Icma.az
close
up
RU
“Vefa Esthetic Center”də qanun pozuntuları aşkarlandı RƏSMİ

“Vefa Esthetic Center”də qanun pozuntuları aşkarlandı RƏSMİ

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakıda fəaliyyət göstərən "VEFA ESTHETIC CENTER" MMC-yə məxsus özəl tibb müəssisəsində plandankənar yoxlama zamanı bir sıra qanun pozuntuları aşkarlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi “Trend.az”ın sorğusuna cavab olaraq məlumat verib.
Qeyd olunub ki, KİV-də dərc olunan məlumatlar və "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə müvafiq olaraq, Bakı şəhəri, Səbail rayonu, B.Sərdarov, Leopold və Mstislav Rostropoviçlər və A.İldırım küçələrinin kəsişdiyi ərazinin 119-cu məhəlləsində yerləşən "VEFA ESTHETIC CENTER" MMC-yə məxsus özəl tibb müəssisəsində aidiyyəti araşdırmanın aparılması məqsədilə plandankənar yoxlama keçirilib.
Yoxlama nəticəsində "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikası Qanununun 49.1-ci maddəsinin pozulduğu müəyyən edilib.
Belə ki, özəl tibb fəaliyyəti subyektinin tabeliyində çalışan tibb mütəxəssislərinin sertifikasiyaya cəlb edilmədiyi, xüsusilə "Kosmetologiya" işi üzrə həkimin qanunda nəzərdə tutulmuş sertifikasiya şəhadətnaməsi olmadan praktik tibb fəaliyyətinə buraxıldığı aşkarlanıb.
Bundan başqa, tibbi qeydiyyat sənədlərinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 100 saylı əmri ilə təsdiq edilmiş forma və qaydalar üzrə aparılmadığı bildirilib. Ambulator pasiyentlərin qeydiyyatının "AV MEDICAL" proqramı üzrə həyata keçirilməsi ilə "Özəl tibb fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin pozulduğu qeyd olunub.

Yoxlama zamanı "Dərman vasitələri haqqında" Azərbaycan Respublikası Qanununun 4.8 və 6.1-ci maddələrinin də pozulduğu, müəssisədə yararlılıq müddəti bitmiş və dövlət qeydiyyatından keçməmiş dərman vasitələrinin aşkarlandığı bildirilib.

Həmçinin lisenziyada göstərilən işlərdən kənar fəaliyyət faktı müəyyən edilib. İşçilərin siyahısına baxış zamanı sertifikasiya şəhadətnaməsi və əmək müqaviləsi üzrə "endokrinoloq" vəzifəsi üzrə əmək müqaviləsinin bağlanması faktı aşkarlanıb.
Analitik Ekspertiza Mərkəzindən bildirilib ki, aşkar edilmiş pozuntularla bağlı "VEFA ESTHETIC CENTER" MMC barəsində inzibati tənbeh tədbirləri seçilib, İnzibati Xətalar Məcəlləsinin 215.4 və 221.1-ci maddələri üzrə protokol tərtib edilərək aidiyyəti üzrə icraata göndərilib.
Mərkəz əhalinin sağlamlığının qorunması, tibbi xidmətlərin keyfiyyətinin təmin edilməsi və qanunvericiliyə riayət olunması istiqamətində nəzarət fəaliyyətinin davam etdirildiyini vurğulayıb.
Bildirilib ki, vətəndaşların və KİV-in müraciətləri əsasında aparılan yoxlamalar şəffaflıq və qanunun aliliyi prinsiplərinə uyğun həyata keçirilir.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://bizim.media
archiveBu xəbər 27 Avqust 2026 11:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see281

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see278

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see263

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see254

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see254

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see252

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see246

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see240

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see238

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see229

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see222

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see217

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see216

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see214

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see207

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see202

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see202

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see202

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see193

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri