Icma.az
close
up
RU
Menu

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

Bu meyvələrin qabığını yemək olarmı?

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

Arxası üstə yatmaq kimlər üçün təhlükəlidir?

Gündə 50 qramdan artıq yemək zərərlidir

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

AZAL təyyarəsi ilə bağlı bütün məsələlər tamamilə həll olunub Rəhman Mustafayev

Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

Üzüm və Şərab Festivalının əyləncə proqramı açıqlanıb

Vəfalı və cəfalı Gülgəz Pəri

Vəfalı və cəfalı Gülgəz Pəri

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Gülgəz Pərinin əri mənim qohumumdur. Onların ailə qurduğu gün yaxşı yadımdadır. Gülgəz Pərini də onlar ailə qurandan sonra tanımışam. Elə gəncliyində də indiki kimi, safıydı, duruydu. Xoşrəftar, ünsiyyətcil, üzügülər bir gəlin idi. Yorulmaq bilmədən ailə-ocağın qəhrini çəkirdi. Yaxşını-pisi, düzü-əyrini qiymətləndirməyi bacarırdı. Hər işdə çox diqqətli və səliqəli olmağa çalışırdı. Qohumum da az yaşında çox bərkdən-boşdan çıxmış, çətin günlər görmüşdü.

O gündən bu günə onları ömrün baharını da, qışını da qoşa qarşılayan görmüşəm. Hər ikisinin mehriban xasiyyəti ilk günlərdən diqqətimi çəkib. Biz Bakıdan kəndə gedəndə qohumumun özü, yanında da Gülgəz Pərisi xuraman yerişilə gəlib bizimlə görüşərdi. Hər dəfə görüşəndə üzlərini gülümsəyən görürdüm. Xəsislik, paxıllıq, nankorluq onların təbiətinə yaddır. Kəsdikləri duz-çörəyin qədrini bilirlər. Qohumum bütün həyatı boyu nikbin, alnıaçıq, üzüağ adam olub. Nə yazıqlar ki, indi amansız xəstəlik uzun illərdən bəri ona əziyyət verir.

Onun sağlıq durumunun ağırlaşması nəticəsində ailədə yaranan narahatlıq bu gün daha da böyüyüb. Həkimlərin ailəyə verdiyi məlumata görə, xəstənin vəziyyəti kritikdir. Hətta intensiv müalicənin də xeyri yoxdur. Gülgəz Pəri bunu bilsə də, uca könüldən ərinə sevgi və nəvazişlə qulluq edir. Onun sağlamlığına qovuşacağına hələ də ümid bəsləyir. Ümid işığını qəlbində illər uzunu qoruyub saxlayır. Ərinin başının üstündə pərvanə kimi dolanır. Özünü inandırmağa çalışır ki, Allah iynənin ucu boyda bir çıxış yolu göstərər, əri sağlamlığına qovuşar. Gün ərzində o qədər yorğun olur ki... Hətta qarşısındakı adamla danışanda, bəzən yuxusuzluqdan göz qapaqları örtülür.

Yorğun anlarında ərinin ona Gülgəz Pərim deyə şirin xitab etdiyini xatırlayır. Gənclik ətirli həzin xatirələrini qəlbinin dərinliklərində yaşadır. Özünün gənclik məhəbbətinə könül bağlayıb. Qohumum da etibarlı və sədaqətli ər və el-obasının, nəslinin təəssübünü çəkən insan kimi tanınıb.

Hər ikisi könülləri istədikcə gənclik illərində arzularına qovuşub. İki oğulları oldu. Oğulları da valideynlərinə oxşayıb. Ləyaqətli övladlardır. Halal işləri və əməlləri ilə ata-ananın başını uca ediblər.

Uzun illərdən bəri kənddə, təbiətin səfalı qoynunda yaşayırdılar. Qohumum sovxozda sürücü, Gülgəz Pəri isə məktəbdə texniki işdə işləyirdi. Uşaqları da məktəbdə dərslərini yaxşı oxuyurdu. Güzəranları, dolanışıqları pis deyildi. Kənddə sovxoz ləğv olunduqdan sonra məktəb də əvvəlki fəaliyyətindən qaldı. Onlar da işini itirdi. İşləmək üçün ailəlikcə şəhərə köçdülər. Uşaqlar ali təhsil aldılar. Hərəsi bir işin qulpundan yapışıb, işlədilər, çalışdılar. Özlərinə ev-eşik qurdular. Bir damın altında, darısqal mənzildə iki gəlin, qayınana ilə birgə neçə illər yaşadılar. O qədər mehriban dolanırdılar ki, ailədə bir dəfə də olsa, gəlin-qayınana narazılığı yaranmadı.

Bakıya köçdükdən sonra qohumumun gördükləri bunlar oldu. Bir müddət oğlanlarının yanında işlədi. Sonra onu alzheymer xəstəliyi üzüb əldən saldı. Yenicə çətin şəraitdən, darısqal mənzildən genişliyə çıxmışdılar.

İllər keçdikcə, ötən bəxtəvər günləri yenidən yaşamaq üçün bayramdan-bayrama doğma yurd yerlərinə, kənddəki evlərinə dönürdülər. O günləri geriyə qaytarmaq mümkün olsaydı, nə vardı ki? Alzheymer xəstəliyi beyinin funksional sahələrini zamanla sıradan çıxarmışdı. İlk mərhələdə yüngül unutqanlıqla başlayan proses son mərhələdə tam asılılıq və şəxsiyyət dəyişikliyinə səbəb olmuşdu. Spesifik və daimi koqnitiv geriləmə müşahidə olunurdu.

Sağlıqlarına qismət, indi geniş, işıqlı evləri var. Övladları öz halal qazancları ilə gözəl şərait qurublar. Ümid çırağının işığında mehriban yaşayırlar. Getdikcə ailənin gün-güzəranı daha da yaxşılaşır. Amma nə yazıqlar ki, kəmfürsət xəstəlik qohumumun başı üzərini aldıqdan sonra bu gözəl şəraiti nə görür, nə də hiss edir. Yataq xəstəsidir. Sadəcə nəfəsi gedib-gəlir və gözləri baxır. Ona qulluq etməkdə, səbirlə dözüm göstərməkdə hər ömür-gün yoldaşı vəfalı və cəfalı Gülgəz Pəriyə çata bilməz.

Gülgəz Pərinin qəlbində saf suların güzgü tutan təmizliyi var. Ürəyini üzünün ifadəsindən oxumaq olur. Deyir ki, bir qəlb qırmamışam. Bir könül sındırmamışam. Heç kimdən də incikliyim yoxdur. Həmişə insanların qəlbinə dəyməkdən qorxmuşam. Amma ağlımıza gəlməyən başımıza gəldi.

O, harda olsa, orda isti insan nəfəsi var. Fikri, xəyalı gecə-gündüz ərinin başı üstündə olur. Xəstə ərinə baş çəkməyə gələnlərə də bacardıqca yaxşı süfrə açmağa çalışır. Həmişə, hər yerdə insanları mehriban görmək istəyir. Deyir ki, davalı yerdə darı bitməz. İstiqanlılıqda Günəş kimi, kövrəklikdə uşaq kimidir. Kövrələndə şirin pıçıltı ilə danışır. Əlbəttə, qohumluq-qonşuluq, dostluq münasibətində diqqətəlayiq məsələlərdən ən başlıcası xəstəyə baş çəkməkdir. Xəstəni ziyarət etmək, ürək-dirək vermək də bir təsəllidir.

Gülgəz Pəri bizim qəfil gəlişimizdən çox kövrəlmişdi. Üzündəki kədər dümağ qar kimi əriyirdi. Danışdıqca sözünə-söhbətinə hərarət qonurdu:

Vallah, gəlişiniz, ürək-dirək verməyiniz bizim üçün sanki dirilik suyudur. O qədər uzaq yolu qət edərək bizə, xəstəyə baş çəkməyə gəlibsiniz, - deyə, gah kövrəlir, gah sevinirdi.

Gəlişimiz münasibətilə geniş süfrə açdı. Nə qədər çalışsaq da, onu fikrindən daşındıra bilmədik. Gəlinləri ilə birlikdə bişirdikləri ləziz təamlardan süfrəyə düzdü. Bu, onların qonaqpərvərliyinin parlaq nümunəsidir. Ailəlikcə ədəb-ərkana, adət-ənənəyə hörmətlə yanaşırlar. Onların həyatının, yaşayışının təməli belə qurulub.

Neyləməli, bu da bir həyatdı, bu da bir gündü. Gülgəz Pəri ərinin yatdığı çarpayının yanında dayanıb. Oğrun-oğrun ona baxır. Dediklərini eşitməsə də, üzünü ona tutub danışır. Özünə təsəlli verib deyir:

Bu günümdə piltəsi yana-yana öləziyən bir çırağam. Son nəfəsinədək qəhrinə dözə-dözə yaşayacağm. Elə bilmə ki, başının üstündəki bir kölgədir, çəkilib gedir. Ya da əzrayıldi, görə bilmirsən. Sən mənim yolumda bir can bağışladın. İndi də gözlərin mənə baxır, amma məni görmürsən. Dilin, dodağın söz tutmur, danışa bilmirsən. Övladlarım, nəvələrim dörd bir yanımı kəsdirsə də, sənin bu halında özümü tənha sayıram...

P.S. Yeni ailə quran gənc qızlarımız qoy Gülgəz Pərinin timsalında həyatın acılı-şirinli yollarında buraxdığı izlərdən ibrət götürsünlər. Adi bir çətinliklərə dözməyib qurduqları ailənin damını başlarına uçurmasınlar.

Həzi HƏSƏNLİ,
şair-publisist

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:177
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 May 2026 11:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see279

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see274

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see271

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see254

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see253

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see250

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see247

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see243

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

09 Sentyabr 2026 21:16see239

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see233

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see225

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

10 Sentyabr 2026 09:12see220

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see207

Arxası üstə yatmaq kimlər üçün təhlükəlidir?

10 Sentyabr 2026 09:50see206

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see202

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see199

AZAL təyyarəsi ilə bağlı bütün məsələlər tamamilə həll olunub Rəhman Mustafayev

09 Sentyabr 2026 20:28see197

Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb

10 Sentyabr 2026 15:57see183

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

10 Sentyabr 2026 18:23see171

Üzüm və Şərab Festivalının əyləncə proqramı açıqlanıb

09 Sentyabr 2026 21:40see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri