Icma.az
close
up
RU
Vaxtilə ildə 650 ton asetrin, 55 ton qara kürü istehsal edirdik Xəzərin bəhrəsini indi niyə yeyə bilmirik?

Vaxtilə ildə 650 ton asetrin, 55 ton qara kürü istehsal edirdik Xəzərin bəhrəsini indi niyə yeyə bilmirik?

Icma.az bildirir, Sitat.info portalına istinadən.

Azərbaycanda balıq istehsalı azalıb. Bazarlarda ümumiyyətlə çay və dəniz balıqları qəhətə çəkilib. Yalnız süni göllərdə yetişdirilən  balıqlar bazarları zəbt edib ki, bunun da keyfiyyəti sual altındadır. 

Mövzu ilə bağlı Sitat.info-ya danışan keçmiş  “Azərbalıq” Dövlət Konserninin sədri Hafiz Hacıyev də vəziyyətin ürəkaçan olmadığını bildirib.

Onun sözlərinə görə, hazırda bu sahə müəyyən qrupların əlindədir: "Bu gün Azərbaycanda balıqçılığın bu vəziyyətdə olması həqiqətən ürək ağrıdır.  Ona görə ki, Azərbaycanın həm Xəzəri, həm də daxili şirin suları var. Bu gün bir çox sahələr kimi, bu sahə də müəyyən qrupların əlindədir. Onlar da özləri hansı formada istəsələr, o formada idarə edirlər. Məsələn, görürsünüz ki, asetrin balığının kiloqramı 70-80 manata qalxdı. Amma, bu mənim işlədiyim dövrdə hardasa 7-8 manatdan yuxarı deyildi. Bu bu qiymətə saxlamaq mümkün idi". 

H.Hacıyev balıqçılıq sahəsində buraxılan əsas səhvləri də açıqlayıb. Onun sözlərinə görə balıq istehsalı çoxdur, büdcəyə gələn gəlir isə azdır: "Birincisi, dəniz özəlləşdirilməməlidir. Bu, Azərbaycandakı balıqçılığa böyük zərbə vurdu. İkincisi də, Xəzərdə olan kilkə ilə balıq unu istehsal edilirdi və Azərbaycanda quşçuluq fabrikləri təmin olunurdu. Azərbaycanda balıqçılığın inkişafı üçün elə imkanlar var ki, dövlət büdcəsinə hər il milyonlarla manat pul köçürmək olar. Mən sizi əmin edirəm ki, ilin beş-altı ayını dövlət büdcəsini elə balıqçılıqdan gələn pulun hesabına saxlamaq olar. Ancaq bu sahə inhisarçıların əlindədir. Burada böyük imkanlar var. Təzə təsərrüfat sahələri yaratmaq mümkündür. Əlavə olaraq, toplanan balığın eyni qiymətlə satılması mümkündür".

H.Hacıyev qara kürü məsələsinə də toxunub: "Vaxtilə 55 ton qara kürü istehsal edən bir dövlət artıq 3-4 ton qara kürü istehsalını əldə edə bilmir. Biz deyirik ki, millətimiz dolansın. Xatırlayıram ki, o zaman xüsusi mağazalar açmışdıq və bir adama asetrin 2-3 kiloqramdan artıq satılmırdı, alverçilərin əlinə düşüb qiymətinin bahalaşmasına imkan vermirdik. Bu gün  də bunu etmək mümkündür və daha böyük imkanlar var".

Müsahibimiz qeyd edir ki, hazırda süni göllərdə yetişdirilən bəzi balıqlar var ki, yeyilməsi məsləhət görülmür: "Fəaliyyəti dayandırılan neft quyuları gölməçələrə çevrilərək oraya  balıq kürüləri tökürlür. Vaxtilə Neftçala, Salyan ərazisində 3750  hektarda nohur balıqçılıq təsərrüfatı var idi. Ora Xəzərin və Kürün suyundan vurulurdu, çox da keyfiyyətli balıq yetişdirilirdi. İndiki süni gölməçələrdə yetişdirilən balıqlar sağlamlığa ziyandır. Balığın yemlənməsi  hər cür zir-zibildən istifadə olunur, neftlə çirklənmiş sularda saxlanılır. Halbuki suyu təmiz, qaydasında olmalıdır. Mingəçevir və ya Kür balığı hara, gölməçə balığı hara..."

Hafiz Hacıyev  bu  sahəyə rəhbərlik etdiyi dövrün istehsal göstəricilərindən də danışıb: "Statistikaya əsasən 650 ton asetrin, sivryuqa balığı istehsal etmişdik. Onun 250 tonunun Türkiyənin Urfa şəhərində bir şirkətə, kiloqramı 4.5 dollardan satmışıq. 
Hardasa 3800 ton da nohur balıqları, sazan, kar, tolstolobik, daxili sulardan və göllərdən yığılan balıqlar idi. Amma 650 ton asetrin balığını biz xaricə satmışıq.  O cümlədən də çıxan balıqdan 100 tondan çoxu daxili bazara, qalanı isə xaricə satılaraq dövlət büdcəsinə milyonlarla pul gətirmişdik".

Türkanə Muradlı,

Sitat.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:83
embedMənbə:https://sitat.info
archiveBu xəbər 27 Noyabr 2024 13:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see245

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see196

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see143

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri