Icma.az
close
up
RU
Amnistiya Aktı bu kateqoriyalardan olan şəxsləri əhatə edəcək AÇIQLAMA

Amnistiya Aktı bu kateqoriyalardan olan şəxsləri əhatə edəcək AÇIQLAMA

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

"Cənab Prezident tərəfindən ölkədə Konstitusiya və Suverenlik ili elan edilib. Eyni zamanda bu il Azərbaycanın Müzəffər Zəfərinin, Böyük Qələbənin beşinci ildönümüdür. Bütün bu tarixi hadisələrin fonunda cəmiyyətdə genişmiqyaslı amnistiya aktının qəbul ediləcəyi ilə bağlı gözləntilər formalaşmışdı. Bu məsələ artıq uzun müddətdir ictimai və siyasi müzakirə mövzusu idi".
Bu sözləri Demokrat.az-a açıqlamasında deputat Arzuxan Əlizadə deyib. 
Deputat deyib ki, gözləntilər özünü doğrultdu:
"Cənab Prezidentin təşəbbüsü ilə amnistiya aktının qəbul edilməsi məsələsi gündəmə gətirilib. Bildirilir ki, bu amnistiya Azərbaycanın müstəqillik tarixində ən genişmiqyaslı humanitar addımlardan biri ola bilər. Amnistiya aktının müxtəlif kateqoriyalardan olan şəxsləri əhatə edəcəyi və yaxın günlərdə qəbul ediləcəyi gözlənilir. Bununla bağlı təklif artıq parlamentə təqdim olunub. Yaxın vaxtlarda cəmiyyət bu mühüm qərarın şahidi olacaq".
O bildirib ki, amnistiya minlərlə ailənin sevinci, minlərlə məhbusun azadlığa qovuşması deməkdir:
"Bu, Azərbaycan dövlətinin humanizm və sosial ədalət prinsiplərinə sadiqliyinin növbəti təsdiqidir. Eyni zamanda, bu amnistiya aktı Prezident İlham Əliyevin müstəqillik dövründə irəli sürdüyü 12-ci amnistiya təşəbbüsü kimi tarixə düşəcək.
Bundan əvvəl də ölkədə 11 amnistiya aktı həyata keçirilib və on minlərlə şəxs bu humanist qərarlardan yararlanıb. Növbəti amnistiyanın da daha geniş kütləni əhatə edəcəyi, vaxtilə səhvlərə yol vermiş şəxslərə və onların ailələrinə yeni bir səhifə açacağı ümid edilir".
Əfsanə Kamal
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 17 Dekabr 2025 16:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see358

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see251

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see212

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see199

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see163

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see160

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see159

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see159

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see158

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see158

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see156

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see154

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see151

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see140

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see140

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see140

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see140

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see138

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see137

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri