Icma.az
close
up
RU
Menu

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

ATƏT də dərin böhran yaşanır

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

Şəbəkə marketləri: Yerli istehsala dəstək modeli

Şəbəkə marketləri: Yerli istehsala dəstək modeli

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qloballaşan dünyada yerli istehsal və tədarükçülərin gücləndirilməsi iqtisadi müstəqilliyin və davamlı inkişafın əsas şərtlərindən biridir. Şəbəkə marketləri bu sahədə yeni imkanlar yaradaraq, yerli iqtisadiyyata dəstək rolunu oynayır. Yerli istehsalın və tədarükçülərin inkişafında şəbəkə marketlərinin rolu olduqca vacibdir, çünki bu model bir neçə əsas aspekt üzrə iqtisadi, sosial və logistika baxımından real dəstək mexanizmi kimi çıxış edir. Şəbəkə marketləri yalnız satış modeli deyil, həm də iqtisadi inkişaf üçün mühüm alət hesab olunur. Bu model yerli istehsalçıların dəstəklənməsi, məhsullarının bazara çıxarılması və davamlı tələbatın formalaşdırılması baxımından çox böyük rol oynayır. Şəbəkə marketləri vasitəsilə yerli istehsalçılar geniş distributor şəbəkəsinə qoşularaq öz məhsullarını daha tez və effektiv şəkildə bazara çıxara bilirlər. Bu, xüsusilə kiçik və orta sahibkarlar üçün böyük üstünlükdür. Şəbəkə marketi modelləri vasitəçiləri aradan qaldıraraq, istehsalçı ilə alıcı arasında birbaşa əlaqə yaradır. Bu isə nəqliyyat və anbar xərclərinin azalması, məhsulun daha tez çatdırılması, qiymətlərin sabit qalması kimi üstünlüklər verir.

Şəbəkə market şirkətləri yerli istehsalçıların məhsullarını geniş müştəri bazasına çatdırmaqda vasitəçi olur. Bu, kiçik və orta sahibkarlığın inkişafına təkan verir.

Ənənəvi sistemdən fərqli olaraq, şəbəkə marketlərdə məhsul birbaşa istehsalçıdan istehlakçıya çatdırılır. Bu da logistika xərclərini azaldır və tədarük prosesini sürətləndirir. Məhsullar stabil və davamlı satış kanalı vasitəsilə dövriyyəyə buraxıldığından, yerli istehsalçıların planlaşdırma və istehsal imkanları da artır. Şəbəkə marketləri yerli təchizatçılarla birbaşa əməkdaşlıq əlaqələri quraraq onların böyüməsinə və bazarda möhkəmlənməsinə səbəb olur.

Daimi satış və rəqabət mühiti yerli istehsalçıları məhsul keyfiyyətini artırmağa və beynəlxalq standartlara uyğunlaşmağa sövq edir.

Şəbəkə marketləri iqtisadiyyatın lokallaşmasına dəstək verir. Yerli məhsulun satışı artırıldıqca, xarici asılılıq azalır, daxili bazar güclənir və milli iqtisadiyyatın dayanıqlılığı təmin olunur. Bu da strateji baxımdan olduqca vacibdir.

Şəbəkə marketləri təkcə fərdi gəlir qazancı ilə deyil, həm də yerli iqtisadiyyatın dəstəklənməsi, tədarükçülərin inkişafı və milli məhsulların bazarda mövqeyinin gücləndirilməsi ilə əhəmiyyətli rol oynayır. Bu model, yerli və milli iqtisadi maraqlara xidmət edən çağdaş yanaşmadır.

İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, yerli istehsalın inkişafı istənilən ölkənin iqtisadi müstəqilliyinin və dayanıqlı inkişafının təməlini təşkil edir. Yerli məhsulların istehsalı və istehlakı ölkənin xaricdən asılılığını azaldır, valyuta axınının ölkə daxilində qalmasına şərait yaradır. Yerli istehsal müəssisələrinin artması məşğulluğun artırılmasına, xüsusilə regionlarda sosial-iqtisadi inkişafın gücləndirilməsinə səbəb olur. Ölkədə mövcud olan təbii və insan resursları istifadə olunaraq daxili potensial reallaşdırılır, milli dəyərlər qorunur və inkişaf etdirilir. Yerli istehsalçılar məhsullarının keyfiyyətinə daha çox nəzarət edə bildiklərindən, istehlakçılar üçün daha təhlükəsiz və etibarlı məhsullar təqdim olunur. İstehsal sahəsində fəaliyyət göstərən yerli sahibkarların inkişafı daxili bazarın güclənməsinə və innovasiyaların artmasına səbəb olur. Yerli istehsal yalnız iqtisadi göstəricilər üçün deyil, cəmiyyətin rifahı, məşğulluq və milli identikliyin qorunması baxımından da həyati əhəmiyyət daşıyır. Buna görə də onun inkişafı hər bir ölkə üçün prioritet olmalıdır.

Azərbaycan Texniki Universitetinin İnnovativ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, professor Elşad Məmmədovun sözlərinə görə, bu gün ölkədə yerli istehsalın və tədarükçülərin inkişafında şəbəkə marketlərinin rolu böyükdür. Şəbəkə marketləri yalnız fərdi satış imkanları ilə deyil, yerli iqtisadiyyatın canlanmasında və milli istehsalın təşviqində də mühüm rol oynayır. Bu model, xüsusilə yerli istehsalçıların və tədarükçülərin inkişafına real dəstək verir. Yerli məhsulların satışının artması daxili bazarda pul dövriyyəsini artırır, bu isə ümumi iqtisadi inkişafa müsbət təsir göstərir. Şəbəkə marketləri yerli istehsalın təşviqi, tədarükçülərin inkişafı və milli iqtisadiyyatın güclənməsi baxımından əhəmiyyətli platformadır. Bu model, regionlarda da iqtisadi fəallığı artırmaqla ölkənin dayanıqlı inkişafına töhfə verir: "Şəbəkə marketləri yerli istehsalçıların məhsullarını daha geniş auditoriyaya təqdim etmək və sabit satış dövriyyəsi yaratmaq baxımından faydalı platformadır. Bu da yerli iqtisadi dövriyyəni gücləndirir. Bu sistem onlayn satış, rəqəmsal marketinq və sosial media platformaları üzərindən qurulduğu üçün rəqəmsal bacarıqların inkişafını və rəqəmsal iqtisadiyyatın genişlənməsini dəstəkləyir. Şəbəkə marketləri vasitəsilə dövriyyəyə buraxılan məhsullar və göstərilən xidmətlər ölkə üçün vergi gəlirləri, iqtisadi aktivlik və daxili bazarın genişlənməsi ilə nəticələnir. Şəbəkə marketləri ölkə iqtisadiyyatının müxtəlif sahələrinə dinamik və çevik təsir göstərən bir modeldir. Məşğulluq, sahibkarlıq, yerli istehsal, rəqəmsal transformasiya və daxili bazarın inkişafı sahəsində bu modelin dəyəri və rolu hər keçən gün daha da artır".

Bu gün yerli istehsal hesabına tələbatı tam ödəmək qarşıya qoyulan əsas hədəflərdən biridir. İstehlakın daha çox yerli məhsullar hesabına ödənilməsi vacib amillərdəndir. Yerli istehsalın inkişafı yalnız istehlakdan asılılığı aradan qaldırmaq deyil. Yerli istehsalın güclü olması manatın devalivasiyası və yumşalması hallarında bazarda qiymət artımlarının qarşısını almağa kömək edir. O baxımdan Azərbaycan üçün yerli istehsal xüsusilə də ərzaq təhlükəsizliyi baxımından olduqca vacibdir. Şəbəkə marketləri yerli istehsalın inkişafına dəstək missiyasını öz üzərinə götürüb. Bu missiyanın layiqincə yerinə yetirilməsi üçün bütün lazımi imkanlardan istifadə olunur.

Millət vəkili Vüqar Bayramov hesab edir ki, bu gün ölkədə ərzaq məhsullarına olan tələbatın ödənilməsində yerli istehsalın payı artıb: "Azərbaycan hazırda ərzaq məhsullarına olan tələbatın təxminən 80 faizə qədərini yerli məhsullar hesabına ödənilməsinə nail ola bilib. Amma qeyri-ərzaq məhsullarında hələ də idxaldan asılıyıq və bu asılılığı aradan qaldırmaq mümkün olmayıb. Təbii ki, ərzaq təhlükəsizliyi və ərzaq təminatı baxımından yerli istehsalın gücləndirilməsi və istehsal sahələrinin yaradılması daha vacibdir. Ona görə də yerli istehsal formalaşdırılan zaman daxili bazarda olan tələbat və istehsal olunan məhsulların ixrac imkanları nəzərə alınmalıdır. İxrac imkanlarına uyğun yerli istehsalın təşkil edilməsinə ehtiyac var".

Kənd təsərrüfatı məsullarının emal edilərək bazara çıxarılması yerli istehsalın inkişafını stimullaşdırır. Bu məhsulların istehlakçılara təqdim edilməsində əsas rolu  şəbəkə marketləri oynayır.

Vüqar Bayramov qeyd edib ki, bu gün dünyada məhsul idxal etməyən ölkə yoxdur. Bu, həmin ölkələrin yerli istehsalının zəif olması demək deyil. İstehlakçılar hər zaman digər ölkələrdə istehsal olunan məhsullara tələbat yaradırlar. Ona görə də tam olaraq istehlakın yerli istehsal hesabına ödənilməsi hədəf olmamalıdır. Amma Azərbaycan üçün ənənəvi sektorlar üzrə idxaldan asılılığın aradan qaldırılması əsas hədəf kimi götürülməlidir. Azərbaycanda yerli istehsalın bir çox sahələrinin inkişaf etdirilməsi üçün geniş potensial var.

Şəbəkə marketlərinin yerli istehsalı inkişaf etdirmək üçün real imkanları var. Belə marketlər yerli istehsalın təşviqi, satış kanallarının genişləndirilməsi və məhsulun tanınması baxımından çoxsaylı imkanlara malikdir. Bu model, düzgün şəkildə tətbiq olunduqda, yerli iqtisadiyyatın güclənməsi və milli məhsulların rəqabət qabiliyyətinin artması üçün güclü alətə çevrilə bilər.

Ölkədə şəbəkə marketləri tərəfindən yerli məhsulların təşviqi və istehsalçılarla əməkdaşlıq sahəsində mühüm addımlar atılır. Bu fəaliyyətlər yerli istehsalın gücləndirilməsi, brendlərin formalaşdırılması və daxili bazarın stimullaşdırılması baxımından əhəmiyyətlidir. Bir çox şəbəkə market şirkəti öz məhsul çeşidində yerli istehsalçılar tərəfindən hazırlanmış kosmetik, qida, sağlamlıq və gigiyena məhsullarına yer verir. Bu addım yerli məhsulların daha geniş auditoriyaya çıxmasına şərait yaradır. Şirkətlər yerli istehsalçılarla birbaşa müqavilələr bağlayaraq, onların məhsullarını daimi əsasda şəbəkələrinə daxil edir. Bu da istehsalçıya stabil sifarişlər və maliyyə sabitliyi təmin edir.

Bəzi şəbəkə marketləri yerli məhsulların dizayn, qablaşdırma və təqdimat standartlarının yaxşılaşdırılmasına kömək edir. Bu da həmin məhsulların rəqabətə davamlılığını artırır.

Şirkətlər yerli tərəfdaşlarına istehsal proseslərində standartlara uyğunluq, gigiyena, texnologiya və innovasiya sahəsində dəstək verirlər. Bu da ümumilikdə yerli məhsul keyfiyyətinin yüksəlməsinə səbəb olur. Şəbəkə market modelləri regionlarda da geniş yayıldığı üçün yerli istehsalçılar yalnız paytaxtda deyil, ölkənin müxtəlif bölgələrində də satış imkanları əldə edirlər.

Azərbaycanda fəaliyyət göstərən şəbəkə market şirkətləri yerli istehsalçıları təşviq etməklə həm öz biznes modellərini möhkəmləndirir, həm də ölkə iqtisadiyyatına dəstək verir. Bu yanaşma davamlı və daxili bazara əsaslanan iqtisadi sistemin qurulmasına mühüm töhfədir.

Sevinc QARAYEVA

Yazı Veysəloğlu Şirkətlər Qrupunun, Azərbaycan Mətbuat Şurasının və Ticarət Şəbəkələrinin İnkişafı İctimai Birliyinin "Orta və kiçik biznesin inkişafında pərakəndə sektorun rolu" mövzusundakı birgə müsabiqəsinə təqdim olunur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://525.az
archiveBu xəbər 24 Aprel 2025 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see297

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see233

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see229

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see220

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see214

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see211

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see209

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see203

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see192

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see191

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see190

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see173

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see169

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see158

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see156

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see140

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see139

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see137

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri