Icma.az
close
up
RU
Vəfat edən şəxsin pensiyası ilə bağlı YENİ TƏKLİF “Bu şəxsləri də əhatə etməlidir”

Vəfat edən şəxsin pensiyası ilə bağlı YENİ TƏKLİF “Bu şəxsləri də əhatə etməlidir”

Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Qanunvericilikdə pensiya hüququ olan qadın və kişinin vəfat edən həyat yoldaşının pensiyasını almaq hüququ var. Yəni əgər pensiyaçı ər (arvad) vəfat edərsə, onun pensiya yaşına çatmış, təqaüd alan arvadı (əri) vəfat etmiş ərinin pensiyasını ala bilər. Lakin burada xüsusi qayda var.
Belə ki, həyatda qalan şəxs həm öz, həm də vəfat edən həyat yoldaşının pensiyasını ala bilməz. O, iki pensiya məbləği arasında seçim edə bilər. Yəni qanun ona daha böyük məbləği olan iki pensiyadan birini seçmək imkanı tanıyır.
Yuxarıda qeyd edildiyi kimi, ölən şəxsin pensiyasını seçmək hüququ yalnız pensiya alanlara şamil olunur. Pensiya yaşına çatmamış, işləməyən ər və ya arvadın belə hüququ yoxdur. Əgər qadın işləmirsə və ailənin yeganə maddi gəliri ərin pensiyası hesab olunursa, ərin vəfatı ilə qadın da bu gəlirdən məhrum olur.

Bəs bu qaydanın pensiya hüququ olmayanlara şamil olunması ilə bağlı təkliflə çıxış etmək olarmı?
Mövzuya münasibət bildirən Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Bizim.Media-ya deyib ki, pensiya varisliyi məsələsi öz həllini tapmalıdır:
 

“Düzdür, burada müəyyən əsaslandırmalar verilir. Biz təklif etmişik ki, heç olmasa bir il müddətində onun pensiyası ailəsinə birdəfəlik dəstək formasında verilsin. Bu məsələ hələki öz həllini tapmayıb. Xarici ölkələrdə də bu təcrübə yayğın şəkildədir”.


Deputatın sözlərinə görə, hər hansı bir pensiya yığımı bilavasitə ailənin bütün üzvlərini əhatə etməlidir:
“Çünki bir nəfər gələcək üçün ümidi qoruyursa, o həm də bütün ailənin ümidinin qorunması deməkdir. Bu baxımdan bu məsələ dəfələrlə parlamentdə qaldırılıb. Amma hələki bu istiqamətdə yenilənmə görünmür”.
Günay Şahmar, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:21
embedMənbə:https://bizim.media
archiveBu xəbər 06 Yanvar 2026 14:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see720

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see190

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see167

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see164

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see149

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see142

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see142

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see141

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see134

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri