici məhsulların adı və dizaynı ilə məhsul bazara daxil olur. Tibb işçiləri isə bu gün ölkədə xəstəliklərin sayının artmasını məhz keyfiyyətsiz, orqanik olmayan qidaların istehlakı ilə əlaqələndirirlər. 

Onlar sürətlə artan erkən ölümlər və epidemiya kimi yayılan müxtəlif, o cümlədən onkoloji xəstəliklərin kökünün məhz qeyri-sağlam qidalanma ilə bağlı olduğunu deyirlər. Bu baxımdan, insanların sağlamlığı üçün təhdidə çevrilən ərzaq məhsullarına ciddi nəzarəti təşkil etmək lazımdır. 

Məsələ ilə bağlı “Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynov “Cebheinfo.az”-a bildirib ki, təhlükəsiz ərzaq həm də keyfiyyətsiz ola bilər: 

“Ona görə biz daim deyirik ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əsasnaməsində dəyişiklik aparılmalı, keyfiyyət önə çəkilməlidir. Çox təəssüf ki, bu problem yaşanır. Ölkədə AQTA-nın sənədi olmada marketlərə bir ərzaq daxil ola bilməz. 

Lakin ara dükanları, küçə ticarəti var. Bunlarda da təhlükəli və daha keyfiyyətsiz ərzaqlar satılır. Dövlətin istehlakçı siyasəti bərbaddır, istehlakçı hüquqları qorunmur. Qanun 1995-ci ildə qəbul olunub və ondan sonra dəyişməyib. Belə bir şəraitdə də keyfiyyətsiz mallar bazara çıxarılır”. 

Bir sözlə, hazırda qəssabxanalarda aparılan reydlərin marketlərdə də aparılmasına ciddi ehtiyac var. Yəqin ki, dəqiq yoxlamalar aparılarsa, o zaman qəssabxanalar kimi bir çox marketlərin də bağlanmasının şahidi ola bilərik. 

Nigar Abdullayeva 
“Cebheinfo.az”

Açar sözlər: keyfiyyətsiz məhsullar Eyyub Hüseynov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:229
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 28 Oktyabr 2025 16:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri