Icma.az
close
up
RU
Putinin hobbisi: Vəfalı, Şirxan... FOTOlarPutinin HOBBİSİ: Vəfalı, Şirxan...

Putinin hobbisi: Vəfalı, Şirxan... FOTOlarPutinin HOBBİSİ: Vəfalı, Şirxan...

Icma.az bildirir, Milli.az portalına istinadən.

Rusiya prezidenti Vladimir Putinin itlərə olan sevgisi bütün dünyada məşhurdur. Elə bu səbəbdən də əlamətdar günlərdə Rusiya liderinə sürpriz etmək istəyənlər ona fərqli cinslərdən olan qeyri-adi it  bağışlayırlar.  

"Tosya"

Rusiya prezidenti uşaqlıqdan itlərə maraq göstərib. Evlərində daim müxtəlif sortlardan olan itlər saxlayıblar. 
Prezident seçildiyi zaman həyat yoldaşı Lüdmila da ona Tosya adlı pudel cinsindən olan bir it hədiyyə etmişdi. 
Tosya Rusiya liderinin sevimli iti idi. Lakin onlar rəsmi ayrıldıqdan sonra Tosya Lüdmila Putinanın yanında qalıb. 

"Konni"

Vladimir Putin öz müsahibələrinin birində: "Mən heyvanları, xüsusən də itləri çox sevirəm. Onların duyğularını yaxından hiss edir, nə istədiklərini çox yaxşı başa düşürəm" - deyə bildirib. Prezidentin bu sevgisini bilən dostları fürsət düşdükcə ona qeyri-adi it hədiyyə edirlər. 

Rusiya liderinin ən sevimli itlərindən biri də Labrador cinsindən olan Konni adlı ağıllı iti idi. Bu iti Putinə Rusiyanın müdafiə naziri Sergey Şoyqu hədiyyə etmişdi.  Konni Fövqəladə Hallar Nazirliyinin kinoloji mərkəzində xüsusi təlim keçmiş, çox qiymətli xilasedici itlərdən biri imiş. Bütün rəsmi qəbullarında Konni prezidentin yanında olurdu. Deyilənə görə, Almaniyanın keçmiş kansleri Angela Merkellə görüş zamanı xanım itdən qorxduğunu bildirib, lakin Putin Konninin otaqdan çıxarılmasına razı olmayıb və xanım Merkeli sakitləşdirməklə kifayətlənib.  

Konni 11 bala dünyaya gətirib. Bu sədaqətli it haqqında sənədli film də çəkilib. Putin Konnini o qədər çox istəyirmiş ki, onu şəxsən özü yedizdirirmiş. Yeri gəlmişkən, Putin heç vaxt sevimli itlərinin süni yemlə yemlənməsinə icazə vermir. 
Yaxınlarının söylədiyinə görə, Putin sevimli Konninin ölümünə çox kədərlənir. Ölümündən sonra Sankt-Peterbur şəhərində Konniyə abidə də ucaldılıb.

Konninin balaları isə, necə deyərlər, etibarlı əllərdədir. Putin onun iki balasını keçmiş Avstriya prezidenti Tomas Klestillə hədiyyə edib. Olqa və Orkid adlı bu itlər hazırda mərhum Klestillin xanımı Marqot Loeffler ilə birlikdə Çexiyada yaşayırlar. 

Putin Konninin nəslindən olan daha bir iti Rostov vilayətindən olan təqaüdçü Aleksey Belevetsə bağışlayıb. Bu sürprizin maraqlı tarixçəsi var. Belə ki, Aleksey adlı həmin şəxs mərcdə öz həyat yoldaşına uduzur. Şərt belə imiş ki, uduzan tərəf prezidentin şəxsi itlərindən birini əldə etməlidir. Beləliklə, uduzan Aleksey Rusiya prezidentinə məktub yazaraq ona bir it bağışlamasını xahiş edib. Putin də öz növbəsində yaşlı təqaüdçünün istəyini yerinə yetirib.

"Baffi"

Putinin ən sevimli itlərindən biri də Baffidir. Qaraqaçan cinsli bu çoban itini Putinə 2010-cu ildə Bolqarıstanın baş naziri Boyko Borisov hədiyyə edib. İtin adı Rusiyada bir yarışma zamanı seçilib. "Baffi" adını beş yaşlı yarış iştirakçısı Dima Sokolov təklif edib. 

"Yume"

2012-ci ildə yaponlar Putinə məşhur "Haçiko" dramatik filmində çəkilmiş çox etibarlı, sədaqətli Akita İnu cinsindən olan "Yume" adlı it bağışlayıblar. Bu iti Yaponiyada baş vermiş zəlzələ və sunami zamanı rusların onlara verdiyi böyük dəstəyə görə minnətdarlıq əlaməti olaraq Rusiya liderinə hədiyyə ediblər. Putin buna cavab olaraq yapon heyətinə "Mir" adlı Sibir pişiyini hədiyyə etmişdi. 

Yapon dilindən hərfi tərcümədə "yuxu" mənasını verən "Yume" adını da itə Putin özü seçmişdi. Yeri gəlmişkən, yaponlar Akita İnu sortundan olan itləri ümumiyyətlə, əcnəbilərə vermirlər. Rusiya lideri istisna olmaqla, xarici ölkə vətəndaşına bağışlanan sonuncu Akita İnu cinsli it 1937-ci ildə məşhur amerikalı lal-kar və kor aktvist xanım Helen Kellerə hədiyyə edilib. 

"Vəfalı"

Vladimir Putinin sevimli itlərindən biri "Vəfalı" adlanır. Alabay cinsli, mühafizəçi, qoruyucu görəvli bu it 2017-ci ildə Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov tərəfindən Putinə doğum günündə hədiyyə edilib. 

"Paşik"

Putinin sevimli it kolleksiyasına daxil olan "Paşik" adlı iti ona 2019-cu ildə Serbiya prezidenti Aleksandr Vuçiç hədiyyə edib. 

Paşik qoyun sürülərini canavarların hücumundan qoruyan gözətçi çoban iti sortu Şarplanin ovçarkasıdır. Bu itlər əsasən Balkan yarımadasında yaşayırlar. 

"Şirxan"

Qırğızıstan prezidenti Sooronbay Jeenbekovun Putinə hədiyyə etdiyi Şirxan Tayvan cinsindən olan itdir. Tayvan sortu ən qədim it cinslərindən sayılır. Əsasən qırğızların saxladığı bu yarımvəhşi itlər heç vaxt canavarla üz-üzə gəlməkdən qorxmurlar.

"Pxunsanlar"

2024-cü ildə Şimali Koreyanın rəhbəri Kim Çen İn ölkələr arasında dostluq əlaməti olaraq Rusiya prezidentinə, qədim Koreya cinsindən olan iki ağ rəngli Pxunsan iti  hədiyyə edib. Pxunsanlar çox cəsarətli, döyüşkən it növündəndir. Qədimdə onlardan hətta, pələng ovunda da istifadə edirlərmiş. /lent.az
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:83
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 09 Dekabr 2024 08:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see182

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see155

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see143

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see134

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see133

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri