Icma.az
close
up
RU
Vəkil aliment öhdəliyinə əməl etməyən şəxsin cəzalandırılmasını tələb edir

Vəkil aliment öhdəliyinə əməl etməyən şəxsin cəzalandırılmasını tələb edir

Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Tanınmış vəkil Yusif Allahverdiyev  Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinə şikayət məktubu yazıb.

Gununsesi.info-ya da təqdim olunan şikayət məktubunda vəkil hüquqlarını müdafiə etdiyi Könül İsmayılovanın üzləşdiyi qanunsuzluqdan bəhs edib.

Həmin şikayət məktubunda deyilir:

Sabirabad Rayon Məhkəməsinin 2(056)-895/2016 saylı, 14.04.2016-cı il tarixli qətnaməsi
və Binəqədi Rayon Məhkəməsinin 14.04.2023-cü il tarixli, 2(001)-864/2023-cü il tarixli
qətnaməsi üzrə cavabdeh İmanov İlkin Vəkil oğlu öz aliment öhdəliklərini icra etmədiyi üçün
Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru Əhmədov Asəm Əlqəmə oğlu “aliment
borcunun müəyyən edilməsi barədə” 03.05.2024-cü il tarixli qərar qəbul etmiş, həmin qərar
cavabdeh İlkin İmanov tərəfindən məhkəmə qaydasında mübahisələndirilimiş, nəticədə Binəqədi
Rayon Məhkəməsinin 8(001)-565/2024 nömrəli, 02.07.2024-cü il tarixli qərardadı qəbul
edilmişdir.
Binəqədi Rayon Məhkəməsinin 8(001)-565/2024 nömrəli, 02.07.2024-cü il tarixli
qərardadı ilə Binəqədi rayon İcra şöbəsinin şöbəsinin böyük icra məmuru Əhmədov Asəm
Əlqəmə oğlu “aliment borcunun müəyyən edilməsi barədə” 03.05.2024-cü il tarixli qərarı ləğv
edilmiş və Sabirabad Rayon Məhkəməsinin 2(056)-895/2016 saylı, 14.04.2016-cı il tarixli və
Binəqədi Rayon Məhkəməsinin 14.04.2023-cü il tarixli, 2(001)-864/2023-cü il tarixli icra
sənədləri üzrə borcun yenidən hesablanması Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru
Əhmədov Asəm Əlqəmə oğluna həvalə edilmişdir. Qeyd edilən qərardaddan 13 dekabr 2024-cü
il tarixində şikayət verilmişdir.
Qeyd edək ki, müvafiq məhkəmə işi üzrə qəbul edilmiş qərar bir başa iddiaçının
maraqlarına toxunsa da məhkəmə prosesində İsmayılova Könül Qurban qızının iştirakı təmin
edilməmişdir.

Könül İsmayılova övladı ilə birlikdə Türkiyə Respublikasında yaşamaqdadır, bu
səbəbdən sözügedən qərardad iddiaçı tərəfindən rəsmi qaydada əldə edilməmiş və həmin
qərardad barədə məlumat ona yeni bildirilmişdir.
Məlumat üçün bidiririk ki, cavabdeh aliment öhdəliyini icra etmir. O, müxtəlif üsullarla
öhdəliyindən yayınmağa çalışır.
Belə ki, cavabdeh 20.05.2021-ci il tarixində “YapıKredi” Bankı vasitəsi ilə iddiaçıya 9960
ABŞ Dolları vəsait göndərmiş, sonra həmin məbləğin geri qaytarılmasını tələb etmişdir.

İlkin İmanovun tələbinə uyğun olaraq 82550,08 türk lirəsi məbləğində pul vəsaiti “YapıKredi” Bankı
vasitəsi ilə 21.05.2024-cü il tarixində Könül İsmayılova tərəfindən ona geri qaytarılmışdır. Qeyd
edək ki, sözügedən məlumatların əks oldunduğu təsdiqedici sənədlər ərizəyə əlavə edilir.
Qeyd edilənlərdən məlum olur ki, İlkin İmanov öz aliment öhdəliyini icra etməmiş, həmin
borcun icra edilməsinə dair təhrif edilmiş məlumatları təqdim etməklə məhkəməni yanıltmışdır.
Cavabdehin müvafiq aliment ödənişini əvvəlcə icra etməsi, sonra həmin vəsaiti geri tələb etməsi
onun öz öhdəliklərini icra etmək niyyətində olmadığının, lakin icraya dair saxta sübut yaratmaqla
öhdəliklərindən yayındığının göstəricisidir.
Məhkəmə məsələni ətraflı araşdırmamış, müvafiq ödənişlərin İsmayılova Könül Qurban
qızı tərəfindən alınıb-alınmamasına dair heç bir sübut tələb etməmişdir.
Cavabdeh övladının təhsili, tərbiyəsi ilə maraqlanmır, onların inkişafı üçün heç bir maddi
və ya mənəvi dəstək göstərmir. Uşağın bütün qayğılarını, ehtiyaclarını İsmayılova Könül Qurban
qızı təkbaşına çəkir. Lakin uşağın həm təlim-tərbiyəsi ilə məşğul olmaq, həm də maddi
tələbatlarını ödəmək iddiaçı üçün çox çətindir. Bu səbəbdən də, icra orqanı tərəfindən öhdəliyin
məcburi icrası üçün zəruri hərəkətlər edilməli, icra edilmədiyi halda məhkəmə qətnaməsinin
qəsdən icra edilməməsi səbəbindən İmanov İlkin Vəkil oğlu oğlu barəsində qanunvericiliyin
tələblərinə uyğun tədbirlər görülməlidir.
Belə ki, tərəfin hüquqlarının müdafəsinə yönələn, qanuni qüvvəyə minmiş məhkəmə
qətnaməsi özlüyündə subyektiv hüququn mövcudluğunun elanıdırsa, həmin qətnamənin icra
edilməsi bu hüquqların real təmin edilməsi deməkdir.
Hazırda Könül İsmayılova və övladı öz haqlarının real olaraq təmin edilməsi hüququndan
məhrum olmuşdur. Buna səbəb, cavabdehin öz öhdəliyini icra etməməsi, bundan açıq-aşkar
yayınması və icra orqanları tərəfindən zəruri məcburi icra tədbirlərinin görülməməsidir.
Yuxarıda qeyd edilənləri nəzərə alaraq, müvafiq məhkəmə aktları üzrə müəyyən edilmiş
aliment öhdəliyinin İmanov İlkin Vəkil oğlu tərəfindən tam icra edilməsinə, icra edilmədiyi
halda onun barəsində qanunverciliyin tələblərinə uyğun tədbirlərin həyata keçirilməsinə
köməklik göstərilməsini Sizdən xahiş edirik.

Firuzə Mahmudova

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 03 Noyabr 2025 11:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see666

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see289

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see287

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see272

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see262

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see229

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see226

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see219

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see202

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see197

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see179

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see175

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see174

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see164

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see160

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see156

Tramp indi açıq şəkildə iki istiqamətdə siyasət aparır

02 Fevral 2026 08:22see154

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see153

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see152

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri