Icma.az
close
up
RU
Vəd verildi: 2 ildən sonra Bakıda nə olacaq?

Vəd verildi: 2 ildən sonra Bakıda nə olacaq?

GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakıda ötən həftə yağan güclü yağışların səs-sədası kəsilməyib. Bu istiqamətdə müxtəlif fikirlər irəli sürülür, paralel olaraq, bir sıra qurumlar kəskin tənqid edilir. Lakin hansı dövlət orqanının məsul olması sual altındadır. Gah Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH), gah Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA), ya da Nazirlər Kabinetinin (NK) adı çəkilir, həmin qurumların rəhbərləri günahlandırılır.

Əslində məsul şəxs və ya qurum hansıdır?

Globalinfo.az-a danışan nəqaliyyat məsələləri üzrə ekspert İlqar Hüseynli deyib ki, bu məsələdə konkret ad çəkmək doğru deyil:

İlqar Hüseynli

“Amma Bakı şəhərinin planlaşdırılmasına, salınmasına bilavasitə cavabdeh olan qurum Bakı Şəhər İcra Hakimiyyətidir. Eyni zamanda onun daxilində Nizami, Nəsimi, Yasamal və sair kimi ayrı-ayrı rayonlar, rəhbərlər var. Həmin qurumlar da bilavasitə Bakı Şəhər İcra Hakimiyyətinə şəhərsalma, arxitektura, tikinti məsələləri ilə bağlı hesabat verməlidirlər. Şəhər infastrukturunun qurulması istiqamətində BŞİH-in sifarişləri həyata keçirilir. Amma bunu edən qurum hansıdır? Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) yoxsa AAYDA? Onlar yol infrastrukturu qurularkən hansı mühəndis, texniki sistemlərin yaradılmalı olduğunu, suötürücüləri və sair nəzərə almalıdırlar. Yəni məsuliyyəti daşıyan qurumlar bir deyil, bir neçədir. Fərdlər sabah dəyişəcək, ancaq bütövlükdə qurumların idarəetmə sistemi qalmalıdır. Struktur bu məsələlərə cavabdehdir”.

REAL partiyasının sədri Natiq Cəfərli isə Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Eldar Əzizovun son çıxışını xatırladıb.

O bildirib ki, Bakı meri 2 ildən sonra paytaxtın su-kanalizasiya sisteminin düzələcəyini deyib:

Natiq Cəfərli

“Əzizov 2018-ci ildən Bakı Şəhəri İcra Hakimiyyətinin (BŞİH) başçısıdır, niyə, keçən 7 ildə bu problemi həll etməyib? Bu qurumun su və kanalizasiya sisteminə nə aidiyyəti var? BŞİH-nin səlahiyyətləri məhduddursa, şəhər təsərrüfatı bir mərkəzdən idarə olunmursa, Eldar Əzizov nəyə əsasən, 2 ilə problemi həll edəcəyini söyləyir? Fikrimcə, Bakı şəhəri vahid, seçilmiş mərkəzdən idarə olunmalı, səlahiyyət və məsuliyyət bir mərkəzdə toplanmalıdır”.

Günay Rəsulqızı
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 23 Aprel 2025 22:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see882

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see321

Şölət Zeynalov: “Xaricdən gələn ideoloji risklərə qarşı dayanıqlı olmalıyıq”

12 Oktyabr 2026 14:37see313

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see306

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see293

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see269

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see256

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see223

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see220

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see203

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see203

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see200

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see199

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see199

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see198

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see193

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see186

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see186

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see184

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri