Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

Vaxtında qovulan SƏRSƏM ŞOUMEN TƏHLİL

Vaxtında qovulan SƏRSƏM ŞOUMEN TƏHLİL

Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məhz noyabrın 17-də ABŞ Nümayəndələr Palatasının üzvü Avqust Pflügerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşməsi, Azərbaycanın COP29-a ev sahibliyi etməsi münasibətilə qonaqların öz təbriklərini çatdırmaları, görüşdə Azərbaycan ilə ABŞ arasında əməkdaşlıq və ölkəmizin yaşıl keçid strategiyası məsələləri ətrafında fikir mübadiləsi aparılması fonunda bir amerikalı sərsəri şoumenin, Frank Pallonenin yuyulmamış qaşıq kimi ortaya atılması diqqəti cəlb edib. Avqust Pflüger Nümayəndələr Palatasının sədri Mayk Consonun adından nümayəndə heyəti ilə görüşə görə dövlətimizin başçısına minnətdarlığını bildirdiyi, ölkəmizə səfərindən məmnun qaldığını ifadə etdiyi halda, eləcə də Azərbaycan-ABŞ əməkdaşlığının inkişafına töhfə verməyə hazır olduğunu bəyan etdiyi halda, həmin o sərsəm şoumen “ağzını köndələn qoyub” sayıqlamağı özünə rəva bilib. Azərbaycan ərazilərini bir zamanlar işğal edən, hələ də işğal etmək niyyətində olan separatçılarla dəfələrlə görüşən və onların “dəyirmanına su tökən” bu sərsəm, qonaq hesab olunduğu üçün ölkəyə buraxılmasından sui istifadə etməsi görünür elə tam zamanında aşkarlanıb və vaxtında da haqlı olaraq ölkədən qovulub.

Pallone utanmadı, qızarmadı, xəcalət cəkmədi, üzr də istəmədi və məramının pislik olduğunu ortaya qoydu
Biz Pallonenin “kim olduğunu” çox yaxşı bilirik. Bilirik ki, o məhz Qarabağa icazəsiz səfər etdiyinə görə hələ 2017-ci ildən “qara siyahıya” düşüb. Bəli, həmin o Pallone separatçılarla dəfələrlə görüşməklə özünün sərsəm bir şoumen olduğunu özü təsdiqləyib. Çünki Azərbaycan torpaqlarını işğal edən separatçılara yedilmək, yaltaqlanmaq üçün hər sifətə düşənə yaxşı halda, sərsəm şoumen demək olar. Ölkəmizə qarşı qərəzli mövqeyini gizlətməyən biri utanmadan, qızarmadan bu dəfə Azərbaycan paytaxtına üz tutub və COP29 kimi tanınan beynəlxalq tədbirə qonaq qismində dürtülüb. Doğrudur, bütün bu fədakarcasına yaltaqlanması, erməni separatçılara sadiq qul, nökər olması, ikiüzlülüklə işğalçıların, separatçıların “yanında” olduğunu nümayişkəranə şəkildə göstərməsi fonunda, əslində, o heç ölkəmizə buraxılmamalı biri sayılırdı. Amma yenə də biz qonaq deyib, onu “qapıdan qaytarmadıq”. Bu qonaqpərvərliyimizə görə həmin o sərsəmin sən demə heç tükü də tərpənməyibmiş. Əks halda, illər boyu Qarabağ separatçılarını dəstəklədiyinə, beynəlxalq cinayətkarlığa “ortaq” olduğuna, erməni diasporunun, Amerika Erməni Milli Komitəsinin, yəni, ANKA-nın pullarını qamarlaması qarşılığında Azərbaycana qarşı qara əməllərə imza atdığına, pisliklər etdiyinə görə az da olsa utanardı. Utanardı və Azərbaycan dövlətindən, Azərbaycan xalqından heç olmasa üzr istəyərdi. Uzr istəyərdi ki, adının “qara siyahı”dan çıxarılması üçün acizanə şəkildə XİN-ə xahiş ünvanlamaq şansı əldə edə bilsin. Məsələ burasındadır ki, həmin o sərsəri şoumen nə utanmadı, nə qızarmadı, nə xəcalət cəkmədi, nə üzr istəmədi və nə də bundan bir nəticə belə çıxarmadı. Əksinə, yenə də məqsədinin, məramının pislik olduğu ortaya çıxdı.
Sərsəm şoumen üçün müvafiq müqaisəli təhlillər və xatırlatmalar tamamilə yerinə düşür
Müqaisəli bir təhlil aparmaq və Palloniyə xatırlatmaq tamamilə yerinə düşərdi ki, əgər, hansısa bir azərbaycanlı, yaxud hansısa bir əcnəbu ABŞ əleyhinə fəaliyyət göstərsəydi, düşmənləri ilə həmfikir olsaydı, bunu həm də ədalətsiz şəkildə nümayiş etdirsəydi onu nəinki Amerikaya buraxmazdılar, tutub elə yerindəcə həbs edərdilər. Rəsmi Vaşinqton tərəfindən terrorçu elan edilənlərlə görüşən, onlarla həmfikir olan, onların “dəyirmanına su tökən” birinə qarşı hansı sərt tədbirlərin gözlənildiyini Pelloni hamıdan yaxşı bilməli idi axı. Bilməli idi ki, Vaşinqtonun terrorçu elan etdiyi qrupla, separatçı qruplaşma ilə görüşən əcnəbini “yıxıb sürümək” üçün senatorlar, konqresmenlər özləri ittihamla çıxış edərdilər. Bilməli idi ki, onun etdiklərinə uyğun adekvat addımlar atan kimsənin Amerikada xilas olmaq kimi bir şansı ola bilməz. Bəs o zaman hansı üzlə Azərbaycana üz tutmuşdu bu üzsüz şoumen və hansı sifətlə həyasızcasına, utanmazcasına tədbirə qoşulmuşdu?Azərbaycanın qonaqpərvərliyini nəzərə alaraq, daha doğrusu, budan sui istifadə edərək, paytaxtımıza soxulan biri heçmi düşünmürdü ki, əgər ölkəyə buraxılıbsa, deməli, bundan doğru nəticə çıxarmalı, heç olmasa bundan sonra özünü bir insan kimi, vicdanlı biri kimi aparmalıdır? Ən azından bir xəcalət çəkərdi və özünü bu alicənab addım qarşısında borclu hesab edərdi. Heç olmasa, onunla bağlı olan belə bir jestin müqabilində az da olsa ağıllanardı. Görünən odur ki, nə düşünməyib, nə də heç olmayan ağlına da gəlməyib. Əgər ağlı, düşüncəsi olsaydı bilərdi ki, Azərbaycanda onun özünü də tutub elə həbsxanada saxlanılan separatçıların yanında atmaq olardı. Şəxsən mənə belə gəlir ki, onun elə həmin həbsxanaya atılması daha doğru olardı və gedib yenə də öz “istəklilərinə”, separatçılara qoşular, onlara “doyunca” yaltaqlanardı. Bax elə məhz bu xatırlatmalar zənnimizcə, həmin o sərsəm şoumen üçün kifayət etməlidir, sözsüz ki, zərrə qədər də olsa ağlı varsa...
İyrənc xislətə sahib sərsəm şoumen belə görünür ki, elə tamamilə vaxtında qovulub...
Hər zaman özünü ermənipərəst kimi göstərərək haylara yaltaqlanan biri olaraq tanıdan Pelloni bu dəfə də elə məhz həmin şəkildə tanıtmağa çalışıb. Belə məlum olur ki, ölkəmizin ev sahibliyi etdiyi tədbirə də məhz ermənipərəstliyini göstərmək ssenarisi əsasında qatılıbmış. Sevindirici haldır ki, onun bu iyrənc ssenarisini görən Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri dərhal hüquqi müstəvidə addımlar atıblar. Məhz hüquqi müstəvidə addım ataraq, Pellonenin Azərbaycandan “qovulması” tələbi ilə çıxış ediblər və buna olublar da. Sərsəm şoumen bundan da nəticə çıxarmayıb. Onun qovulmasının yox, tutularaq, həbs edilərək, saxlanılmasının mümkün olmasının tam reallıq olduğunu və qonaq olaraq gəldiyi səbəbindən yenə də tutulmadığını qətiyyən nəzərə almayıb və rədd olub gedəndən sonra başlayıb ağlına gələn sayıqlamalar etməyə. Belə çıxır ki, Pallone öz nankor xislətinə sadiq biridir və alicənablıqdan anlayışı belə yoxdur. Əks halda, ən azından bundan sonra heç olmasa susardı, sayıqlamazdı.Görünən odur ki, bu yaramaz, bu sərsəm şoumen kimi biri bəşəriyyət üçün lazımsız və dəyərsiz bir ünsürdür. Çünki həm insanlıqda payı yoxdur, həm simasızın və ikiüzlünün biridir, həm də nankorun yekəsidir. Əgər insanlıqda zərrə qədər payı olsaydı, nankor olmasaydı, rədd olub getdikdən sonra ən azından heç zaman Azərbaycanla bağlı “insan haqları” deyib bar-bar bağırmazdı və ölkəmizin əleyhinə sayıqlamazdı. Heç olmasa sayıqlamaqdan öncə Xocalı kimi bir faciəni ermənilərin torətdiklərini, ərazilərimizi işğal etmələri fonunda saysız-hesabsız əsirlərin götürmələrini, onların talelərinin hələ də bəlli olmamasını, milyondan artıq qaçqın və məcburi köçkünlərin düz 30 ilə yaxın müddətdə min bir əziyyətlə yaşamasını xatırlayar və az da olsa utanardı. Əgər xatırlamırsa, ona yaxşıca xatırlada bilərik. Xatırlada bilərik ki, Azərbaycan hakimiyyətinin insan haqları ilə bağlı hansısa məsələsinə guya aydınlıq gətirməyə çalışdığına görə it kimi qovulduğunu iddia edən biri, yaxşı olar ki, yaltaqlandığı erməni separatçılarının mina terrorunu da nəzərə alsın. Məgər yüzlərlə günahsız insanın, mülki vətəndaşın mina qurbanı olaraq, həyatını, yaxud da sağlamlığını itirməsi insan haqlarının pozulması da yox ey, lap elə birbaşa insanlığa qarşı cinayətkarlıq deyilmi? Bunu da Pelloni başa düşmür, yoxsa bunu da ona qandırmaq gərəkir? Çox güman ki, nə qədər qandırılsa da, ermənipərəst və ermənidən betər erməni olan biri yenə özünü ən azından axmaqlığa qoymuş olacaq. Daha dəqiq desək, belə bir iyrənc xislətə sahib biri yenə də özünü sərsəm şoumen kimi aparacaq və belə görünür ki, həmin sərsəm elə vaxtında qovulubmuş...

Müəllif: İnam Hacıyev

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:234
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 20 Noyabr 2024 17:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see627

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see299

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see289

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see277

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see271

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see250

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see249

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see243

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see238

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see230

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see227

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see214

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see203

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see202

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see202

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see201

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see194

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see187

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see187

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri